Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1001/2023 04.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqaviləllərə əsasən XİAOMİ NİNEBOT, Electroscooter, Samsung monitor, Səs ucaldıcı LG, İmei Kodu **********91517 olan XİAOMİ REDMİ NOTE 9 markalı telefon, İmei kodu **********78300 olan SAMSUNG GALAXY A21S almış və nəticədə 2344 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 976.8 manat olan XİAOMİ NİNEBOT üçün ümumilikdə 753 manat olmaqla, ondan 684.9 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 68.1 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 900 olan Electroscooter üçün ümumilikdə 535 manat olmaqla ondan 487 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 432 manat olan Samsung MONİTOR üçün ümumilikdə 336 manat olmaqla ondan 305.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30.6 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 435.6 manat olan Səs ucaldıcı LG üçün ümumilikdə 321 manat olmaqla ondan 292 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 613.8 manat olan İmei Kodu **********91517 olan XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün ümumilikdə 287 manat olmaqla ondan 260.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26.2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 563.2 manat olan İmei kodu **********78300 olan SAMSUNG GALAXY A21S üçün ümumilikdə 112 manat olmaqla ondan 101.2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10.8 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1790.1 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ona görə də Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən XİAOMİ NİNEBOT üçün 684.9 manat ödənilməmiş hissə, 68.1 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Electroscooter üçün 487 manat ödənilməmiş hissə, 48 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Samsung MONİTOR üçün 305.4 manat ödənilməmiş hissə, 30.6 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Səs ucaldıcı LG üçün 292 manat ödənilməmiş hissə, 29 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İmei Kodu **********91517 olan XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün 260.8 manat ödənilməmiş hissə, 26.2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********78300 olan SAMSUNG GALAXY A21S üçün 101.2 manat ödənilməmiş hissə, 10.8 manat cərimə, ümumilikdə 2344 manat borc, 43.44 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırki iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə idditanın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdiriliş qaydada baxılmasına yol verilir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdehnın arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22271223 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh 250 ilkin ödəniş etməklə hər ay 26.1 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə "xxxx" MMC-dən 563.2 manat dəyərində İmei kodu **********78300 olan SAMSUNG GALAXY A21S markalı telefon almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdehnın arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22379478 nömrəli müqavilənin surətindən görünür ki, cavabdeh V.Ə.Cavadova ilkin ödəniş etmədən hər ay 40.7 manat olmaqla 24 ay müddətinə ödəmək şərti ilə "xxxx" MMCdən 976.8 manat dəyərində XİAOMİ NİNEBOT almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdehnın arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21171689 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh ilkin ödəniş etmədən, qalan məbləği hər ay 37.5 manat olmaqla 24 ay müddətinə ödəmək şərti ilə "xxxx" MMC-dən 900 manat dəyərində Electroscooter almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdehnın arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22110460 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh ilkin ödəniş etmədən, qalan məbləği hər ay 18 manat olmaqla 24 ay müddətinə ödəmək şərti ilə "xxxx" MMC-dən 432 manat dəyərində SAMSUNG MONİTOR almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdehnın arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22441384 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh ilkin ödəniş etmədən, qalan məbləği hər ay 24.2 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə "xxxx" MMC-dən 435.6 manat dəyərində Səs ucaldıcı LG almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdehnın arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21171956 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh ilkin ödəniş etmədən, qalan məbləği hər ay 34.1 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə "xxxx" MMC-dən 613.8 manat dəyərində İmei Kodu **********91517 olan XİAOMİ REDMİ NOTE 9 markalı telefon almışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan bocunu ödəməsi barədə məlumat verilməsinə baxmayaraq o, borcu ödəməmişdir. İş materiallarında olan Dövlət qeydiyyatı haqqında ********** nömrəli Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək müəyyən edir ki, Cavabdehnın "xxxx" MMCnə xx.xx.2021-ci il tarixli, 22271223 nömrəli, xx.xx.2021-ci il tarixli, 22379478 nömrəli, xx.xx.2020-ci il tarixli, 21171689 nömrəli, xx.xx.2020-ci il tarixli, 22110460 nömrəli, xx.xx.2021-ci il tarixli, 22441384 nömrəli, xx.xx.2020-ci il tarixli, 21171956 nömrəli, müqavilələr üzrə ümumilikdə 2344 manat borcu var. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti tələb etməkdə haqlıdır. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” reyestrdən çıxarışdan görünür ki, Cavabdeh məhkəmə bildirişini qəbul etmiş, lakin qəbul etdiyi tarixdən 10 (on) iş günü müddəti keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, müəyyən olunmuş müddət ərzində iddiaya qarşı etirazının daxil olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olunduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağrılmaqla dindirilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına maneə olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarından görünür ki, iddiaçı ilə Cavabdehnın arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22271223 nömrəli, xx.xx.2021-ci il tarixli, 22379478 nömrəli, xx.xx.2020-ci il tarixli, 21171689 nömrəli, xx.xx.2020-ci il tarixli, 22110460 nömrəli, xx.xx.2021-ci il tarixli, 22441384 nömrəli, xx.xx.2020-ci il tarixli, 21171956 nömrəli müqavilələrə əsasən cavabdeh iddiaçı "xxxx" MMC-nin qarşısında öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, iddiaçı 43.44 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən XİAOMİ NİNEBOT üçün 684.9 manat ödənilməmiş hissə, 68.1 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Electroscooter üçün 487 manat ödənilməmiş hissə, 48 manat cərimə, xx.xx.2020ci il tarixli müqaviləyə əsasən Samsung MONİTOR üçün 305.4 manat ödənilməmiş hissə, 30.6 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Səs ucaldıcı LG üçün 292 manat ödənilməmiş hissə, 29 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İmei Kodu **********91517 olan XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün 260.8 manat ödənilməmiş hissə, 26.2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********78300 olan SAMSUNG GALAXY A21S üçün 101.2 manat ödənilməmiş hissə, 10.8 manat cərimə, ümumilikdə 2344 manat borc, 43.44 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən XİAOMİ NİNEBOT üçün 684.9 manat ödənilməmiş hissə, 68.1 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Electroscooter üçün 487 manat ödənilməmiş hissə, 48 manat crimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Samsung MONİTOR üçün 305.4 manat ödənilməmiş hissə, 30.6 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Səs ucaldıcı LG üçün 292 manat ödənilməmiş hissə, 29 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İmei Kodu **********91517 olan XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün 260.8 manat ödənilməmiş hissə, 26.2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********78300 olan SAMSUNG GALAXY A21S üçün 101.2 manat ödənilməmiş hissə, 10.8 manat cərimə, ümumilikdə 2344 manat borc, 43.44 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1001/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1001/2023
04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver