Məhkəmə qərarları › İş №2(041)-1013/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1013/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1013/2023 13.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Məmmədağa oğluna qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kürdəmir rayonunun Qarasaqqal kəndində yaşayan Cavabdeh 24.000 manat məbləğində əsas borcun və ödədiyim 162 manat dövlət rüsumu olmaqla, ümumilikdə 24.162 (iyirmi dörd min yüz altmış iki) manat pulun alınıb ona verilməsi, tələbin girov qoyulmuş Kürdəmir rayonunun Qarasaqqal kəndi ərazisində yerləşən, Cavabdeh xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 9,3118 ha 4,43 ha torpaq sahəsinə yönəldilərək, həmin torpaq sahələrinin hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli Kredit müqaviləsi üzrə 24.000 manat əsas borcunun və dövlət rüsumu kimi ödənilmiş 162 manat olmaqla cəmi 24162 (iyirmi dörd min yüz altmış iki) manat məbləğində pulun ona ödənilməsi, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli Kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilərək məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, İddiaçı məhkəməyə xx.xx.2023cü il tarixdə ərizə göndərib Cavabdeh ilə aralarında olan mübahisəni məhkəmədən kənar yolla həll etdiklərini bildirib mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmiş və işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Məmmədağa oğluna qarşı pul tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması barədə İddiaçı ərizəsi qəbul edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh Məmmədağa oğluna qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar