Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-802/2023 28.08.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Ərizəçi - Ərizəçi iştirakı ilə, Maraqlı şəxs- Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan, Ərizəçi “xəbərsiz itkin düşmüş hesab edilməsi barədə Kəlbəcər Rayon Məhkəməsinin 02 mart 2001-ci il tarixli 2-24/2001 saylı qətnaməsinin ləğv edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, onun 1994-cü ilin avqust ayından xəbərsiz itkin düşmüş hesab edilməsi barədə Kəlbəcər Rayon Məhkəməsinin 02 mart 2001-ci il tarixli 2-24/2001 saylı qətnaməsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayonun Məhkəməsinin 2-24/2001 saylı 02 mart 2001-ci il tarixli qətnaməsi ilə ərizəçi X1 ərizəsi əsaslı hesab edilərək təmin edilmiş, onun (Ərizəçi) 1994-cü ilin avqust ayından xəbərsiz itkin düşmüş hesab edilməsi qət etmişdir. X4 həmin sənəd əsasında 29 noyabr 2001-ci il tarixdə Maraqlı şəxsndə boşanma haqqında çıxarış almışdır. O, bir ildən artıq olar ki, Gəncə şəhərinə gəlmişdir. Xəbərsiz itkin düşməsi barədə məhkəmənin qətnaməsindən bu yaxınlarda xəbərdar olmuşdur. Belə ki, hazırda ailə qurmaq istəyir, X4 ilə aralarında olan nikahı ləğv etdirmək və yeni nikaha daxil olmaq üçün Maraqlı şəxsnə müraciət edəndə orada ona bildirmişlər ki, barəsində məhkəmənin xəbərsiz itkin düşməsi barədə qərarı vardır və həmin qərarı ləğv etdirməsə, ona əvvəlki nikahı ləğv etdirmək və yeni nikaha daxil olmaq barədə şəhadətnamə vermək qeyri-mümkündür. Ona görə də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 31 iyul 2023-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 28 avqust 2023-cü il tarixə təyin edilmişdir. Maraqlı şəxs məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, o, xx xxxxxxx 1968-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda doğulmuş, 12 may 1992-ci ildə X2 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. 1993-cü ilin oktyabr ayında X2 ilə birlikdə Ukrayna Respublikasına getmiş, 1994-cü ildə isə X2 Azərbaycan Respublikasına qayıtmış və qayıtdıqdan bir müddət sonra isə başqa şəxslə ailə qurmuşdur. X2 2001-ci ildə məhkəməyə müraciət edərək, onun (Ərizəçi) xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Kəlbəcər Rayonun Məhkəməsinin 2-24/2001 saylı 02 mart 2001-ci il tarixli qətnaməsi ilə ərizəçi X1 ərizəsi əsaslı hesab edilərək təmin edilmiş, onun (Ərizəçi) 1994-cü ilin avqust ayından xəbərsiz itkin düşmüş hesab edilməsi qət etmişdir- bütün bunlardan onun xəbəri olmamışdır. O, bir ildən artıqdır ki, Azərbaycan Respublikasının Gəncə şəhərinə gəlmişdir. Hazırda ailə qurmaq istəyir, X4 ilə aralarında olan nikahı ləğv etdirmək və yeni nikaha daxil olmaq üçün Maraqlı şəxsnə müraciət edəndə orada ona bildirmişlər ki, barəsində məhkəmənin xəbərsiz itkin düşməsi barədə qərarı vardır və həmin qərarı ləğv etdirməsə ona əvvəlki nikahı ləğv etdirmək və yeni nikaha daxil olmaq barədə şəhadətnamə vermək qeyrimümkündür. Ona görə də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmədən ərizəsinin təmin edilməsini, onun 1994-cü ilin avqust ayından xəbərsiz itkin düşmüş hesab edilməsi barədə Kəlbəcər Rayon Məhkəməsinin 02 mart 2001-ci il tarixli 2-24/2001 saylı qətnaməsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan: “AA 0167096” nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən (sənədin əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması müəyyən edilmişdir-hakimin qeydi) görünür ki, Ərizəçi xx xxxxxxx 1968-ci ildə Azərbaycanda doğulmuşdur. Şəxsiyyət vəsiqəsindən o da görünür ki, sənəd 27 dekabr 220228-ci il tarixədək olan müddət üçün verilmişdir. İş materiallarında olan: Elektron məhkəmə sistemi vasitəsi ilə əldə olunmuş informasiyadan görünür ki, Ərizəçi xx xxxxxxx 1968-ci ildə Azərbaycanın Kəlbəcər rayonunda doğulmuş, Kəlbəcər şəhərinin 20 Yanvar küçəsində qeydiyyatdadır; 28 dekabr 2018-ci il tarixdə “Asan-Gəncə” tərəfindən AA167096 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayonun Məhkəməsinin qanuni qüvvəyə minmiş 2- 24/2001 saylı 02 mart 2001-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx xxxxxxx 1968-ci ildə Kəlbəcər rayonunun Yanşaq kəndində doğulmuş Ərizəçi 1994-cü ilin avqust ayından xəbərsiz itkin düşmüş hesab edilməsi qət edilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 17 iyun 2023-cü il tarixli 250 nömrəli məktubdan görünür ki, 23 noyabr 2001-ci il tarixdə Maraqlı şəxsndə 20 nömrə ilə qeyd edilmiş nikahın pozulması haqqında akt qeydində Ərizəçi xəbərsiz itkin düşmüş hesab edildiyindən ona nikahın pozulması haqqında təkrar şəhadətnamə vermək imkan xaricindədir. Xəbərsiz itkin düşməsi ilə bağlı qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Kəlbəcər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 14 iyun 2023-cü il tarixdə verilmiş 842 nömrəli arayışdan görünür ki, Mürsəlov X3 şəhər sakini olmaqla, məcburi köçkündür, hazırda Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6 ətrafında müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsindən görünür ki, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.5-ci maddəsinə əsasən, xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 305.1.2-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 316-cı maddəsinə əsasən, xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsinə əsasən, hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sadalanan sübutları tədqiq edib, həmin sübutlara tam halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, məhkəmə qətnaməsi əsasında xəbərsiz itkin düşmüş hesab edilmiş şəxs Ərizəçi şəxsən gəldiyindən və olduğu yer aşkar edildiyindən, məhkəmə yeni qətnamə ilə bu barədə əvvəl çıxarılmış- Kəlbəcər Rayon Məhkəməsinin 02 mart 2001-ci il tarixli 2-24/2001 saylı qətnaməsini ləğv etməlidir. Hazırki mülki iş üzrə Ərizəçi Kəlbəcər Rayon Məhkəməsinin 02 mart 2001-ci il tarixli 2-24/2001 saylı qətnaməsi ilə xəbərsiz itkin düşmüş şəxs hesab edilən Ərizəçi ilə eyni şəxs olması məhkəmə icraatında müəyyən edilmişdir. Ərizəçi əmlakının idarə olunması haqqında qərar aşkar olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Xəbərsiz itkin düşmüş hesab edilməsi ilə bağlı Ərizəçi barəsində çıxarılmış Kəlbəcər Rayon Məhkəməsinin 02 mart 2001-ci il tarixli 2-24/2001 saylı qətnaməsi ləğv edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-802/2023
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-802/2023
28.08.2023 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver