Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-957/2023 31.10.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, cavabdehlə birgə nikahlarından 29 avqust 2007-ci ildə doğulmuş X3 və 29 avqust 2007-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün aylıq alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat miqdarında müəyyən edilməsi və cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahından 29 avqust 2007-ci il təvəllüdlü X3 və 29 avqust 2007-ci il təvəllüdlü X2 adlarında iki uşaqları doğulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən birgə nikahları dövründə doğulan 29 avqust 2007-ci il təvəllüdlü X3 və 29 avqust 2007-ci il təvəllüdlü X2 adlı övladlarının saxlanılması üçün hər uşağa görə 85 manat, iki uşağa görə cəmi 170 (yüz yetmiş) manat aliment tutulmasıqət edilmişdir. Cavabdeh alimentdən başqa uşağın saxlanılmasında heç bir köməklik etmir. Hazırda həmin məbləğdə olan alimentlə uşağı saxlamaqda və maddi ehtiyaclarını təmin etməklə çox çətinlik çəkir, çünki yaşayış minimumu artıb, qiymətlər qalxıb və uşaqlar da böyüdüyündən maddi tələbatları da artmış və cavabdeh bir manat da olsun uşaqların geyimlərinin alınmasına köməklik etmir. Buna görə də alimentin miqdarının artırılması zərurəti yaranmışdır. Cavabdeh kifayət qədər gəlirə və qazanca malikdir. Bununla bağlı mediasiyaya müraciət etmiş, cavabdeh mediasiyaya gəlmiş və alimentin artırılmasına imtina etməsi barədə arayış vermişdir və həmin arayışı da iddia ərizəsinə əlavə edir. Mülki iş üzrə hazırlıq iclası 19 sentyabr 2023-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 12 oktyabr 2023-cü il tarixə təyin edilmiş, prosessual zərurətlə əlaqədar 31 oktyabr 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli 2(040)-420/2018 saylı qətnaməsinə əsasən cavabdehdən hər uşağa görə ayrılıqda 85 (səksən beş) manat, iki uşağa görə ümumilikdə 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin onun xeyrinə alınması edilmişdir. Hal-hazırda aldığı aliment çox azdır: uşaqlar böyüdükcə maddi ehtiyacları artır, ərzaq, geyim, məktəb ləvazimatlarının qiymətləri dəfələrlə qalxdığından və uşaqların ehtiyacları artdığından maddi vəziyyətinə görə onların tələbatlarını ödəməkdə çətinlik çəkir. Cavabdeh işləyir, maddi vəziyyəti yaxşıdır, kifayət qədər pul qazanır. Cavabdeh alimenti vaxtında ödəsə də, həmin məbləğ hazırki şəraitdə uşaqların ən zəruri xərclərini ödəmir. Bu səbəbdən alimentin artırılması üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiyada alimentin artırılmasına razı olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 sentyabr 2013-cü il tarixdə təkrar verilmiş AZ-İİİ № 128326 saylı doğum haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır- hakimin qeydi) görünür ki, X3 29 avqust 2007-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası-Cavabdeh, anası-İddiaçıdır. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 sentyabr 2013-cü il tarixdə təkrar verilmiş AZ-İİİ № 128327 saylı doğum haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır- hakimin qeydi) görünür ki, X2 29 avqust 2007-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası-Cavabdeh,anası-İddiaçıdır. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 aprel 2018-ci il tarixli 2(040)-420/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, 29 avqust 2007-ci il tarixdə doğulmuş X3 və 29 avqust 2007-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-2171/2016 saylı mülki iş üzrə çıxarılmış 24 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş, cavabdehdən iki uşağa görə 130 (yüz otuz) manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılması, Cavabdeh hər ay hər uşağa görə 85 (səksən beş) manat, cəmi 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya təşkilatının Mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00216) X5 tərəfindən verilmiş 13 iyul 2023-cü il tarixli MŞG/MT007/2023-02160 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməsi barədə razılığa gəlməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün aylıq yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə hesab edir ki, 29 avqust 2007-ci ildə doğulmuş X3 və 29 avqust 2007-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iki uşağa görə cəmi 170 (yüz yetmiş) manat sabit pul məbləğində tutulan aylıq aliment hazırki halda uşaqların maddi təminatının səviyyəsinin normal saxlanmasına yetərli deyildir. Ona görə də uşaqların mənafeləri nəzərə alınaraq alimentin məbləği artırılmalıdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də qanunvericilikdə nəzərdə tutulmuş vəzifələridir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli 2(040)-420/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq aylıq alimentin məbləği hər uşağa görə 180 (yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməlidir. İddia qalan hissədə- tələbin hər uşağa görə aylıq 180 (yüz səksən) manatdan artıq olan 70 (yetmiş) manat tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Belə olan halda, məhkəmə hazırki iş üzrə iddiaçının dövlət rüsumunu ödəməkdən azad edildiyini nəzərə alaraq hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən, 63,20 manat (altmış üç manat 20 qəpik) dövlət rüsumu cavabdehdən alınıb dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. 29 avqust 2007-ci ildə doğulmuş X3 və 29 avqust 2007-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Kəlbəcər Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli 2(040)-420/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə aylıq 85 (səksən beş) manat məbləğdə tutulan alimentin miqdarı artırılsın, 29 avqust 2007-ci ildə doğulmuş X3 və 29 avqust 2007-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə aylıq 180 (yüz səksən) manat olmaqla, iki uşağa görə cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. 63,20 manat (altmış üç manat 20 qəpik) dövlət rüsumu Cavabdeh alınıb dövlət büdcəsinə ödənilsin. Hazırki qətnamə üzrə alimentin tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-957/2023
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-957/2023
31.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver