Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-931/2023 14.11.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, İddiaçı və nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8000 (səkkiz min) manat pulun, vəkil bürosunda çəkdiyi xərclərə görə 330 (üç yüz otuz) manatın, dövlət rüsumuna görə 100 (yüz) manatın, cəmi 8430 (səkkiz min dörd yüz otuz) manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2021-ci ilin dekabr ayında arvadi X2 ilə “Lalafo.az” saytında satışa qoyulan evə baxış etməyə getmişlər. Həmin ev Abşeron rayonunun Məhəmmədli qəsəbəsindəki “yeni sahədə” yerləşir və evi satışa çıxaran cavabdeh evin son qiymətinin 8000 (səkkiz min) manat olduğunu qeyd etmişdir. Həmin evə qayını Rahib və arvadı Samirə ilə baxış keçirməsindən sonra cavabdehin dediyi qiymətlə razılaşmış, beh olaraq cavabdehə 1500 (min beş yüz) manat verilmişdir, iki gün keçdikdən sonra isə Zabrat qəsəbəsində X1rşısında görüşüb cavabdehə daha 1000 (min) manat vermişdir. Təxminən üç-dörd gün keçdikdan sonra cavabdeh iddiaçının yaşadığı evə gələrək nəvəsinin əməliyyat olduğunu bildirib daha 1500 (min beş yüz) manat almışdır. Nəhayət, 05 yanvar 2022-ci il tarixində cavabdeh Kürdəxanı Bələdiyyəsində vergi ödəyicisi kimi evi iddiaçının adına keçirmiş və həmin Bələdiyyə binasının qarşısında iddiaçı qalan 4000 (dörd min) manat pulu cavabdehə verərək ümumilikdə cavabdehə cəmi 8000 (səkkiz min) manat pul vermişdir. Həmin gün, iddiaçı aldığı evin giriş qapısına təzə kilid açarını qoymuşdur. Bundan sonra müəyyən səbəblərə görə iddiaçı yaşamaq üçün dərhal həmin evə köçə bilməmiş və dörd-beş ay keçdikdən sonra "Lalafo.az" saytında aldığı həmin evin cavabdeh tərəfindən yenidən satışa qoyulduğunu görmüşdür. Cavabdehdən bu barədə soruşduqda sonuncu bildirmişdir ki, evi ona ucuz satmışdır və yaxın zamanda verilən 8000 (səkkiz min) manat pulunu ona geri qaytaracaqdır. Lakin cavabdeh verdiyi heç bir vədinə əməl etməmiş, əksinə, iddiaçıya satmış olduğu həmin evin kilidini qırmış və yeni kilid qoyaraq ailə üzvləri ilə birgə iddiaçı ilə açıq şəkildə düşmənçilik münasibətlərinə keçmişdir. İddiaçı vəkil sorğusu ilə Kürdəxanı Bələdiyyəsinə rəsmən müraciət etdikdə, sonuncu 13 yanvar 2023-cü il tarixli 06 nömrəli məktubu ilə belə cavab vermişdir: "Kūrdəxanı Bələdiyyəsinin inzibati ərazisinə aid olan Tofiq Hüseynov küçəsi sahə 4-də 180 kvadratmetr torpaq sahəsi və 50 kvadratmetr fərdi yaşayş evi vətəndaş X4 uzun müddətdir istifadəsində olmuşdur. Sözügeden torpaq va əmlak sahəsinin heç bir hüquq təsdiqedici sənədi olmamışdır. G.Ə.Sadıxova 05 may 2021-ci il tarixində Kürdəxanı Bələdiyyəsinə ərizə ilə müraciət etmiş, bələdiyyənin vergi-uçot sistemində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. 05 yanvar 2022ci il tarixində X8 atası Cavabdeh ilə birlikdə Kürdəxanı Bələdiyyəsinə yaxınlaşaraq həmin əmlakı və torpaq sahəsinin özlərinin qohumu kimi təqdim etdiyi İddiaçı öz aralarındakı razılaşma əsasında satdığını bildirmişdir. Sözügeden torpaq va əmlak sahəsi ilə bağlı Cavabdeh qızının adını vergi-uçot sistemindən çıxarılaraq İddiaçı vergi- uçot sisteminə salınmasını, vergilərin onun adından ödənilməsini bələdiyyədən xahiş etmişdir. Belə olduğu halda İddiaçı vergi ödəyicisi kimi fiziki şəxsin uçota alınması haqqında ərizə blankını dolduraraq Bələdiyyənin vergi-uçot sistemində vergi ödəyicisi kimi qeydə alınmış, hazırda da İddiaçı yerli vergi ödəyicisi kimi qeydiyyatdadır. Məcburiyyət qarşısında iddiaçı cavabdehin qanunsuz əməllərinin, yəni pulun alındığı yer üzrə Sabunçu Rayon Polis idarəsinin 15-ci polis bölməsinə müraciət etmiş və həmin bölmənin sahə inspektoru tərəfindən 17 fevral 2023-cü il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla aparılmış təhqiqat zamanı müəyyən edilmişdir ki, cavabdeh verdiyi izahatında iddiaçı tərəfindən ona 8000 (səkkiz min) manatın verilməsini inkar etməmişdir. Eyni zamanda cavabdeh böhtan və yalan ifadələr işlədərək sübutsuz, dəlilsiz bildirmişdir ki, guya, qeyri-qanuni yolla özünə və qızına sürücülük vəsiqəsi almaq istəməsini iddiaçıya bildirmiş, sonuncu isə onu aldadaraq guya işlədiyi qohumu vasitəsilə bunu etmək üçün ondan 1800 (min səkkiz yüz) manat pulunu almış və heç nə etməmişdir. Bununla belə cavabdeh iddiaçıya hazıradək hər hansı pulu qaytarmamış və bu istiqamətdə heç bir hərəkət etməmişdir. Qərarla iddiaçıya məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Mülki iş üzrə məhkəmə hazırlıq iclası 07 sentyabr 2023-cü il tarixdə keçirilmiş, prosessual zərurətlə əlaqədar 10 oktyabr 2023, 30 oktyabr 2023-cü il tarixə təxirə salınmış və məhkəmə baxışı iclası 14 noyabr 2023-cü il tarixə təyin edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına, o cümlədən məhkəmə baxışı iclasına gəlməmişdir. Cavabdeh 03 noyabr 2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək, səhhəti ağır olduğuna görə məhkəmə iclasına gələ bilmədiyini və məhkəmə iclasının iki ay müddətinə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin əvvəlki məhkəmə iclasına görə də eyni məzmunda teleqram vurduğunu, məhkəmə iclasında iştiraka mane olan hər hansı səbəbin mövcudluğunu təsdiq edən hər hansı sübutun məhkəməyə təqdim edilmədiyini, teleqramın göndərilməsini məhkəmənin vaxtının lüzumsuz olaraq uzadılmasına xidmət etməsi kimi qiymətləndirmiş və məhkəmə iclasının təxirə salınmasından imtina etmiş, cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 2021-ci ilin dekabr ayında arvadi X2 ilə “Lalafo.az” saytında satışa qoyulan evə baxış etməyə getmişlər. Həmin ev Abşeron rayonunun Məhəmmədli qəsəbəsindəki “yeni sahədə” yerləşir və evi satışa çıxaran cavabdeh evin son qiymətinin 8000 (səkkiz min) manat olduğunu qeyd etmişdir. Həmin evə qayını Rahib və arvadı Samirə ilə baxış keçirməsindən sonra cavabdehin dediyi qiymətlə razılaşmış, beh olaraq cavabdehə 1500 (min beş yüz) manat verilmişdir, iki gün keçdikdən sonra isə Zabrat qəsəbəsində X1rşısında görüşüb cavabdehə daha 1000 (min) manat vermişdir. Təxminən üç-dörd gün keçdikdan sonra cavabdeh iddiaçının yaşadığı evə gələrək nəvəsinin əməliyyat olduğunu bildirib daha 1500 (min beş yüz) manat almışdır. Nəhayət, 05 yanvar 2022-ci il tarixində cavabdeh Kürdəxanı Bələdiyyəsində vergi ödəyicisi kimi evi iddiaçının adına keçirmiş və həmin Bələdiyyə binasının qarşısında iddiaçı qalan 4000 (dörd min) manat pulu cavabdehə verərək ümumilikdə cavabdehə cəmi 8000 (səkkiz min) manat pul vermişdir. Həmin gün, iddiaçı aldığı evin giriş qapısına təzə kilid açarını qoymuşdur. Bundan sonra müəyyən səbəblərə görə iddiaçı yaşamaq üçün dərhal həmin evə köçə bilməmiş və dördbeş ay keçdikdən sonra "Lalafo.az" saytında aldığı həmin evin cavabdeh tərəfindən yenidən satışa qoyulduğunu görmüşdür. Cavabdehdən bu barədə soruşduqda sonuncu bildirmişdir ki, evi ona ucuz satmışdır və yaxın zamanda verilən 8000 (səkkiz min) manat pulunu ona geri qaytaracaqdır. Lakin cavabdeh verdiyi heç bir vədinə əməl etməmiş, əksinə, iddiaçıya satmış olduğu həmin evin kilidini qırmış və yeni kilid qoyaraq ailə üzvləri ilə birgə iddiaçı ilə açıq şəkildə düşmənçilik münasibətlərinə keçmişdir. İddiaçı vəkil sorğusu ilə Kürdəxanı Bələdiyyəsinə rəsmən müraciət etdikdə, sonuncu 13 yanvar 2023cü il tarixli 06 nömrəli məktubu ilə belə cavab vermişdir: "Kūrdəxanı Bələdiyyəsinin inzibati ərazisinə aid olan Tofiq Hüseynov küçəsi sahə 4-də 180 kvadratmetr torpaq sahəsi və 50 kvadratmetr fərdi yaşayş evi vətəndaş X4 uzun müddətdir istifadəsində olmuşdur. Sözügeden torpaq va əmlak sahəsinin heç bir hüquq təsdiqedici sənədi olmamışdır. G.Ə.Sadıxova 05 may 2021-ci il tarixində Kürdəxanı Bələdiyyəsinə ərizə ilə müraciət etmiş, bələdiyyənin vergi-uçot sistemində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. 05 yanvar 2022-ci il tarixində X8 atası Cavabdeh ilə birlikdə Kürdəxanı Bələdiyyəsinə yaxınlaşaraq həmin əmlakı və torpaq sahəsinin özlərinin qohumu kimi təqdim etdiyi İddiaçı öz aralarındakı razılaşma əsasında satdığını bildirmişdir. Sözügeden torpaq va əmlak sahəsi ilə bağlı Cavabdeh qızının adını vergi-uçot sistemindən çıxarılaraq İddiaçı vergi- uçot sisteminə salınmasını, vergilərin onun adından ödənilməsini bələdiyyədən xahiş etmişdir. Belə olduğu halda İddiaçı vergi ödəyicisi kimi fiziki şəxsin uçota alınması haqqında ərizə blankını dolduraraq Bələdiyyənin vergi-uçot sistemində vergi ödəyicisi kimi qeydə alınmış, hazırda da İddiaçı yerli vergi ödəyicisi kimi qeydiyyatdadır. Məcburiyyət qarşısında iddiaçı cavabdehin qanunsuz əməllərinin, yəni pulun alındığı yer üzrə Sabunçu Rayon Polis idarəsinin 15-ci polis bölməsinə müraciət etmiş və həmin bölmənin sahə inspektoru tərəfindən 17 fevral 2023-cü il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla aparılmış təhqiqat zamanı müəyyən edilmişdir ki, cavabdeh verdiyi izahatında iddiaçı tərəfindən ona 8000 (səkkiz min) manatın verilməsini inkar etməmişdir. Eyni zamanda cavabdeh böhtan və yalan ifadələr işlədərək sübutsuz, dəlilsiz bildirmişdir ki, guya, qeyri-qanuni yolla özünə və qızına sürücülük vəsiqəsi almaq istəməsini iddiaçıya bildirmiş, sonuncu isə onu aldadaraq guya işlədiyi qohumu vasitəsilə bunu etmək üçün ondan 1800 (min səkkiz yüz) manat pulunu almış və heç nə etməmişdir. Bununla belə, cavabdeh iddiaçıya hal-hazıradək hər hansı pulu qaytarmamış və bu istiqamətdə heç bir hərəkət etməmişdir. Hal-hazırda Məhkəmədən iddianın təmin edilməsini, Cavabdeh 8000 (səkkiz min) manatın, vəkil bürosunda çəkdiyi xərclərə görə 330 (üç yüz otuz) manatın, dövlət rüsumuna görə 100 (yüz) manatın, cəmi 8430 (səkkiz min dörd yüz otuz) manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək qanuni və əsaslı olduğunu bildirmiş, iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən icraatında olan HK-1/339 saylı material əsasında 17 fevral 2023-cü il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, izahatı alınan Cavabdeh bir otaqdan ibarət evi İddiaçı 10500 (on min beş yüz) manata satmağa razılaşdığını, daha sonra Zamiklə aralarında narazılıq olduğundan evi yenidən satışa çıxardığını, evi satışa çıxardıqdan sonra Zamikin ona 8000 (səkkiz min) manat verdiyini, lakin sürücülük vəsiqəsi almaq üçün Zamikin ondan 1800 (min səkkiz yüz) manat pul aldığını, ona görə də İddiaçı qaytaracağı pulun 6200 (altı min iki yüz) manat olduğunu etiraf etmişdir. İş materiallarında olan: Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin Bakı şəhəri 5 saylı Vəkillər Bürosunun vəkili Nümayəndə ünvanladığı 13 yanvar 2023-cü il tarixli 06 saylı məktubdan görünür ki, 05 yanvar 2022-ci il tarixdə X9 atası Cavabdeh ilə birlikdə Kürdəxanı bələdiyyəsinə yaxınlaşaraq həmin əmlakı və torpaq sahəsinin özlərinin qohumu kimi təqdim etmiş İddiaçı öz aralarındakı razılaşma əsasında satdığını bildirmişdir. Sözügedən torpaq sahəsi ilə bağlı Cavabdeh, qızının adının vergi-uçot sistemindən çıxarılaraq İddiaçı vergi-uçotu sisteminə salınmasını, vergilərin onun adından ödənilməsini bələdiyyədən xahiş etmişdir. Belə olduğu halda İddiaçı vergi ödəyicisi kimi fiziki şəxsin uçota alınması haqqında ərizə blankını dolduraraq bələdiyyənin vergi-uçot sistemində vergi ödəyicisi kimi qeydə alınmışdır. Hazırda da İddiaçı yerli vergi ödəyicisi kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsindən görünür ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. -1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. -1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. -76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə mülki iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı təsdiq edilmişdir ki, cavabdeh iddiaçının hesabına 8000 (səkkiz min) manat məbləğdə əsassız varlanmışdır. İddiaçı 06 fevral 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-c polis bölməsinə etdiyi şikayət üzrə toplanmış HK-1/339 saylı material əsasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin təhqiqatçısı X3 qəbul etdiyi 17 fevral 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, cavabdeh yerinə yetirmədiyi öhdəlik üzrə iddiaçıdan 8000 (səkkiz min) manat pul aldığını etiraf edir, lakin bundan 1800 (min səkkiz yüz) manat pulu iddiaçıya qaytardığını və iddiaçıya cəmi 6200 (altı min iki yüz) manat borcunun qaldığını bildirsə də, iddiaçıya 1800 (min səkkiz yüz) manat pulu qaytardığını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda Cavabdeh əsassız varlandığı 8000 (səkkiz min) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Bundan başqa, iddiaçının vəkil bürosunda çəkdiyi xərclərə görə 330 (üç yüz otuz) manat və dövlət büdcəsinə ödədiyi 100 (yüz) manat dövlət rüsumunun pul əvəzi də Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğdə pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 330 (üç yüz otuz) manat vəkil xərcinin və 100 (yüz) manat dövlət rüsumunun pul əvəzi də tutularaq İddiaçı ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-931/2023
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-931/2023
14.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver