Məhkəmə qərarları › İş №2(041)-1/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1/2024 14.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC, ”MKT-Kürdəmir” filialı və cavbdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ********* saylı müqaviləyə əsasən cavabdeh 20,0 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 40,0 ton xam pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 14934,98 manat məbləğində avans vəsaitlər götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətə almalı idi. Lakin cavabdeh 10928,70 manat məbləğində 23343,58 kq xam pambıq təhvil vermişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqradan az olmuş və cavabdeh müqavilə şərtlərini pozmuşdur. Cavabdeh təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə yaranmış ümumi borcundan 506,0 manat vəsaiti iddiaçıya qaytarmışdır. Son nəticədə cavabdehin avans vəsaitə görə iddiaçıya 3500,28 manat borcu qalmışdır. Cavbdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam pambığın tədarükünü həyata keçirən “MKT Kürdəmir” filalı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləriqeydiyyat vəsiqəsi ilə təsdiq edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən cavbadeh müqaviədə nəzərdə tutulan miqarda xam pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam pambığın 1 tonunun qiyməti 500 manatdır) 20 faiz həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 6583,39 manat təşkil edir. Cavabdeh müqavilə üzrə 40,0 ton xam pambıq verməli olduğu halda, 23343,58 kq xam pambıq təhvil vermişdir. (40000 kq-23343,58 kq) x 500 manat=8328,21 manat x 20 faiz=1665,64 manat. Cavabdehə iddiaçı ilə aralarında olan mübahisəni pretenziya qaydasında həll etməsi üçün bildiriş göndərilməsinə baxmayaraq o, mübahisənin pretenziya qaydasında həll edilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Hazırda cavabdehin iddiaçya ödəyəcəyi ümumi borcunun məbləği 5195,92 manat təşkil edir. Ona görə də Cavabdeh əsas borca görə 3500,28 manat, hesablanmış cərimə borcuna görə 1665,64 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 5195,92 manat pulun alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş Cavabdeh vəsatətinə əsasən məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(041)-160/2020 nömrəli qərardadına əsasən məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və rəyi verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkkəmə Ekspertizasına göndərilmişdir. Mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində xx.xx.2023-cü il tarixdə məhkəmə-mühasibat ekspertizası keçirildikdən sonra mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/8358/2023 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı MMC-nin nümayəndəsi X5 lazımi qaydada məlumat verilmiş, o, ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlayaraq səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini bildirib işə onun iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək göstərdi ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə İddiaçı MMC və “MKT Kürdəmir” filialı ilə müqavilə bağlayab 20 hektar sahədə pambıq əkmişdi. İddiaçı MMC və “MKT Kürdəmir” filialı ilə aralarında bağlanmış müqavilənin şərtlərinə əsasən iddiaçı təşkilat pambığın əkilməsi ilə əlaqədar ona çiyid almaq və əkin üçün bəzi işləri görmək məqsədi ilə əvvəlcədən avans verməyi, pambığın becərilməsi üçün lazım olan dərman preparatları ilə təmin etməyi, pambığın vaxtında və itkisiz toplanıb dövlətə təhvil verilməsini və s. işləri öhdəsinə götürmüşdür. Cavabdeh isə əkdiyi pambıq məhsulunun becərilməsini və lazım olan məhsuldarlığı əldə edib müqavilə öhdəliklərindən irəli gələn işləri yerinə yetirməklə pambığın toplanılıb dövlətə təhvil verməyi öz üzərimə götürmüşdür. İddiaçı təşkilatın müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən hazırki iş üzrə cavabdeh olan Cavabdeh müqavilədə nəzərdə tuitulmuş məhsuldarlığı əldə edə bilməmişdir. Belə ki, iddiaçı təşkilat tərəfindən Tahirəyə verilən çiyidi xx.xx.2017-ci il tarixdə əkin üçün ayrılmış 20 hektar sahəyə əkmiş və əkdiyi çiyidin tam cücərməsini ala bilmədiyinə görə iddiaçı təşkilatın mütəxəssislərindən ibarət nümayəndələri əkdiyi pambıq sahəsinə dəvət etmişdir. Həmin mütəxəssislər pambıq əkilən sahəyə baxıb pambıq bitkisinin lazım olan səviyyədə çıxışının alınmadığını və ona verilən çiyid toxumunun cücərmə qabiliyyətinin olmadığını müəyyən edərə bu barədə akt tərtib etmiş və pambıq sahəsinə təkrar arat qoyulmaqla təkrar əkin aparılması tapşırılmışdır. Bundan sonra Cavabdeh başqa torpaq sahəsini icarəyə götürüb həmin sahəni öz vəsaiti hesabına şumlatdırıb arat qoyandan sonra pambıq əkininin vegetasiya dövrünün 2 ay keçməsinə baxmayaraq 27 may 2017-ci il tarixdə iddiaçı təşkilatdan təkrar aldığı ciyidi həmin sahəyə aqrotexniki qaydada əkmişdir. Təkrar əkinin aparılması ilə bağlı iddiaçı təşkilatın mütəxəssislərinin iştirakı ilə də xx.xx.2017-ci il tarixdə akt tərtib edilmişdir. İddiaçı MMC və “MKT Kürdəmir” filialının müqavilə üzrə öhdəlikdlərini yerinə yetirməmələrinə baxmayaraq cavabdeh təkrar pambıq əkinini öz vəsaiti hesabına 2000 manat sərf edərək əkmiş və iddiaçı təşkilata 23343,58 kq pambıq təhvil vermişdir. Bütün bunlara baxmayaraq İddiaçı MMC müqavilə üzrə öhdəlikdlərini yerinə yetirmədiyi halda əsassız olaraq cavabdehdən əsas borca görə 3500,28 manat, hesablanmış cərimə borcuna görə 1665,64 manat olmaqla ödənilmiş 30 manat dövlət rüsumu ilə birlikdə 5195,92 manat məbləğində pul tələb edir. İş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertizasının rəyində də iddiaçı təşkilatın müqavilə üzrə öhdəliklərini yerinə yetiirməməsi səbəbindən pambıq əkini üçün vegetasiya dövrü 2 ay keçəndən sonra cavabdehin təkrar pambıq əkini aparması nəticəsində məhsuldarlığın 18-20 faiz aşağı düşməsi müəyyən edilmişdir. Bundan başqa vegetasiya dövrü 2 ay keçəndən sonra təkrar əkin aparılmış həmin sahəyə çiyid səpilməsi, həmin işlərin görülməsinə cavabdehin öz vəsaiti hesabına 2000 manat pul xərcləməsinin qeydə alınmaması göstərilmiş və vegetasiya müddətinin gecikdirilməsinin məhsuldarlığın kəskin surətdə azalmasına səbəb olması qeyd edilmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş 2017-ci ilin mövsümü üzrə xam pambığın alqısatqısına dair xx.xx.2017-ci il tarixli, ********* nömrəli müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC, ”MKT Kürdəmir” filialı ilə müqavilə bağlayaraq istehsal etdiyi xam pambığı iddiaçı ilə razılaşdırılmış qaydada tədarükçü ”MKT Kürdəmirı” filialının pambıq qəbulu məntəqəsinə təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş və “MKT Saatlı“ filialının Kürdəmir pambıq istehsalı şöbəsinin rəisi Ağalar Hacıyevin, Kürdəmir şöbəsinin aqronom-mütəxəssisi Təknasib Məmmədovun, Pambıq əkinlərinin əkilməsində iştirak edən Topalhəsənli kənd sakini Muxtar Fətəliyevin, Fermer Cavabdeh, Pambığın əkilməsində iştirak edən Nazim Əliyevin iştirakı ilə xx.xx.2017-ci il tarixdə Karrar qəsəbə ərazisində fermer Cavabdeh pambıq əkin sahəsində tərtib edilmiş aktdan görünür ki, fermer Cavabdeh “MKT Saatlı“ filialı bağladığı 20 ha pambıq əkininə dair müqaviləyə əsasən əkdiyi ağ qızıl 3 R1 toxumunun çıxış vəziyyəti yoxlanılmışdır. Yoxlama zamanı xx.xx.2017-ci il tarixdə toxumun isladılaraq, dərmanlanaraq arat sahəyə əkilməsinə baxmayaraq demək olar ki, sahələrdə təxminən 100 toxumdan 5-i cücərmiş, bu da təxminən 5 faiz təşkil edir. Qalan toxumlar içərisində hüceyrələrin demək olar ki, enerjisi yoxdur və çıxış gözlənilmir. 20 ha sahənin hamısında təkrar əkin aparılması, sort qarışığı yaranmamaq üçün ayrı bir sahədə sürülüb yenidən toxum alınıb arat edilməklə təkrar əkin keçirilməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş və “MKT Saatlı“ filialının Kürdəmir pambıq istehsalı şöbəsinin rəisi Ağalar Hacıyevin, Kürdəmir istehsal şöbəsinin mütəxəssisi Təknasib Məmmədovun, Pambıq əkinində iştirak edən Muxtar Fətəliyevin, Pambıq əkən mexanizator Məmməd Kərimovun, Fermer Cavabdeh, Fermer Cavabdeh etibarnamə ilə nümayəndəsi Ağaisa Əliyevin, Pambığın əkinində iştirak edən Nazim Əliyevin iştirakı ilə xx.xx.2017-ci il tarixdə Karrar qəsəbə ərazisində Şuşa rayonuna təhkim edilmiş torpaq sahəsində tərtib edilmiş aktdan görünür ki, Cavabdeh 20 ha aqrotexniki qaydada şumlanıb, arat edilmiş sahəsinə təkrar əkin keçirilmiş və sahəyə ”MKT MMC” Saatlı filialından alınmış Ağ qızıl 3 Super Elit (lifsiz) pambıq toxumu səpilmişdir. İş materiallarına əlavə edilmiş pretenziyadan görünür ki, cavbadeh Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli, REF/0169/20 nömrəli cərimə məbləğinin hesablanması barədə maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə yerinə yetirilməyən öhdəlik üzrə 1665,64 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kürdəmir X9 Mərkəzinin Bitkiçilik sektorunun müdiri X3 xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 1. “MKT Saatlı“ filialının Kürdəmir pambıq istehsalı sahəsinin rəisi Ağalar Hacıyevin, Kürdəmir şöbəsinin aqronom mütəxəssisi Təknasib Məmmədovun, pambıq sahələrinin əkilməsində iştirak edən Muxtar Fətəliyevin və pambıq istehsalçısı Cavabdeh iştirakı ilə tərtib edilmiş 19 aprel 2017-ci il tarixli aktda göstərilən sənədlərdə, yəni Cavabdeh ”MKT MMC” Saatlı filialı ilə bağladığı 20 ha pambıq əkininə dair müqaviləyə əsasən əkdiyi ”ağ qızıl 3 Rİ” sortlu pambıq toxumunun çıxışı 5 faiz təşkil etdiyi halda nə qədər məhsuldarlıq əldə etmək olar və 20 ha sahədən cücərmə əldə olunmuş sahəyə görə nə qədər ziyanlıq hesablana bilər? Cavab: a) Əkin sahəsi – 20 ha Toxumun çıxış faizi – 5% = 20x5 = 1 ha 100 Məhsuldarlıq 20 sentner olarsa çıxış alınmış sahədən 2 ton məhsul əldə olunur. b) 20 ha sahədən 5% cücərmə olarsa, 19 ha sahəyə ziyanlıq hesablana bilər Məhsuldarlıq 20 sentner olarsa 19 x 20 = 38 ton 10 1 kq pambıq = 0,50 AZN 38 ton x 500 AZN = 19.000 AZN

2. “MKT Saatlı“ filialının Kürdəmir pambıq istehsalı sahəsinin rəisi Ağalar Hacıyevin, Kürdəmir şöbəsinin aqronom mütəxəssisi Təknasib Məmmədovun, pambıq sahələrinin əkilməsində iştirak edən Muxtar Fətəliyevin, pambıq əkən mexanizator Məmməd Kərimovun, pambıq istehsalçısı Cavabdeh nümayəndəsi Ağaisa Əliyevin və pambıq əkinində iştirak edən Nazim Əliyevin iştirakı ilə tərtib edilmiş 27 may 2017-ci il tarixdə göstərilən şəraitdə, yəni Cavabdeh aqrotexniki qaydada şumlanıb, arat edilmiş 20 ha torpaq sahəsinə təkrar əkin keçirməklə pambığın vegetasiya müddətinin 2 ay gecikdirilməsi nəticəsimndə xx.xx.2017-ci il tarixli, ********* nömrəli müqavilədə nəzərdə tutulmuş hər hektardan 20 sentner məhsuldarlıq etmək mümkündürmü? Cavab: Səpin və səpin müddətləri pambığın becərilmə texnologiyasında ən əsas aqrotexniki tədbirdlir. Gələcək məhsulun səviyyəsi onun düzgün vaxtında aparılmasından asılıdır. Səpin müddətinin seçilməsində əsas məqsəd, tez gümrah (dolu), tam və sağlam çıxışların əldə edilməsidir. Belə şəraitdə səpilən toxumlar isti havalar başlayana qədər yaxşı cücərti verir və onlar normal inkişaf edirlər. Əgər gec səpin aparılarsa vegetasiya müddətinin qışlamasına, məhsulun kəskin surətdə azalmasına səbəb olacaqdır. Səpin prosesində torpaqda temperatur 13-14*C olduqda və sonradan onun artması gözlənilərsə başlamaq olar. Bu dövrdə torpaqda istənilən qədər rütubət olmaqla torpağın tərkibində olan duzlar çox dərində yerləşir, xəstəlik və zərərvericilər isə zəif inkişaf edirlər. Səpin vaxtında və bu şəraitdə aparıldıqda yaxşı çıxış verməklə, bitkinin kökləri dərində olan nəm qatına çatır. Çoxillik təcrübəyə əsasən pambıq əkini üçün vegetasiya dövrü 2 ay keçəndən sonra çəkilmiş pambıq sahəsində məhsuldarlığın 18-20 sentner və daha çox azalmasına səbəb olur. Sifarişçi ilə icarəçi arasında təkrar əkin keçirilmiş sahəyə müqavilə bağlanarkən əkinin optimal müddətinin 2 ay keçməsi nəzərə alınmalıdır. Optimal müddətin 2 ay gecikmə nəticəsində məhsuldarlığın 18-20 sentner aşağı düşməsi sifarişçi ilə icarəçi arasında bu xüsusi olaraq nəzərə alınmamışdır. Ona görə də həmin sahəyə görə icarəçidən tam miqdarda yəni (hər hektardan 20 sentner) məhsul əldə edilməsinin tələb olunması məqsədəuyğun hesab edilə bilməz. Təkrar müqavilə bağlanarkən normal əkinə görə nəzərdə tutulmuş 20 sentner təkrar əkinə görə yəni (optimal müddətə görə məhsuldarlığın azalması) 4 sentner azalmalı idi. Təkrar müqavilədə hər hektardan 16 sentner pambıq əldə olunması mümkün hesab edilə bilərdi. Beləliklə İcarəçidən 16 x 20 = 32000 kq pambıq tələb edilə bilərdi. Bundan da icarəçi tərəfindən 23343,28 kq təhvil verilmişdir. Belə olduğu halda sifarişçi icarəçidən 8000 kq tələbini etməli olduğu müəyyən edilir.

3. Cavabdeh əsas borca görə hesablanmış cərimə İddiaçı MMC-nin mütəxəssisləri tərəfindən düzgün hesablanmamışdır 20 ha torpaq sahəsinə təkrar əkin aparılmaqla pambığın vegetasiya müddətinin 2 ay gecikdirilməsi nəticəsində məhsuldarldığı hər hektardan 18-20 sentner azalması nəzərə alınmamışdır. Məhsuldarlıq birinci müqavilə ilə hesablanmışdır. Vegetasiya dövrü 2 ay keçəndən sonra təkrar əkin aparılmış həmin sahəyə çiyid səpilmişdir. Həmin işlərin görülməsinə cavabdeh öz vəsaiti hesabına 2000 manat pul xərcləmiş, lakin qeydə alınmamışdır. İddiaçı təşkilat müqavilə öhdəliklərinə əməl etməmişdir. Qeyd: Vegetasiya müddətinin gecikdirilməsi məhsuldarlığın kəskin surətdə azalmasına səbəb olur. İş materiallarına əlavə edilmiş və Cavabdeh vəsatətinə əsasən keçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/8358 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, ekspertiza tədqiqatı zamanı təqdim edilmiş mülki iş materialları, ekspertiza təyini haqqında qərardadda qeyd edilənlər və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kürdəmir X9 Mərkəzinin Bitkiçilik sektorunun müdiri X3 təqddim etdiyi mütəxəssis rəyində göstərilənləri nəzərə alaraq ekspert qarşısında qoyulmuş birinci sual üzrə “MKT Saatlı“ filialının Kürdəmir pambıq istehsalı sahəsinin rəisi Ağalar Hacıyevin, Kürdəmir şöbəsinin aqronom mütəxəssisi Təknasib Məmmədovun, pambıq sahələrinin əkilməsində iştirak edən Muxtar Fətəliyevin və pambıq istehsalçısı Cavabdeh iştirakı ilə tərtib edilmiş 19 aprel 2017-ci il tarixli aktda göstərilən sənədlərdə, yəni Cavabdeh ”MKT MMC” Saatlı filialı ilə bağladığı 20 ha pambıq əkininə dair müqaviləyə əsasən əkdiyi ”ağ qızıl 3 Rİ” sortlu pambıq toxumunun çıxışı 5 faiz təşkil etdiyi halda 2 ton məhsuldarlıq əldə etmək olar və 20 ha sahədən 5 faiz cücərmə olarsa, məhsuldarlıq 20 sentner olarsa, 19 ha sahəyə ziyanlıq hesablana bilər. Məhsuldarlıq 20 sentner olarsa 19x20 = 38 ton 10 1 kq pambıq = 0,50 AZN 38 ton x 500 AZN = 19.000 AZN İkinci sual üzrə: “MKT Saatlı“ filialının Kürdəmir pambıq istehsalı sahəsinin rəisi Ağalar Hacıyevin, Kürdəmir şöbəsinin aqronom mütəxəssisi Təknasib Məmmədovun, pambıq sahələrinin əkilməsində iştirak edən Muxtar Fətəliyevin, pambıq əkən mexanizator Məmməd Kərimovun, pambıq istehsalçısı Cavabdeh, Cavabdeh nümayəndəsi Ağaisa Əliyevin və pambıq əkinində iştirak edən Nazim Əliyevin iştirakı ilə tərtib edilmiş 27 may 2017-ci il tarixində göstərilən şəraitdə, yəni Cavabdeh aqrotexniki qaydada şumlanıb, arat edilmiş 20 ha torpaq sahəsinə təkrar əkin keçirməklə pambığın vegetasiya müddətinin 2 ay gecikdirilməsi nəticəsimndə xx.xx.2017-ci il tarixli, ********* nömrəli müqavilədə nəzərdə tutulmuş hər hektardan 20 sentner məhsuldarlıq etmək sualı ilə bağlı bildirilmişdir ki, optimal müddətin 2 ay gecikmə nəticəsində məhsuldarlığın 18-20 sentner aşağı düşməsi sifarişçi ilə icarəçi arasında bu xüsusi olaraq nəzərə alınmamışdır. Ona görə də həmin sahəyə görə icarəçidən tam miqdarda yəni (hər hektardan 20 sentner) məhsul əldə edilməsinin tələb olunması məqsədəuyğun hesab edilə bilməz. Təkrar müqavilə bağlanarkən normal əkinə görə nəzərdə tutulmuş 20 sentner təkrar əkinə görə yəni (optimal müddətə görə məhsuldarlığın azalması) 4 sentner azalmalı idi. Təkrar müqavilədə hər hektardan 16 sentner pambıq əldə olunması mümkün hesab edilə bilərdi. Beləliklə İcarəçidən 16 x 20 = 32000 kq pambıq tələb edilə bilərdi və iş materiallarına əsasən bundan da icarəçi tərəfindən 23343,28 kq təhvil verilmişdir. Belə olduğu halda sifarişçi icarəçidən 8000 kq tələbini etməli olduğu müəyyən edilir. Üçüncü sual üzrə Cavabdeh əsas borca görə hesablanmış cərimə İddiaçı MMC-nin mütəxəssisləri tərəfindən düzgün hesablanmadığı müəyyən edilir. Belə ki, 20 ha torpaq sahəsinə təkrar əkin aparılmaqla pambığın vegetasiya müddətinin 2 ay gecikdirilməsi nəticəsində məhsuldarldığı hər hektardan 18-20 sentner azalması nəzərə alınmamış, məhsuldarlıq birinci müqavilə ilə hesablandığı müəyyən edilir. Əlavə olaraq qeyd edilir ki, Vegetasiya dövrü 2 ay keçəndən sonra təkrar əkin aparılmış həmin sahəyə çiyid səpilmiş, əmin işlərin görülməsinə cavabdeh öz vəsaiti hesabına 2000 manat pul xərcləmiş, lakin qeydə alınmamışdır. Qeyd: Vegetasiya müddətinin gecikdirilməsi məhsuldarlığın kəskin surətdə azalmasına səbəb olur. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2017ci il tarixdə İddiaçı MMC və “MKT Kürdəmir” filialı ilə müqavilə bağlayab 20 hektar sahədə pambıq əkmişdi. İddiaçı MMC və “MKT Kürdəmir” filialı ilə aralarında bağlanmış müqavilənin şərtlərinə əsasən iddiaçı təşkilat pambığın əkilməsi ilə əlaqədar ona çiyid almaq və əkin üçün bəzi işləri görmək məqsədi ilə əvvəlcədən avans verməyi, pambığın becərilməsi üçün lazım olan dərman preparatları ilə təmin etməyi, pambığın vaxtında və itkisiz toplanıb dövlətə təhvil verilməsini və s. işləri öhdəsinə götürmüşdür. Cavabdeh isə əkdiyi pambıq məhsulunun becərilməsini və lazım olan məhsuldarlığı əldə edib müqavilə öhdəliklərindən irəli gələn işləri yerinə yetirməklə pambığın toplanılıb dövlətə təhvil verməyi öz üzərimə götürmüşdür. İddiaçı təşkilatın müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən hazırki iş üzrə cavabdeh olan Cavabdeh müqavilədə nəzərdə tuitulmuş məhsuldarlığı əldə edə bilməmişdir. Belə ki, iddiaçı təşkilat tərəfindən Tahirəyə verilən çiyidi xx.xx.2017-ci il tarixdə əkin üçün ayrılmış 20 hektar sahəyə əkmiş və əkdiyi çiyidin tam cücərməsini ala bilmədiyinə görə iddiaçı təşkilatın mütəxəssislərindən ibarət nümayəndələri əkdiyi pambıq sahəsinə dəvət etmişdir. Həmin mütəxəssislər pambıq əkilən sahəyə baxıb pambıq bitkisinin lazım olan səviyyədə çıxışının alınmadığını və ona verilən çiyid toxumunun cücərmə qabiliyyətinin olmadığını müəyyən edərək bu barədə akt tərtib etmiş və pambıq sahəsinə təkrar arat qoyulmaqla təkrar əkin aparılması tapşırılmışdır. Bundan sonra Cavabdeh başqa torpaq sahəsini icarəyə götürüb həmin sahəni öz vəsaiti hesabına şumlatdırıb arat qoyandan sonra pambıq əkininin vegetasiya dövrünün 2 ay keçməsinə baxmayaraq 27 may 2017-ci il tarixdə iddiaçı təşkilatdan təkrar aldığı ciyidi həmin sahəyə aqrotexniki qaydada əkmişdir. Təkrar əkinin aparılması ilə bağlı iddiaçı təşkilatın mütəxəssislərinin iştirakı ilə də xx.xx.2017-ci il tarixdə akt tərtib edilmişdir. İddiaçı MMC və “MKT Kürdəmir” filialının müqavilə üzrə öhdəlikdlərini yerinə yetirməmələrinə baxmayaraq cavabdeh təkrar pambıq əkinini öz vəsaiti hesabına 2000 manat sərf edərək əkmiş və iddiaçı təşkilata 23343,58 kq pambıq təhvil vermişdir. Bütün bunlara baxmayaraq İddiaçı MMC müqavilə üzrə öhdəlikdlərini yerinə yetirmədiyi halda əsassız olaraq cavabdehdən əsas borca görə 3500,28 manat, hesablanmış cərimə borcuna görə 1665,64 manat olmaqla ödənilmiş 30 manat dövlət rüsumu ilə birlikdə 5195,92 manat məbləğində pul tələb edir. İş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertizasının rəyində də iddiaçı təşkilatın müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən pambıq əkini üçün vegetasiya dövrü 2 ay keçəndən sonra cavabdehin təkrar pambıq əkini aparması nəticəsində məhsuldarlığın 18-20 faiz aşağı düşməsi müəyyən edilmişdir. Bundan başqa vegetasiya dövrü 2 ay keçəndən sonra təkrar əkin aparılmış həmin sahəyə çiyid səpilməsi, həmin işlərin görülməsinə cavabdehin öz vəsaiti hesabına 2000 manat pul xərcləməsinin qeydə alınmaması göstərilmiş və vegetasiya müddətinin gecikdirilməsinin məhsuldarlığın kəskin surətdə azalmasına səbəb olması qeyd edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/8358 nömrəli rəyindən görünür ki, məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(041)-160/2020 nömrəli qərardadı üzrə birinci sual üzrə “MKT Saatlı“ filialının Kürdəmir pambıq istehsalı sahəsinin rəisi Ağalar Hacıyevin, Kürdəmir şöbəsinin aqronom mütəxəssisi Təknasib Məmmədovun, pambıq sahələrinin əkilməsində iştirak edən Muxtar Fətəliyevin və pambıq istehsalçısı Cavabdeh iştirakı ilə tərtib edilmiş 19 aprel 2017-ci il tarixli aktda göstərilən sənədlərdə, yəni Cavabdeh ”MKT MMC” Saatlı filialı ilə bağladığı 20 ha pambıq əkininə dair müqaviləyə əsasən əkdiyi ”ağ qızıl 3 Rİ” sortlu pambıq toxumunun çıxışı 5 faiz təşkil etdiyi halda 2 ton məhsuldarlıq əldə edilməsi müəyyən edilmiş, bundan əlavə 20 ha sahədən 5 faiz cücərmə olarsa, məhsuldarlıq 20 sentner olarsa, 19 ha sahəyə ziyanlıq hesablanması müəyyən edilmişdir. Həmin qərardadın ikinci sualı üzrə “MKT Saatlı“ filialının Kürdəmir pambıq istehsalı sahəsinin rəisi Ağalar Hacıyevin, Kürdəmir şöbəsinin aqronom mütəxəssisi Təknasib Məmmədovun, pambıq sahələrinin əkilməsində iştirak edən Muxtar Fətəliyevin, pambıq əkən mexanizator Məmməd Kərimovun, pambıq istehsalçısı Cavabdeh, Cavabdeh nümayəndəsi Ağaisa Əliyevin və pambıq əkinində iştirak edən Nazim Əliyevin iştirakı ilə tərtib edilmiş 27 may 2017-ci il tarixində göstərilən şəraitdə, yəni Cavabdeh aqrotexniki qaydada şumlanıb, arat edilmiş 20 ha torpaq sahəsinə təkrar əkin keçirməklə pambığın vegetasiya müddətinin 2 ay gecikdirilməsi nəticəsində məhsuldarlığın 18-20 sentner aşağı düşməsi sifarişçi ilə icarəçi arasında bu xüsusi olaraq nəzərə alınmamışdır. Ona görə də həmin sahəyə görə icarəçidən tam miqdarda yəni (hər hektardan 20 sentner) məhsul əldə edilməsinin tələb olunmasının məqsədəuyğun hesab edilə bilməməsi, təkrar əkinə görə nəzərdə tutulmuş 20 sentner təkrar əkinə görə yəni (optimal müddətə görə məhsuldarlığın azalması) 4 sentner azalmalı olduğu, təkrar əkinə görə hər hektardan 16 sentner pambıq əldə olunması mümkün hesab edilə bilməsi müəyyən edilmişdir ki, buna görə İcarəçidən 16 x 20 = 32000 kq pambıq tələb edilə bilməsi müəyyən edilmişdir. Bundan da icarəçi tərəfindən 23343,28 kq təhvil verilmişdir. Qərardadın üçüncü sual üzrə Cavabdeh əsas borca görə hesablanmış cərimə İddiaçı MMC-nin mütəxəssisləri tərəfindən düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, 20 ha torpaq sahəsinə təkrar əkin aparılmaqla pambığın vegetasiya müddətinin 2 ay gecikdirilməsi nəticəsində məhsuldarldığın hər hektardan 18-20 sentner azalması nəzərə alınmamış, məhsuldarlıq xx.xx.2017-ci il tarixli, ********* nömrəli müqavilə ilə hesablandığı müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ********* saylı müqaviləyə əsaasən iddiaçı Cavabdeh 20 ha torpaq sahəsində pambıq əkmək üçün İddiaçı MMC-dən 14939,98 manat məbləğində avans vəsaitlər götürmüşdür. Cavabdeh iddiaçı təşkilat tərəfindən ona verilmiş ”ağ qızıl 3 Rİ” sortlu pambıq toxumunu xx.xx.2017-ci il tarixdə icarəyə götürdüyü aqrotexniki qaydada şumlanıb arat edilmiş sahəyə əkmiş, lakin pambıq toxumu yararsız olduğundan cəmi 5 faiş cücərmə əldə etmişdir. Bundan sonra Cavabdeh başqa sahədən 20 ha torpaq sahəsi götürərək həmin sahəni şumladıb arat etdikdən sonra iddiaçı təşkilatın müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən pambığın vegetasiya müddətinin 2 ay keçəndən sonra xx.xx.2017-ci il tarixdə həmin sahəyə pambıq toxumu əkmişdir. Pambığın vegetasiya müddətini 2 ay gecikdirdiyinə görə müqavilə üzrə nəzərdə tutulan 20 sentner məhsuldarlığı ala bilməsə də iddiaçı təşkilata 10928,70 manat məbləğində 23343,58 kq pambıq məhsulu təhvil vermişdir. Göründüyü kimi iddiaçı təşkilatın xx.xx.2017-ci il tarixli, ********* nömrəli müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməməsi səbəbindən cavabdehin pambığın vegetasiya müddətini 2 ay gecikdirməklə təkrar əkin aparmas nəticəsində məhsuldarlığın kəskin surətdə azalmasına səbəb olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MMC, “MKT-Kürdəmir“ filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ********* nömrəli müqavilənin şərtləri iddiaçı təşkilat tərəfindən pozulduğundan cavabdehin pambığın vegetasiya müddətini 2 ay gecikdirməklə təkrar əkin aparığ iddiaçıya 23343,58 kq pambıq təhvil verməsini nəzərə əlaraq İddiaçı MMC-yə qeyd edilən müqavilə üzrə əsas borcunun 1000 manat məbləğində olmasını ağılabatan olması qənaətinə gəlir. Bu baxımdan məhkəmə cavabdehin iddiaçıya 1000 manat əsas borcu olduğu halda İddiaçı MMC tərəfindən hesablanmış 1665,64 manat cərimə məbləğinin hesablanmasını əsassız hesab edir. İddiaçı tərəfindən cavabdehə verilməyən xam pabığa görə cərimə hesablanarkən təhvil verilən xam pambığın tədarükçü tərəfindən sortunun aşağı salınması nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cavabdehin nümayəndəsi X6 cavabdehin təkrar əkin apadığı işlərə görə öz vəsaiti hesabına 2000 manat məbləğində pul xərclədiyini göstərsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübur təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifəllərini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq Cavabdeh 15 manat dövlət rüsumu alınıb İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh 1000 manat əsas borc və 15 manat dövlət rüsumu, bütövlükdə 1015 manat məbləğində pul alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş üzrə aparılmış ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin.

Cavabdeh 1000 manat əsas borc və 15 manat ödənilmiş dövlət rüsumu, bütövlükdə 1015 (min on beş) manat məbləğində pul alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh Sotan qızından 100 (yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP(XİİS) HESABİ, X1, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar