Məhkəmə qərarları › İş №2(041)-1016/2025

Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-1016/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1016/2025 01.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2900 (iki min doqquz yüz) manat alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ildə qonşuluğunda yaşayan Cavabdeh Sumqayıt şəhərində iddiaçıdan məişət, geyim əşyaları almış, aldığı əşyaların pulunu hər ay vaxtında ödəmişdir. Sonralar onlar arasında yaxın münasibət yaranmış və 2024-cü ilin mart ayından yaxın münasibət və tanışlığından sui-istifadə edərək aldığı 3204 manat məbləğində olan əşyaların pulunu ödəməkdən imtina etmişdir. Onunla və yoldaşı Ramiz adlı şəxs ilə dəfələrlə əlaqə saxlayaraq ödənişlərini etməyi tələb etmiş, lakin onlar ödəniş etməkdən boyun qaçırmış və pulu qaytarmayacağlarını bildirmişlər. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə şikayət ərizəsiylə müraciət etmiş, 07 avqust 2024-cü il tarixdə Cavabdeh və onun həyat yoldaşı X2 yazılı izahatlarında yaranmış 2900 borcun 2024-cü ilin sentyabr ayından başlayaraq hər ay minimum 150, maksimum 200 manat olmaqla ödəyəcəklərinə söz vermişlər. Artıq üstündən neçə müddət keçmiş, hələ də onun pulunu qaytarmamışlar. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianınn təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçının nümayəndəsi yazılı ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İş materiallarında olan, İddiaçı Sumqayıt şəhər Pİ-nin 5-ci PB-də verdiyi izahatında, 2 il əvvəldən qonşuluğunda yaşayan Vüsalə adlı şəxs ondan məişət, geyim əşyaları almışdır. O, əşyaları alan zaman qızının cehizi üçün aldığını bildirmişdir. İlk zamanlar ondan aldığı əşyaların pulunu hər ay vaxtında ödəyirdi. Daha sonralar onunla yaxın münasibət yaratmış və etibarını qazanmışdır. Son 5 ay ərzində yaxın münasibət və tanışlıqlarından sui-istifadə edərək onu aldatmış və aldığı 3204 manat məbləğində olan əşyaların pulunu ödəməkdən imtina etmişdir. Onunla və yoldaşı Ramiz adlı şəxs ilə dəfələrlə əlaqə saxlayaraq ödənişlərini etməyi tələb etmiş. Lakin onlar ödəniş etməkdən boyun qaçırmış və pulu qaytarmayacağlarını bildirmişdirlər. Daha sonralar davamlı olaraq onlarla əlaqə saxlamağa çalışmış, lakin telefon zənglərinə və mesajlarına cavab verməmişdirlər. -X1 Sumqayıt şəhər Pİ-nin 5-ci PB-də verdiyi izahatında, 2 il əvvəl qonşuluğunda yaşayan İddiaçı həyat yoldaşın Cavabdeh məişət, geyim əşyaları almağa başlamışdır. Əşyaların pulunu hər ay vaxtında qaytarmağına baxmayaraq son 5 ayda maddi vəziyyəti ilə əlaqədar ödənişi edə bilməşlər. Həyat yoldaşı Vüsalə iyul ayından Xırdalanda evdə fərdi əməklə məşğul olur. Yaranmış borcu növbəti aydan hər ay ödəməyə imkanı vardır. -Cavabdeh Sumqayıt şəhər Pİ-nin 5-ci PB-də verdiyi izahatında,aprel ayında Sevinc adlı qadından götürdüyü malların pulunu hər ay 100 manat ödəmiş son 3 aydır pulu olmadığı üçün ödəməmişdir. 2900 manat borcu qalıb. O polis bölməsində bildiri ki, 3500 manat borc qalıb, lakin, doğru deyil. Sentyabr ayından etibarən 150 manat maksimum 200 manat ödəyəcəyini bildirib. İddiaçının Cavabdeh Whatsaap sosial şəbəkəsi ilə borc məbləğinin ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1. alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. - 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. - 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh şifahi müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı borcunu cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2900 (iki min doqquz yüz) manat borc tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı Laçın rayonundan məcburi köçkün kimi dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün, 49 (qırx doqquz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2900 (iki min doqquz yüz) manat borc tutularaq İddiaçı, 49 (qırx doqquz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Kürdəmir Rayon Məhkəməsinə ərizə verməyə haqlıdırlar. Həmin müddət bitdikdən sonra qiyabi qətnamədən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar