Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1017/2023 11.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçı X2 və Cavabdeh Əlisəfa oğlunun iştirakları ilə İddiaçı X2 Cavabdeh Əlisəfa oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Əlisəfa oğlu ilə birgə nikahlarından xx.xx.2008-ci il tarixdə Qəzənfər və xx.xx.2015-ci il tarixdə Hüseyn adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-870/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə sabit pul məbləğində 200 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X5 iddia tələbini müdafiə edərək göstərdi ki, o, cavabdehlə 2008-ci ildə el adəti ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2008-ci il tarixdə Qəzənfər və xx.xx.2015-ci il tarixdə Hüseyn adlı iki uşaqları olmuşdur. Evləndikləri ilk vaxtlardan ailə münasibətləri yaxşı olsa da sonradan ərinin təqsiri üzündən nikahları pozulmuş və Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-870/2022 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü Qəzənfər və xx.xx.2015-ci il təvəllüdlü Hüseynin saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 75 manat aliment tutularaq ona ödənilməsi qət olunmuşdur. Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-870/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentlə uşaqları saxlamaqda çətinlik çəkir, cavabdeh isə həmin alimenti ödəsə də ondan başqa onlara heç bir yardım etmir. İddiaçı uşaqlarının günü-gündən artan tələbatlarını təkbaşına ödəyə bilmir. Ona görə də Cavabdeh Əlisəfa oğlu ilə birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü Qəzənfər və xx.xx.2015-ci il təvəllüdlü Hüseyn adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)- 870/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə sabit pul məbləğində 200 manat (cəmi 400) aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Əlisəfa oğlu iddia tələbini qəbul etmədi və bildirdi ki, 1-ci qrup əlildir, iddiaçıya alimenti vaxtlı-vaxtında ödəməyinə baxmayaraq, iddiaçı uşaqları ilə görüşməyə şərait yaratmır bu səbəbdən iddia tələbinin təmin edilməməsi haqqında qətnamnə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 13 may 2008-ci il tarixli, AZ-İİ 065393 nömrəli Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Doğum haqqında şəhadətnamədə tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X6 doğulmuş və 13 may 2008-ci il tarixdə 377 nömrə ilə qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının AZE 11680958 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X8 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)- 870/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il tarixdə Qəzənfər və xx.xx.2015-ci il tarixdə Hüseynnin yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabeh Cavabdeh Əlisəfa oğlundan hər ay hər uşağa görə sabit pul məbləğində 75 manat miqdarında, cəmi 150 manat aliment tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı X5 Cavabdeh Əlisəfa oğlu ilə 2008-cü ildə el adəti ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2008-ci il tarixdə Qəzənfər və xx.xx.2015-ci il tarixdə Hüseyn adlı iki uşaqları olmuşdur. Evləndikləri ilk vaxtlardan ailə münasibətləri yaxşı olsa da sonradan əri Ramizin təqsiri ucbatından Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)- 870/2022 qətnaməsinə əsasən pozulmuş və həmin qətnaməyə əsasən iki uşağın saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 75 manat miqdarında, cəmi 150 manat aliment tutularaq ona ödənilməsi qət olunmuşdur. Hazırda cavabdeh həmin alimenti ödəsə də ondan başqa onlara heç bir yardım etmir. Aylıq sabit gəlirə malik deyildir. Heç bir yerdə işləmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı X1 və Hüseyn adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə sabit pul məbləğində 200 manat miqdarında aliment tələb etsə də o, cavabdehin maddi və əmlak vəziyyəti barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, bu onun birbaşa vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən hər iki uşağa görə iddiaçıya ödənilən 75 manat miqdarında alimentin hazırki şəraitdə uşaqların saxlanmasına yetərli olmamasını nəzərə alır və onların saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-870/2022 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının Qəzənfər və Hüseyn adlı uşaqların saxlanması üçün yetərli olacaq miqdarda artırılmasını müvafiq hesab edir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, habelə aliment alan uşaqların mənafeyi və yaşayış minimumu nəzərə alınaraq Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-870/2022 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il tarixdə təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh Əlisəfa oğlundan hər ay hər uşağa sabit pul məbləğində 120 manat olmaqla, ümumilikdə 240 manat aliment tutularaq X3 verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçı X5 dövlət rüsumu ödəməkdən azad olunsun. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 48 (qırx səkkiz) manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-870/2022 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdları dəyişdirilsin. İddiaçı X5 ilə Cavabdeh Əlisəfa oğlunun birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il tarixdə təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh Əlisəfa oğlundan hər ay hər uşağa sabit pul məbləğində 120 manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat aliment tutularaq X3 ödənilsin. Cavabdeh Əlisəfa oğlundan dəniləcək illik alimentin həcminə görə 48 (qırx səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1017/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1017/2023
11.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver