Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-927/2023 18.12.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “42000 (qırx iki min) manat pul vəsaitinin və 216 manat dövlət rüsumunun pul əvəzinin ödənilməsi tələbinə dair” ilkin iddiası və Cavabdeh İddiaçı qarşı “100000 (yüz min) manat pul tələbinə dair” qarşılıqlı iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 42000 (qırx iki min) manat pulun və 216 (iki yüz on altı) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, əri X9 ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb omaqda ittiham olunur. Cavabdeh həmin iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdır. Barışıq əldə edilməsi və ərizə verilməsi üçün 15000 (on beş min) manat məbləğində pul cavabdehə ödənilmiş, 03 mart 2021-ci il tarixli qəbzlə də Cavabdeh 15000 (on beş min) manat məbləğdə pulu aldığını öz xətti və imzası ilə təsdiq etmişdir. Daha sonra cinayət işi üzrə məhkəmə iclasının gedişində yenidən barışmaq üçün danışıq apardıqları vaxt Cavabdeh əlavə 25000 (iyirmi beş min) manat ödəniş edərək heç bir şikayətinin olmaması barədə ərizə alsa da, hazırda Cavabdeh iş üzrə qəbul edilmiş hökmdən apellyasiya şikayəti verərək üzərinə götürdüyü öhdəliyi icra etməmiş və əsassız varlanmışdır, eyni zamanda barışıq ərizəsini ləğv etdiyini bildirməkdədir. Buna dair əlyazma hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Nural Əliyevin icraatında olan 1(100)-60/2022 saylı cinayət işinin materiallarında olduğu üçün əslini təqdim edə bilmir. Lakin ikinci ödənişlə bağlı ödəniş edilən zaman aparılmış videoçəkilişi CD-diskdə təqdim edir. Eyni zamanda, bu məbləği bu müddət ərzində banka qoysaydı, 1500 (min beş yüz) manat gəlir əldə edərdi. Ödənilmiş 25000 (iyirmi beş min) manat üçün isə, aprel ayından bu günədək istifadə etmək imkanı olsaydı, təxminən 500 (beş yüz) manat gəlir əldə edərdi. Bu halların əldən çıxmış fayda kimi qiymətləndirilməsini düşünür. Bununla əlaqədar olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh İddiaçı və X4 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 avqust 2020-ci il tarixdə X3 törətmiş olduğu ağır yol-nəqliyyat hadisəsində xidməti vəzifəsini icra edən zaman faciəli şəkildə həlak olan qızı, polis kiçik serjantı Ləman Süleymanzadənin hüquqi və mülki varisi olaraq təqsirkar X1 maddi olaraq- 50500 (əlli min beş yüz) manat, mənəvi olaraq- 49500 (qırx doqquz min beş yüz) manat, ümumilikdə 100000 (yüz min) manat məbləğində təzminatın X1, eləcə də istintaqa və ona təsir göstərən, mərhum Ləman Süleymanzadəyə və mərhum Elnur Çağırqanova guya intihar etdikləri barədə şər-böhtan atan, onun və ailəsinin şərəf və ləyaqətinə xələl gətirən, eləcə də nevroloji-psixoloji durumunu əsassız yerə məhkəmə prosesi ilə gərginləşdirən təqsirkar Allahverdi Behbudovun arvadı İddiaçı 99000 (doxsan doqquz min) manat məbləğində təzminatın tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (Kəlbəcər Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli hazırlıq iclasında protokol qaydasında qəbul etdiyi qərardadla qarşılıqlı iddia ilkin İddiaçı ilə bağlı hissədə icraata qəbul edilmiş, proses iştirakçısı olmayan X4 aid hissə Mülki Prosessual Məcəllənin 156-cı maddəsinin şərtlərinə uyğun olmadığından, X4 aid hissədə qarşılıqlı iddianın icraata götürülməsindən imtina edilmişdir). Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, X9 16 avqust 2020-ci il tarixində hərəkəti həmin yolda qanunla qəti qadağan olunan “New Holland TC5050” markalı 90-L- 009 dövlət qeydiyyat nişanlı kombayn texniki vasitəni mövcud qanunvericiliyə uyğun olaraq avtomobil yollarında hərəkət etdirməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, hərəkət vaxtına münasibətdə Daxili İşlər Nazirliyindən xüsusi icazə almalı olduğu halda Qanunun bu tələbini kobud şəkildə pozaraq müşayiət avtomobili ayrılmalı olduğu halda qanunun bu tələbini də kobud şəkildə pozaraq heç bir təhlükəsizlik tədbiri görmədən eni 390 santimetr olan kombayn mexaniki texniki vasitəni biçmə qurğusu ilə birlikdə eni 340 santimetr olan avtomobil yoluna çıxararaq əvvəlcədən hərəkət iştirakçılarına qəza şəraiti yaradaraq onunla əks istiqamətdə hərəkətdə olan X5 idarə etdiyi **-GC-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C 180” markalı minik avtomobilinin hərəkət zolağına çıxaraq ağır yol-nəqliyyat hadisəsi törətmişdir. X3 törətmiş olduğu bu ağır yol-nəqliyyat hadisəsinin nəticəsində xidməti vəzifələrini icra edən iki polis əməkdaşı – Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin əməkdaşı, polis leytenantı X13 və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin kiçik inspektoru, polis kiçik serjantı X10 ağır bədən xəsarətləri alaraq hadisə yerindəcə faciəli şəkildə həlak olmuşlar. X3 16 avqust 2020-ci il tarixində Samux rayonunun Çobanabdallı yaşayış məntəqəsində törətmiş olduğu ağır, faciəli yol-nəqliyyat hadisəsində təqsirli olduğu sübuta yetirilmişdir. X9 verdiyi ifadə və çıxışlarında özünü günahkar saymır, eləcə də günahı ucbatından həyatına son qoyduğu hər iki polis əməkdaşının valideynlərindən üzrxahlıq etməmiş, günahının bağışlanmasını xahiş etməmişdir. O, həlak olan övladının hüquqi və mülki varisi kimi tanınmışdır. Ona dəymiş maddi ziyanla bağlı 50500 (əlli min beş yüz) manat ziyanın ödənilməsini tələb etmiş və istintaqa sənədlər təqdim edərək sübuta yetirmişdir. Qızının ölümü ilə əlaqədar aldığı psixo-nevroloji travmalardan X2, X7 mütəmadi olaraq müalicələr alır. Bu xəstəliklər qızının ölümündən sonra baş vermişdir. Bu fakt X8 səhhətilə bağlı verdiyi arayışda təsdiqini tapır. Bugün də səhhətində ciddi problemlər davam edir. Mənəvi zərərlə bağlı 49500 (qırx doqquz min beş yüz) manat təzminat tələb etmişdir. Hazırda 100000 (yüz min manat) təzminat ödənilməsini Gəncə Apellyasiya Məhkəməsində də tələb edir. Təqsirləndirilən şəxs X9 özünü günahsız hesab etsə də, onun təqsiri tam sübuta yetirilmişdir. X3 həyat yoldaşı və yaxınlarının onun yaxın qohumlarına dörd-beş ay ərzində çoxsaylı yalvarışlarına əsasən maddi ziyanın qismən notarial qaydada ödənilməsinə razılıq vermişdir. Ona görə də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Nural Əliyevin 7 aprel 2023-cü il tarixli 1(100)-06/2023 saylı hökmü ilə iki polis əməkdaşının faciəli ölümündə təqsirli bilinən X4 beş il müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkmək təyin olunub. Bu ədalətsiz hökmlə razılaşmayan dövlət ittihamçısı Müşviq Rəhimov hökmdən protest vermiş, zərərçəkmişin hüquqi varisi X11 və zərərçəkmiş X6 apellyasiya şikayəti vermişlər. Hazırda cinayət işinə Gəncə Apellyasiya Məhkəməsində baxılır. İddiaçı həyat yoldaşı X3 günahkar olduğunu bilərək könüllü olaraq öz istəyi ilə Gəncə şəhər 6 saylı notariat ofisinə onu dəvət edərək X3 ona vurduğu maddi ziyanı qismən ödəmişdir. Bu notarial hərəkət onun üçün, məhkəmə istintaqı üçün çox əhəmiyyətlidir. Bugünə qədər istintaq orqanlarının, məhkəmə istintaqının günahını etiraf etdirə bilmədiyi X3 günahının etirafını notarial qaydada təsdiq edir. İddiaçı onun barəsində pul tələbinə dair iddiası zərəçəkmişin hüquqi varisi olaraq ona, eləcə də Gəncə Apellyasiya Məhkəməsində gedən məhkəmə istintaqına təzyiq mexanizmidir. Cavabdeh 04 sentyabr 2023-cü il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsində qeyd etdiyi eyni məzmunda “ilkin iddiaya qarşı etiraz ərizəsi” təqdim edərək, İddiaçı ödədiyi maddi ziyanın geri qaytarılması barədə verdiyi iddianı qəbul etmədiyini, iddiaya etiraz etdiyini, iddianın qanuna zidd, yolverilməz və X3 barəsində ağır cinayət işinin Gəncə Apellyasiya Məhkəməsinin icraatında olduğunu nəzərə alaraq rədd olunmasını xahiş etmişdir. İş üzrə sonuncu məhkəmə baxış iclası 18 dekabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, ilkin iddiaçı məhkəmə iclaslarına gəlməmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə 18 dekabr 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin bu barədə sübutu məhkəməyə təqdim etmədiyini, cavabdehin də bu barədə etirazını və işə təxirəsalınmadan baxılması tələbini nəzərə alaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məhkəmə iclasında verdiyi izahatında ilkin iddianı qəbul etməyərək və qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, hal-hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs X9 16 avqust 2020-ci il tarixində hərəkəti həmin yolda qanunla qəti qadağan olunan “New Holland TC5050” markalı 90-L-009 dövlət qeydiyyat nişanlı kombayn texniki vasitəni mövcud qanunvericiliyə uyğun olaraq avtomobil yollarında hərəkət etdirməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, hərəkət vaxtına münasibətdə Daxili İşlər Nazirliyindən xüsusi icazə almalı olduğu halda Qanunun bu tələbini kobud şəkildə pozaraq müşayiət avtomobili ayrılmalı olduğu halda qanunun bu tələbini də kobud şəkildə pozaraq heç bir təhlükəsizlik tədbiri görmədən eni 390 santimetr olan kombayn mexaniki texniki vasitəni biçmə qurğusu ilə birlikdə eni 340 santimetr olan avtomobil yoluna çıxararaq əvvəlcədən hərəkət iştirakçılarına qəza şəraiti yaradaraq onunla əks istiqamətdə hərəkətdə olan X5 idarə etdiyi 99-GC- 177 dövlət qeydiyyat nişanlı “Mercedes Benz C 180” markalı minik avtomobilinin hərəkət zolağına çıxaraq ağır yolnəqliyyat hadisəsi törətmişdir. X3 törətmiş olduğu bu ağır yol-nəqliyyat hadisəsinin nəticəsində xidməti vəzifələrini icra edən iki polis əməkdaşı – Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin əməkdaşı, polis leytenantı X13 və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin kiçik inspektoru, polis kiçik serjantı X10 ağır bədən xəsarətləri alaraq hadisə yerindəcə faciəli şəkildə həlak olmuşlar. X3 16 avqust 2020-ci il tarixində Samux rayonunun Çobanabdallı yaşayış məntəqəsində törətmiş olduğu ağır, faciəli yol-nəqliyyat hadisəsində təqsirli olduğu sübuta yetirilmişdir. X9 verdiyi ifadə və çıxışlarında özünü günahkar saymır, eləcə də günahı ucbatından həyatına son qoyduğu hər iki polis əməkdaşının valideynlərindən üzrxahlıq etməmiş, günahının bağışlanmasını xahiş etməmişdir. O, həlak olan övladının hüquqi və mülki varisi kimi tanınmışdır. Ona dəymiş maddi ziyanla bağlı 50500 (əlli min beş yüz) manat ziyanın ödənilməsini tələb etmiş və istintaqa sənədlər təqdim edərək sübuta yetirmişdir. Qızının ölümü ilə əlaqədar aldığı psixo-nevroloji travmalardan X2, X7 mütəmadi olaraq müalicələr alır. Bu xəstəliklər qızının ölümündən sonra baş vermişdir. Bu fakt X8 səhhətilə bağlı verdiyi arayışda təsdiqini tapır. Bugün də səhhətində ciddi problemlər davam edir. Mənəvi zərərlə bağlı 49500 (qırx doqquz min beş yüz) manat təzminat tələb etmişdir. Hazırda 100000 (yüz min manat) təzminat ödənilməsini Gəncə Apellyasiya Məhkəməsində də tələb edir. X9 özünü günahsız hesab etsə də onun təqsiri tam sübuta yetirilmişdir. X3 həyat yoldaşı və yaxınlarının onun yaxın qohumlarına dörd-beş ay ərzində çoxsaylı yalvarışlarına əsasən maddi ziyanın qismən notarial qaydada ödənilməsinə razılıq vermişdir. Ona görə də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Nural Əliyevin 7 aprel 2023-cü il tarixli 1(100)-06/2023 saylı hökmü ilə iki polis əməkdaşının faciəli ölümündə təqsirli bilinən X4 beş il müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkmək təyin olunub. Bu ədalətsiz hökmlə razılaşmayan dövlət ittihamçısı Müşviq Rəhimov hökmdən protest vermiş, zərərçəkmişin hüquqi varisi X11 və zərərçəkmiş X6 apellyasiya şikayəti vermişlər. Hazırda cinayət işinə Gəncə Apellyasiya Məhkəməsində baxılır. İddiaçı həyat yoldaşı X3 günahkar olduğunu bilərək könüllü olaraq öz istəyi ilə Gəncə şəhər 6 saylı notariat ofisinə onu dəvət edərək X3 ona vurduğu maddi ziyanı qismən ödəmişdir.Bu notarial hərəkət onun üçün, məhkəmə istintaqı üçün çox əhəmiyyətlidir. Bugünə qədər istintaq orqanlarının, məhkəmə istintaqının günahını etiraf etdirə bilmədiyi X3 günahının etirafını notarial qaydada təsdiq edir. İddiaçı onun barəsində pul tələbinə dair iddiası zərəçəkmişin hüquqi varisi olaraq ona, eləcə də Gəncə Apellyasiya Məhkəməsində gedən məhkəmə istintaqına təzyiq mexanizmidir. Övladının ölümdən sonra onun səhhətində ciddi psixonevroloji problem yaranmış və səhhətində olan problemlər bügün də davam edir. Bütün bunlara görə, o, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı maddi olaraq- 50500 (əlli min beş yüz) manat, mənəvi olaraq- 49500 (qırx doqquz min beş yüz) manat, cəmi 100000 (yüz min) manat təzminat tələb edir. İddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 1(100)-6/2023 saylı hökmünün surətindən görünür ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 10 fevral 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Eyni zamanda həmin hökmlə zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Cavabdeh tərəfindən X4 münasibətdə verdiyi mülki iddialar üzrə icraata xitam verilmişdir. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsi tərəfindən 21 sentyabr 2023cü il tarixdə Cavabdeh göndərilmiş məktubdan görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 1(100)- 6/2023 saylı hökmündən verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə əsasən cinayət işi Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Cavabdeh həmin cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixonevroloji Dispanseri tərəfindən Cavabdeh verilmiş 09 dekabr 2021-ci il tarixli 2676/2021 saylı arayışdan görünür ki, Cavabdeh 23 noyabr 2021-ci ildən hal-hazıradək X20 Dispanserində postravmatik stress pozuntusu, orta dərəcəli depressiv epizod (xəstəliyi qızının vəfatından sonra yaranmışdır) diaqnozu ilə qeydiyyatda durur. İş materiallarında olan: Gəncə şəhər 6 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş, Cavabdeh tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli ərizədən görünür ki, X3 törətdiyi avtoqəza nəticəsində Cavabdeh dəymiş maddi ziyan ödənilmişdir. İş materiallarında olan: Gəncə şəhər 6 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş, İddiaçı tərəfindən verilmiş 18 iyul 2023-cü il tarixli ərizədən görünür ki, 01 fevral 2023-cü il tarixdə Gəncə şəhər 6 saylı notariat ofisində Bİ-513 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən razılığa gəlmədiklərinə görə imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsindən görünür ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. -1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. -1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci madəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur; sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§93). Məhkəmə hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddialar əsassız olduğundan, həm ilkin iddia, həm də qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, ilkin iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində sadaladığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, iş materiallarında da qarşılıqlı iddianın əsaslı olmasını təsdiq edən sübut aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “42000 (qırx iki min) manat pul vəsaitinin qaytarılması və 216 (iki yüz on altı) manat dövlət rüsumunun pul əvəzinin ödəniməsi tələbinə dair” ilkin iddiası rədd edilsin. Cavabdeh ilkin İddiaçı qarşı “100000 (yüz min) manat pul tələbinə dair” qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-927/2023
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-927/2023
18.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver