Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-928/2024 20.11.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul borcunun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3050 (üç min əlli) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 51 (əlli bir) manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh oğlunu uzun müddətdir ki, tanıyır. 1 may 2023-cü ildə cavabdeh ona yaxınlaşaraq pula ehtiyacı olduğunu bildirmiş və ondan borc pul istəmişdir. Özündə pul olduğuna görə cavabdehə hissə-hissə olmaqla 6820 (altı min səkkiz yüz iyirmi) manat məbləğində borc pul vermişdir. Belə ki, cavabdehǝ 1 may 2023-cü ildə 3850 (üç min səkkiz yüz əlli) manat və 470 (dörd yüz yetmiş) manat, 2023-cü ilin may ayında 700 (yeddi yüz) manat və 12 may 2023-cü il tarixdə 1800 (min səkkiz yüz) manat olmaqla, cəmi 6820 (altı min səkkiz yüz iyirmi) manat məbləğində pul vermişdir. Cavabdeh də aldığı borc pulu yaxın vaxtda qaytaracağına söz vermiş və ondan pul almasına dair qəbz yazaraq öz imzası ilə təsdiq etmişdir. Aradan bir müddət keçəndən sonra Cavabdeh ona olan borcunu qaytarmasını tələb etmişdir. Cavabdeh ona olan borcundan 3770 (üç min yeddi yüz yetmiş) manatını qaytarmış, qalan 3050 (üç min əlli) manat məbləğdə pulu isə qaytarmaqdan imtina etmişdir. O, pulunu başqa qaydada cavabdehdən ala bilmir. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh borc olaraq ümumilikdə 6820 (altı min səkkiz yüz iyirmi) manat pul vermişdir. Cavabdeh ona olan borcundan 3770 (üç min yeddi yüz yetmiş) manatını qaytarmış, qalan 3050 (üç min əlli) manat məbləğdə pulu isə qaytarmaqdan imtina etmişdir. Hazırda Cavabdeh ona 3050 (üç min əlli) manat borcu qalmışdır. Cavabdehin özü də ona pul borclu olduğunu etiraf edir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, 01 may 2023-cü il tarixdə iddiaçıdan 3850 (üç min səkkiz yüz əlli) manatlıq qızıl dəst, onun yan qonşusundan 700 (yeddi yüz) manatlıq qızıl üzük götürmüşdür. Cəmi borcu 4550 (dörd min beş yüz əlli) manat olmuşdur. Qızılı götürəndən 2-3 gün sonra iddiaçı zəng edərək onu yanına çağırmış və qızılın qiyməti qalxdığına görə borcunun üzərinə əlavə 450 (dörd yüz əlli) manat gələrək 5000 (beş min) manat pul borclu olduğunu demişdir. O da qızılı nisyə götürdüyünə görə heç nə deməmişdir. Əslində isə onların razılaşdığı vaxt qiymət 4550 (dörd min beş yüz əlli) manat olmuşdur. 2023-cü ilin avqust ayında 1000 (min) manat və 2000 (iki min) manat bankdan pul götürüb iddiaçıya vermişdir. Təxminən 5-6 ay əvvəl iddiaçının kartına 750 (yeddi yüz əlli) manat pul göndərmişdir. Ümumi borcundan 3750 (üç min yeddi yüz əlli) manatını qaytarmışdır. Hazırda iddiaçıya 1250 (min iki yüz əlli) manat borcu qalır. İddiaçıya 1250 (min iki yüz əlli) manat ödəməyə razıdır (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən - 1250 (min iki yüz əlli) manat pul tələbinə dair hissədə qanuni və əsaslı olduğundan-yəni həmin hissədə iddia etiraf olunduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehin ona 3050 (üç min əlli) manat pul borclu olduğunu bildirsə də, cavabdeh iddiaçıya 5000 (beş min) manat borclu olduğunu etiraf etmiş, həmin borcundan 3750 (üç min yeddi yüz əlli) manatını qaytardığını bildirmiş, iddiaçının özü də cavabdehin borcundan 3750 (üç min yeddi yüz əlli) manatını qaytardığını təsdiq etmişdir. Beləliklə, cavabdehin iddiaçıya 1250 (min iki yüz əlli) manat pul borcu olduğu öz təsdiqini tapmışdır. Belə olan halda, Cavabdeh 1250 (min iki yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Bundan başqa, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumunun 32,50 (otuz iki manat 50 qəpik) hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1250 AZN (bir min iki yüz əlli manat) əsas borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 32,50 AZN (otuz iki manat-50 qəpik) hissəsinin pul əvəzi, cəmi 1282,50 AZN (bir min iki yüz səksən iki manat-50 qəpik) məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-928/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-928/2024
20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver