Məhkəmə qərarları › İş №2(041)-1/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1/2023

06.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1/2023 06.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc kimi aldığı və bu günədək qaytarmaq istəmədiyi 17000 manat pulun ondan alınaraq ona ödənilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 2018-ci ilin aprel ayında ondan şəxsi məqsədlərinə istifadə etmək üçün 2-3 ay ərzində qaytarmaq şərtilə almış olduğu 17000 manat pulun və banka ödənilən 30 manat məhkəmə rüsumunun, ümumilikdə isə 17030 manat vəsaitin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh qarşı borc kimi aldığı və bu günədək qaytarmaq istəmədiyi 17000 manat pulun ondan alınaraq ona ödənilməsi tələbinə dair mülki işin İddiaçı ərizəsinə əsasən məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(041)-1201/2021 nömrəli qərardadına əsasən baxılmamış saxlanılmışdır. İddiaçı məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(041)-1201/2021 nömrəli qərardadından verdiyi ərizəyə əsasən qeyd edilən qərardad məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)-1201/2021 nömrəli qərardadına əsasən ləğv edilərək iş üzrə icraat təzələnmişdir. Mülki iş Cavabdeh vəsatətinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)- 2051/2022 nömrəli qərardadına əsasən məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində xx.xx.2022-ci il tarixdə məhkəmə-xəttşünaslıq ekspertizası keçirildikdən sonra mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, U/1733 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və xx.xx.2022ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında İddiaçı idddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə ondan özünün şəxsi məqsədlərinə istifadə etmək üçün 2-3 ay ərzində qaytarmaq şərtilə 17000 manat məbləğində pul almışdır. Sonradan vəd etdiyi vaxtda pulu bütöv formada qaytarmağa imkanı olmadığını bildirərək həmin ilin sentyabr ayından başlayaraq hissə-hissə, ayda ***-**** manat ödəmək şərtilə yazılı formada öhdəlik götürmüşdür. Vəd verdiyi vaxtdan 3 ilə yaxın bir müddətin ötməsinə baxmayaraq Cavabdeh bu günə qədər ona borcundan ödəməmişdir. Dəfələrlə zəng vurub ona xəbərdarlıq etməsiqnə məhəl qoymamışdır. Sonradan telefon nömrəsini dəyişdikdən sonra onunla əlaqə saxlaya bilməmişdir. Cavabdeh və onun atası tərəfindən onun kartına yüklənən pullar Qadirin Sahibdən alınan borca görə ödənilən pullardır. Ona görə də Cavabdeh 2018-ci ilin aprel ayında ondan şəxsi məqsədlərinə istifadə etmək üçün 2-3 ay ərzində qaytarmaq şərtilə almış olduğu 17000 manat pulun və banka ödənilən 30 manat məhkəmə rüsumunun, ümumilikdə isə 17030 manat vəsaitin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, qardaşı X6 2017-ci ildə Eçinin qardaşı X4 15000 manat borc pul almışdır. Sonradan qardaşı Qadir ziyana düşdüyünə görə Sahibdənn aldığı borcu qaytara bilməmişdir. İddiaçı həmin borca görə qardaşı Qadiri narahat etdiyinə görə o, Elçinlə görüşüb qardaşının borcunu hər ay hissə-hissə ödəyəcəyini bildirmişdir. Bundan sonra İddiaçı təklifi ilə ondan 17000 manat məbləğində borc pul alması barədə xx.xx.2018-ci il tarixdə ona sadə formada qəbz yazıb vermişdir. Əslində isə o, Elçindən həmin məbləğdə borc pul almamışdır. X8 Sahibdən aldığı borcun əvəzində müxtəlif vaxtlarda ödəmələr edərək ödədikləri pulu İddiaçı Osman oğluna məxsus karta yükləmişlər. Onun İddiaçı loğluna heç bir borcu yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş və Cavabdeh tərəfindən sadə formada yazılmış xx.xx.2018-ci il tarixli qəbzin surətindən görünür ki, o, İddiaçı 17000 manat borc pul almış və həmin borcu sentyabr ayından başlayaraq hissə-hissə, ayda 500 manat olmaqla ödəyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1733 nömrəli ekspert rəyindən görünuür ki, Ekspertizaya təqdim edilmiş, İddiaçı ilə Cavabdeh adlarından olan xx.xx.2018-ci il tarixli müqavilədə “Mən Səmədov X5 Elçindən On yeddi min manad Borc pul almışam. O pulu nağd qaytarmağıma imkanım yoxdu. İmkanım olmadığına görə söz verirəm ki, on yeddi min manatı sentyabr ayından hissə hissə verəcəyimə söz verirəm yanı ayda beş yüz manat. Min manat xx.xx.2018 Cavabdeh” yazıları və ”imza Cavabdeh” yazılarının aşağı hissəsindəki imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə ondan özünün şəxsi məqsədlərinə istifadə etmək üçün 2-3 ay ərzində qaytarmaq şərtilə 17000 manat məbləğində pul almışdır. Sonradan vəd etdiyi vaxtda pulu bütöv formada qaytarmağa olmadığını bildirərək həmin ilin sentyabr ayından başlayaraq hissə-hissə, ayda ***-**** manat ödəmək şərtilə yazılı formada öhdəlik götürmüşdür. Vəd verdiyi vaxtdan 3 ilə yaxın bir müddətin ötməsinə baxmayaraq Cavabdeh bu günə qədər ona borcundan ödəməmişdir. Dəfələrlə zəng vurub ona xəbərdarlıq etməsiqnə məhəl qoymamışdır. Sonradan telefon nömrəsini dəyişdikdən sonra onunla əlaqə saxlaya bilməmişdir. Cavabdeh və onun atası tərəfindən onun kartına yüklənən pullar Qadirin Sahibdən alınan borca görə ödənilən pullardır. Cavabdeh bu günə kimi ondan borc aldığı 17000 manat məbləğində pulu qaytarmaqdan imtina edir. Cavabdeh iddiaçı X2 17000 manat məbləğində borc pul almadığını göstərsə də, iş materiallarına əlavə edilmiş və Cavabdeh tərəfindən sadə formada yazılmış qəbzdən görünür ki, o, İddiaçı 17000 manat borc pul almış və həmin borcu hər ay hissə-hissə 500 manat olmaqla ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh X7 xx.xx.2018-ci il tarixli qəbzin onun tərəfindən yazılmadığını bildirsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1733 nömrəli ekspert rəyinə əsasən İddiaçı ilə Cavabdeh adlarından olan xx.xx.2018-ci il tarixli müqavilədə “Mən Səmədov X5 Elçindən On yeddi min manad Borc pul almışam. O pulu nağd qaytarmağıma imkanım yoxdu. İmkanım olmadığına görə söz verirəm ki, on yeddi min manatı sentyabr ayından hissə hissə verəcəyimə söz verirəm yənı ayda beş yüz manat. Min manat xx.xx.2018 Cavabdeh” yazıları və ”imza Cavabdeh” yazılarının aşağı hissəsindəki imza Cavabdeh tərəfindən icra edilməsi barədə ekspert rəyi verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzləri onun qardaşı X3 X4 aldığı borca görə ödənilən pullar olduğuna görə məhkəmə həmin ödəniş qəbzlərini hazırki iş üzrə subut kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni feyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740-cı maddəsinin tələbinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh 17000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, ümumilikdə 17030 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 17000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, ümumilikdə 17030 (on yeddi min otuz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar