Məhkəmə qərarları › İş №2(041)-1014/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1014/2023

22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1014/2023 22.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 631 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabden onun yaxın tanışıdır. Kürdəmirr rayonu ərazsində səyyar satıcı fəaliyyəti ilə məşğul olur. Cavabdeh onunla birlikdə eyni qəsəbədə yaşayır. Cavabdeh taksi fəaliyyəti ilə məşğul olur. Əlində olan məhsulları satmaq üçün onun taksisindən istifadə edir. 2022-ci ilin dekabr ayında Namiq ona müraciət edərək kredit borcunun olduğunu və həmin borcu ödəmək üçün ona 400 manat pul verməsini xahiş etmiş, bundan sonra satmaq üçün ondan 231 manat dəyərində mal almışdır. Lakin həmin malın pulunu da qaytarmamışdır. Hazırda Cavabdeh ona 631 manat borcu var. Dəfələrlə pulunu cavabdehdən tələb etməsinə baxmayaraq cavabdeh pulu geri qaytarmır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçını uzun müddətdir ki, tanıyır, münasibətləri normal olmuşdur. Banka kredit borcu olduğu üçün iddiaçıdan 400 manat borc pul almış, bundan başqa ayrı-ayrı vaxtlarda iddiaçıdan satmaq üçün məhsul götüürmüş, həmin məhsulları birlikdə satmışlar. Hazırda onun iddiaçıya ümumilikdə 530 manat borcu var. Həmin borcu hissə-hissə ödəyəcəkdir. İşdə olan və iddiaçının iddianın faktiki əsası kimi istinad etdiyi Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi F.Kərimlinin aparmış olduğu araşdırma materialında iddiaçının ərizəsi əsasında cavabdehlə arasında yaranmış borc mübahisələri araşdırılarkən Cavabdeh verdiyi izahatında iddiaçıya 530 manat borcunun olduğunu bildirmişdir. İddia tələbi hüquqi təbiətinə görə borc münasibətlərindən irəli gələn mübahisələrə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Hazırki iş üzrə iddiaçı cavabdehdən 2022-ci ildə verdiyi 631 manat pulun geri qaytarılmasını tələb edir və bununla bağlı heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Lakin Kürdəmir RPŞ-nin araşdırma materialında cavabdeh verdiyi izahatında iddiaçıya 530 manat borcu olduğunu, maddi imkanı olmadığı üçün həmin pulu ödəyə bilmədiyini bildirmiş və həmin ifadəsini məhkəməyə verdiyi izahatında da bir daha təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007ci il tarixli qərarında qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə qismən təmin edilməli, Cavabdeh 530 manat borc alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşə əlavə edilmiş, məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkün kimi dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyi üçün 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 530 (beş yüz otuz) manat pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar