Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-999/2024 31.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti borclu Cavabdeh qarşı ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, borcludan İddiaçı ASC ilə Ələkbərov Anar Nizam oğlu arasında bağlanmış 07 sentyabr 2012-ci 987 saylı kredit müqaviləsinə və Cavabdeh ilə bağlanmış 07 sentyabr 2012-ci 987 saylı zaminlik müqaviləsinə əsasən 304 (üç yüz dörd) manat əsas borc, 195 (yüz doxsan beş) manat faiz, 50 (əlli) manat cərimə olmaqla cəmi 549 (beş yüz qırx doqquz) manat borcun, həmçinin ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Bərdə filialı ilə Ələkbərov Anar Nizam oğlu arasında bağlanmış 07 sentyabr 2012-ci 987 saylı kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. X2 Nizam oğlu 02 iyul 2013-cü il tarixdə vəfat etmişdir. Eyni zamanda Cavabdeh ilə bank arasında bağlanmış 07 sentyabr 2012-ci il tarixli 987 saylı zaminlik müqaviləsinə əsasən zamin borcalanla birlikdə 07 sentyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh zaminlik müqaviləsinin tələblərini pozaraq öhdəlikləri icra etməmişdir. Boclunun 304 (üç yüz dörd) manat əsas, 195 (yüz doxsan beş) manat faiz, 50 (əlli) manat cərimə olmaqla cəmi 549 (beş yüz qırx doqquz) manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 22 aprel 2015-ci il tarixli, 2(040)-466/2015 saylı məhkəmə əmri ilə borclu – 03 avqust 1981-ci ildə Ağdərə rayonunun Maqavuz kəndində doğulmuş, Kəlbəcər rayonu Ağdaban kəndində daimi qeydiyyatda olan və Tərtər şəhəri, C.İsmayılov küçəsi, 11 saylı evdə məskunlaşan Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 304,0 (üç yüz dörd) manat əsas, 195,0 (yüz doxsan beş) manat faiz, 50,0 (əlli) manat cərimə borcu və 20,0 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 569,0 (beş yüz altmış doqquz) manat məbləğində pul vəsaitinin tutulmasına dair məhkəmə əmri verilmişdir. Borclu Cavabdeh 23 avqust 2024-cü il tarixdə məhkəmə əmrinə etiraz ərizəsi təqdim edərək, Kəlbəcər Rayon Məhkəməsinin 22 aprel 2015-ci il tarixli 2(040)-466/2015 saylı məhkəmə əmrindən məlumatının olmadığını, yalnız 2024-cü ilin avqust ayında icraçı onu çağıran vaxt məhkəmə əmrindən məlumatı olduğunu və həmin vaxt məhkəmə əmrinin surətini aldığını qeyd etmişdir. Həmçinin etirazda əsas borclu Ələkbərov Anar Nizam oğlunun kredit götürdüyü vaxtı kredit məbləğinin sığortalandığını, sonradan Anar Ələkbərovun qətlə yetirildiyini və onun borcunun sığorta tərəfindən ödənildiyini, buna baxmayaraq bankın ondan qanunsuz və əsassız olaraq artıq pulun tələb etdiyini bildirmişdir. O, məhkəmə əmrinin ləğv edilərək onun iştirakı ilə ümumi iddia icraatı qaydasında işə baxılmasını xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2(040)-999/2024 saylı qərardadı ilə etiraz təmin edilmiş Kəlbəcər Rayon Məhkəməsinin 22 aprel 2015-ci il tarixli 2(040)-466/2015 saylı məhkəmə əmrinin ləğv edilərək ümumi iddia icraatına keçirilməsi qərara alınmışdır. İşin məhkəmə hazırlıq iclası 30 sentyabr 2024-cü il tarixdə keçirilmiş, məhkəmə baxış iclası 31 oktyabr 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh məhkəmə baxışı iclasına gəlməmişlər. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, 31 oktyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. və növbəti məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh əvvəl iştirak etdiyi məhkəmənin 30 sentyabr hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək, məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh əvvəl iştirak etdiyi məhkəmənin 30 sentyabr hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək, iddianı qəbul etmədiyini, iddiaçının kredit borcunu iddia müddətini ötürməklə tələb etdiyini, kredit müqaviləsinin müddətinin 07 mart 2014-cü il tarixdə bitdiyini, iddiaçının borc tələbinin məhkəməyə 22 aprel 2015-ci il tarixində daxil olduğunu və buna görə iddia müddətini tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: 07 sentyabr 2012-ci il tarixli “987” nömrəli "xxxx"ndən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Ələkbərov Anar Nizam oğlu arasında kredit verilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən borcalana 18 ay müddətinə illik 28 faiz olmaqla, 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Kreditor”a qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: Amrahbank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2012-ci il tarixli “987” nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh Bank qarşısında 07 sentyabr 2012-ci il tarixli “987” nömrəli kredit müqaviləsi üzrə Ələkbərov Anar Nizam oğlunun öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan: LPO İddiaçı ASC tərəfindən verilmiş 09 aprel 2015-ci il tarixli maliyyə arayışından görünür ki, Ələkbərov Anar Nizam oğlunun 07 sentyabr 2012-ci il tarixli “987” nömrəli kredit müqaviləsi üzrə borcu 304 manat əsas borc, 195 manat faiz, 50 manat cərimə olmaqla, cəmi 549 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 30 aprel 2020-ci il tarixli 2-3(103)-130/2020 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş və Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu Amrahbank ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş mətninin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. -373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. -375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. -377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. -380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən- 304 (üç yüz dörd) manat əsas borc, 195 (yüz doxsan beş) manat faiz borcu, 30 (otuz) manat cərimə olmaqla, cəmi 529 (beş yüz iyirmi doqquz) manat kredit borcu, həmçinin ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun pul əvəzi, ümumilikdə 549 (beş yüz qırx doqquz) manat məbləğdə pul vəsaitinin tələbinə dair hissədə əsaslıdır. Belə ki, cavabdeh (zamin) Cavabdeh zaminlik müqaviləsinə əsasən 07 sentyabr 2012-ci il tarixli “987” nömrəli "xxxx" üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyündən, onun da kreditor qarşısında mülki məsuliyyəti yaranmışdır. Buna baxmayaraq zamin öz öhdəliklərini icra etməmişdir. Odur ki, iddiaçı cavabdehdən borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia müddətinin tətbiqinə gəlincə məhkəmə hesab edir ki, hazırki halda iddia müddəti ötürülmüş hesab edilə bilməz. Belə ki, iddiaçı ilə mərhum Ələkbərov Anar Nizam oğlu arasında bağlanmış kredit müqaviləsi üzrə iddia müddətinin axımı müqavilənin bitdiyi 07 mart 2014-ci il tarixdə başlamış və 07 mart 2017-ci ildə bitmişdir. İddiaçı 20 aprel 2015-ci ildə məhkəməyə müraciət etmiş və həmin vaxtdan Mülkü Məcəllənin 380.1-ci maddəsinə əsasən iddia müddətinin axımı kəsilmişdir. Odur ki, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi əsassızdır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehə hesablanmış 50 (əlli) manat məbləğində cərimə borcu əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 30 (otuz) manat məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 20 (iyirmi) manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 20 manat dövlət rüsumunun pul əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia tələbi qismən- 304 (üç yüz dörd) manat əsas borc, 195 (yüz doxsan beş) manat faiz borcu, 30 (otuz) manat cərimə olmaqla, cəmi 529 (beş yüz iyirmi doqquz) manat kredit borcu, həmçinin ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun pul əvəzi, ümumilikdə 549 (beş yüz qırx doqquz) manat məbləğdə pul vəsaitinin tələbinə dair hissədə əsaslı olduğundan həmin hissədə təmin edilməli, Cavabdeh 07 sentyabr 2012-ci il tarixli 987 saylı kredit müqaviləsi üzrə 304 (üç yüz dörd) manat əsas borc, 195 (yüz doxsan beş) manat faiz borcu, 30 (otuz) manat cərimə olmaqla, cəmi 529 (beş yüz iyirmi doqquz) manat kredit borcu, həmçinin ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun pul əvəzi, ümumilikdə 549 (beş yüz qırx doqquz) manat məbləğdə pul vəsaiti tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hissədə- 20 (iyirmi) manat cərimə borcu tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 304 (üç yüz dörd) manat əsas borc, 195 (yüz doxsan beş) manat faiz, 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 529 (beş yüz iyirmi doqquz) manat kredit borcu, həmçinin ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun pul əvəzi, ümumilikdə 549 (beş yüz qırx doqquz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-999/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-999/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver