Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-937/2023 14.09.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” kiçik iddialara dair işlər üzrə ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən birgə qaydada 656,07 ABŞ dolları əsas, 0 ABŞ dolları faiz, 0 ABŞ dolları cərimə və 0 ABŞ dolları komisyon haqqı olmaqla, cəmi 656,07 ABŞ dolları borcun, 0,40 manat xidmət haqqının və dövlət rüsumu kimi ödənilmiş 31,16 manat pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə X1 İzzət oğlu arasında bağlanmış 23 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən ona 84 ay müddətinə, illik 30 faiz dərəcəsi ilə 1000 ABŞ dolları məbləğdə kredit limiti ayrılır, ona bank hesabı açır və ödəniş kartı təqdim edir. Müştəri isə hər ay kredit üzrə ödənilməli olan məbləği Banka qaytarmasını öz öhdəsinə götürür. İsmayıllı Rayon Notariat ofisinin 25 yanvar 2023-cü il tarixli cavab məktubu ilə Məmmədov Çingiz İzzət oğlunun vərəsəsinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 olduğu müəyyən edilmişdir. Lakin cavabdehlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsində qeyd edildiyi kimi hərəkət etməyərək mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. X1 İzzət oğlunun kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 656,07 ABŞ dolları əsas, faiz borcu üzrə 0 ABŞ dolları, cərimə üzrə 0 ABŞ dolları olmaqla, ümumilikdə 656,07 ABŞ dolları borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarından görünür ki, 23 aprel 2015-ci il tarixli “1109tkİSML/15” nömrəli “Kredit xətti və Bank hesabı müqaviləsi”nə əsasən, iddiaçı "xxxx" ASC X1 İzzət oğluna 84 ay müddətinə illik faiz dərəcəsi 30 faiz olmaq şərti ilə 1000 ABŞ dolları məbləğdə kredit limiti ayırmış, ona bank hesabı açmış və ödəniş kartı təqdim etmişdir. Müştəri isə hər ay kredit üzrə ödənilməli olan məbləği Banka qaytarmasını öz öhdəsinə götürür. İş materiallarında olan: 17 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Məmmədov Çingiz İzzət oğlunun 23 aprel 2015-ci il tarixli “1109tkİSML/15” nömrəli kredit müqaviləsi üzrə borcu - əsas məbləğ üzrə 656,07 ABŞ dolları, faiz borcu üzrə 0 ABŞ dolları, cərimə üzrə 0 ABŞ dolları olmaqla ümumilikdə 656,07 ABŞ dolları təşkil edir. İş materiallarında olan: "xxxx" ASC tərəfindən göndərilmiş (poçt qəbzi var) 03 aprel 2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 5 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan: AZ-İ 729871 saylı Ölüm haqqında şəhadətnamənin təstiqlənmiş surətindən görünür ki, Məmmədov Çingiz İzzət oğlu 15 iyul 2015-ci ildə İsmayıllı şəhərində ölmüşdür. İş materiallarında olan: İsmayıllı Rayon Notariat ofisinin 25 yanvar 2023-cü il tarixli 79/2023 saylı məktubundan və 05 fevral 2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X1 İzzət oğlundan miras qalan ban nömrəsi XTA**********9477, mühərrikin nömrəsi ******* buraxılış ili 2007 olan VAZ 21154 minik markalı 10SF979 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 439.1-ci maddəsinə görə, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. - 439.2-ci maddəsinə görə, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdə-sinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -1151-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hesab edirəm ki, iddia təmin edilməlidir. Belə ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanun üzrə vərəsələr kimi mərhumun mirasını qəbul etdiyindən X1 İzzət oğlunun kredit müqaviləsi üzrə borcları vərəsələrin aldığı miras payına mütənasib surətdə onlara keçməlidir. Odur ki, iddiaçı "xxxx" KB ASC cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 31,16 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının pul əvəzi də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Hakim hesab edir ki, iddia təmin edilməli, 23 aprel 2015-ci il tarixli “1109tkİSML/15” nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 656,07 ABŞ dolları (altı yüz əlli altı ABŞ dolları 07 sent) əsas borc, 0 (sıfır) ABŞ dolları faiz, 0 (sıfır) ABŞ dolları cərimə olmaqla cəmi 656,07 ABŞ dolları (altı yüz əlli altı ABŞ dolları 07 sent) kredit borcu qətnamənin icra olunduğu günə olan məzənnəyə uyğun olmaqla Azərbaycan manatı ilə, həmçinin məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən əvvəlcədən ödənilmiş 31,16 manat (otuz bir manat 16 qəpik) dövlət rüsumu və 0,40 manat xidmət haqqının pul əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 656,07 ABŞ dolları (altı yüz əlli altı ABŞ dolları 07 sent) əsas borc, 0 (sıfır) ABŞ dolları faiz, 0 (sıfır) ABŞ dolları cərimə olmaqla cəmi 656,07 ABŞ dolları (altı yüz əlli altı ABŞ dolları 07 sent) kredit borcu qətnamənin icra olunduğu günə olan məzənnəyə uyğun olmaqla Azərbaycan manatı ilə, həmçinin məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən əvvəlcədən ödənilmiş 31,16 manat (otuz bir manat 16 qəpik) dövlət rüsumu və 0,40 manat xidmət haqqının pul əvəzi tutularaq iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-937/2023
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-937/2023
14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver