Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-928/2023 27.11.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “vurulmuş ziyana və əldən çıxmış faydaya görə cəmi 30000 (otuz min) manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən alınıb ona verilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, ona vurulmuş ziyana və əldən çıxmış faydaya görə 30000 (otuz min) manat məbləğində pulun və ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən 19,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 12 may 2004-cü il tarixli JN- 4802 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə” əsasında onun mərhum əri X1 2054-cü il tarixədək icarəyə verilmişdir. Həmin torpaq sahəsi üzərində icarə hüququ vərəsəlik qaydasında ona keçmiş, hüquqları dövlət qeydiyyatına alınaraq ona 01 avqust 2017-ci il tarixli RX ******* saylı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. Lakın cavabdehlər Cavabdeh4, X2, Cavabdeh2 və Cavabdeh3 həmin torpaq sahəsini qanunsuz zəbt edərək, şəxsi mal-qaralarının otarılması üçün istifadə edirlər. Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(076)-433/2018 saylı qətnaməsi ilə onun mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərin (cavabdeh X3 hazırda vəfat etmişdir) zəbtindən azad edilməsi, həmin torpaq sahəsinin onun faktiki sahibliyinə qaytarılması qət edilmişdir. Qətnamədə göstərilən sahəsi 0,1547 hektar olan digər torpaq sahəsi artıq onun sahibliyindədir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən xeyli sonra, 25 mart 2021-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları və digər əməkdaşların iştirakı ilə icra sənədinin icrasına dair Akt tərtib edilmişdir. Buna baxmayaraq, cavabdehlər əvvəlki kimi torpaq sahəsindən istifadə edib, onu mülkiyyətində olan torpaq sahəsinə buraxmırlar. Dəfələrlə cavabdehlərdən məhkəmə qətnaməsinə əməl edərək torpaq sahəsindən qanunsuz istifadələrini dayandırıb öz sahibliyinə qaytarılmasını tələb etsə də, nəticəsi olmamışdır. Məcbur olub Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(076)-433/2018 saylı qətnaməsinə dair icra işi üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsi barədə müraciət etmişdir. O, torpaq sahəsindən təyinatına uyğun istifadə edib məhsul götürə bilmir. Bununla da qazancını itirərək zərərə düşür. Onun mülkiyyətinə verilmiş torpaq sahəsindən cavabdehlər istifadə edərək mənfəət götürürlər. O, torpaq sahəsindən kənd təsərrüfatı məqsədilə istifadə edə bilsə idi, ildə 6000 (altı min) manat mənfəət əldə edərdi. Beləliklə, cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində ona 30000 (otuz min) manat zərər vurulmuşdur. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 04 sentyabr və 04 oktyabr 2023-cü il tarixlərdə keçirilmiş, məhkəmə baxışı iclası 07 noyabr 2023-cü il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı 27 noyabr 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə məlumat (SMS) göndərərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 27 noyabr 2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 isə məhkəməyə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iştirak etdiyi 04 sentyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək və dəqiqləşdirərək bildirmişdir ki, Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən 19,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 12 may 2004-cü il tarixli JN-4802 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə” əsasında onun mərhum əri X1 2054-cü il tarixədək olan müddətə icarəyə verilmişdir. Həmin torpaq sahəsi üzərində icarə hüququ vərəsəlik qaydasında ona keçmiş, hüquqları dövlət qeydiyyatına alınaraq ona 01 avqust 2017-ci il tarixli RX ******* saylı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. Həmin torpaq sahəsində əvvəllər kənd təsərrüfatı təyinatlı bitkilər əkib-becərmişdir. Bundan başqa, “Ana Kür” yeməkxanasının yerləşdiyi 0,1547 hektar torpaq sahəsi də Azərbaycan Respublikası Əmlak Məsələlri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 21 iyul 2017-ci il tarixli 212 saylı Şəhadətnaməsi və Şamkir Rayon 1 saylı Notariat Kontorunda 04 avqust 2017-ci il tarixdə (reyestr № 3M-217) təsdiqlənmiş icarə müqaviləsi əsasında 04 avqust 2032-ci il tarixədək onun icarəsinə verilmiş, bu barədə onun adına 10 avqust 2017-ci il tarixli RX ******* saylı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. Lakın cavabdehlər Cavabdeh4, X2, Cavabdeh2 və Cavabdeh3 həmin 0,1547 hektar torpaq sahəsini qanunsuz zəbt edərək, şəxsi mal-qaralarının otarılması üçün istifadə etdiklərindən, o, hüquqlarinin bərpasi üçün məhkəməyə müraciət etmiş, Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(076)-433/2018 saylı qətnaməsi ilə onun mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərin (cavabdeh X3 hazırda vəfat etmişdir) qanunsuz zəbtindən azad edilməsi və onun faktiki sahibliyinə qaytarılması qət edilmişdir. Qətnamədə göstərilən 0,1547 hektar torpaq sahəsi artıq onun sahibliyindədir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən xeyli sonra, 25 avqust 2021-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları və digər əməkdaşların iştirakı ilə icra sənədinin icrasına dair Akt tərtib edilmiş, buna baxmayaraq, cavabdehlər əvvəlki kimi torpaq sahəsindən istifadə edib, onu icarəsində olan torpaq sahəsinə buraxmırlar. Dəfələrlə cavabdehlərdən məhkəmə qətnaməsinə əməl edərək torpaq sahəsindən qanunsuz istifadələrini dayandırıb öz sahibliyinə qaytarılmasını tələb etsə də, nəticəsi olmamışdır. Məcbur olub Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(076)- 433/2018 saylı qətnaməsinə dair icra işi üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsi barədə müraciət etmişdir. O, torpaq sahəsindən təyinatına uyğun istifadə edib məhsul götürə bilmir. Bununla da qazancını itirərək zərərə düşür. Onun mülkiyyətinə verilmiş torpaq sahəsindən cavabdehlər istifadə edərək mənfəət götürürlər. O, torpaq sahəsindən kənd təsərrüfatı məqsədilə istifadə edə bilsə idi, ildə 6000 (altı min) manat mənfəət əldə edərdi. Beləliklə, cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində ona 30000 (otuz min) manat zərər vurulmuşdur. Cavabdehlər hal-hazırda da onun torpaq sahəsini qanunsuz zəbt etməkdə davam edirlər. Cavabdeh4 iştirak etdiyi 04 sentyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o və digər cavabdehlər Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Şəmkir rayonunun Kür qəsəbəsində X6 Stansiyasının yataqxanasında müvəqqəti məskunlaşmışlar; cavabdehlərdən Cavabdeh1 onun qardaşı, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 onun tanışlarıdırlar. O və digər cavabdehlər məcburi köçkün olaraq həssas əhali qrupuna aid olduqlarından, hər zaman dövlət orqanlarının qayğısı altında olmuşlar, eyni zamanda özləri də həmişə zəhmətləri hesabına yaşamağa çalışmış, yerli dövlət orqanlarının şifahi razılıqları ilə boş torpaq sahələrindən də özlərinin azsaylı ev heyvanlarının yemlənməsi üçün istifadə etmişlər. İddiaçı ona və digər cavabdehlərə qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin ona məxsus torpaq sahəsindən çəxarılmalarını tələb etmiş, Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(076)-433/2018 saylı qətnaməsi ilə iddiaçının mülkiyyətində (əslində isə icarəsində) olan torpaq sahəsinin onun və digər cavabdehlərin qanunsuz zəbtindən azad edilməsi və iddiaçının faktiki sahibliyinə qaytarılması qət edilmişdir. Qətnamədə göstərilən 0,1547 ha torpaq sahəsi artıq iddiaçının sahibliyindədir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən xeyli sonra, 25 avqust 2021-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları və digər şəxslərin iştirakı ilə icra sənədinin icrasına dair Akt tərtib edilmiş, o cümlədən iddiaçının özü də həmin aktı imzalamışdır. Bununla belə, o və digər cavabdehlər iddiaçıya heç bir zərər vurmamışlar, iddiaçının iddiası tamamilə əsassızdır. Belə ki, onların yerli orqanların şifahi razılıqları ilə istifadə etdikləri boş torpaq sahələri Ümummilli lider Heydər Əliyevin məcburi köçkünlərin müdafiəsi ilə bağli sərəncamı əsasında onlara verilmişdir. Cavabdeh1 iştirak etdiyi 04 oktyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia tamamilə əsassızdır. O və digər cavabdehlər Kəlbəcər rayonundan məcburi köçkün düşdükdən sonra Şəmkir rayonundakı X6 Stansiyasının yataqxanasında yerləşdirilmişlər. Onlara yerli hakimiyyət orqanları tərəfindən məcburi köçkün olaraq heyvan saxlamaq üçün şifahi göstərişlər əsasında torpaq sahəsi ayrılmışdır. Onların istifadə etdiyi torpaq sahəsi Ümummilli lider Heydər Əliyevin sərəncamı əsasında verilmişdir və Ümummilli liderin qərarına əsasən, məcburi köçkünlər öz yurdlarına qayıdanadək məskunlaşdıqları yerdən uzaqlaşdırıla bilməzlər. Ona görə də iddia tələbinin əsassız hesab edilərək, iddianın rədd edilməsini xahiş etmişdir (eyni məzmunda yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir). Cavabdeh3 iştirak etdiyi 04 oktyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia tamamilə əsassızdır (eyni məzmunda yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş RX № ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən 19,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə icarə hüququ 169 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əsas öhdəliyin mahiyyəti və icra müddəti DTXK-nin Şəmkir rayon şöbəsi, 12 may 2004-cü il tarixli JN-4802 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, 26 iyul 2017-ci il tarixli 2V-178 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, Gəncə şəhər 5 saylı DNK; yüklülüyün müddəti xx.xx.2017-xx.xx.2054; 37 (otuz yeddi) il qeyd edilmişdir. İş materiallarında olan: Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(076)- 433/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, X3, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiası təmin edilmiş, Seriya RX № ******* saylı 01 avqust 2017-ci il tarixli ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” əsasında İddiaçı mülkiyyətinə (əslində istifadəsinə) verilmiş və Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən 19,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Seriya RX ******* saylı 10 avqust 2017-ci il tarixli ********** qeydiyyat nömrəli, **********37 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” əsasında İddiaçı mülkiyyətinə verilmiş və Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən 0,1547 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, X3, Cavabdeh2 və Cavabdeh3 zəbtindən azad edilməsi, həmin torpaq sahələrinin iddiaçının faktiki sahibliyinə qaytarılması qət edilmişdir. İş materiallarında olan: 25 avqust 2021-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları və digər şəxslərin, o cümlədən borcluların iştirakları ilə tərtib edilmi. icra sənədinin icrasına dair Aktın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(076)-433/2018 saylı qətnaməsi tamamilə icra edilmişdir. İş materiallarında olan: Şəmkir Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(076)-406/2023 saylı qərardadının surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(076)-433/2018 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin 25 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsi, Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(076)-433/2018 saylı icra sənədinin yenidən icraya yönəldilməklə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur (§ 93). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan, yəni iddia tələbinin əsasını təşkil edən hallar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən hazırki mübahisə ilə iddiaçıya hər hansı məbləğdə zərər yetirildiyi sübutlarla təsdiq edilməmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı da iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-928/2023
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-928/2023
27.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver