Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1018/2023 21.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Vəkil və Cavabdeh iştirakı ilə İddiaçı X5 üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Toyota Camry” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan maddi zərərə görə Cavabdeh 12.960 manat, ödənilmiş dövlət rüsumu 131 manat, vəkil xidməti üçün ödənilmiş 600 manat pul alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş iddiaçının nümayəndəsi və vəkili Vəkil vəsatətinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(041)-1018/2023 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmaqla qərardadın surəti mülki işdə olan sənədlərin surəti ilə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 9/6689 nömrəli ekspert rəyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/6689/2023 nömrəli məktubu ilə xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iddiaçı Səadət Şərafət qızının nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən müdafiə edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 20.55 radələrində X3 etibarnamə əsasında idarə etdiyi “Toyota Camry” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərpək Kürdəmir şəhəri, Babək prospekti ilə öz yolunda Ağsu rayonu istiqamətində hərəkətdə olan zaman ondan qarşıda yolun hərəkət hissəsinin sağ kənarından hərəkətə başlayan Vaz-2106 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ona yol vermədən geriyə dönmək üçün sükanı yol çəkərək əks istiqamətli hərəkət zolağına çıxsa da, maneəni tam dəf edə bilməmiş və cavabdehə məxsus Vaz- 2106 markalı avtomobil “Toyota Camry”-nin arxa sağ qarşısı ilə toqquşmuşdur. Zərbə nəticəsində “Toyota Camry”-nin sürəti böyük olduğundan onu idarə edəın X5 idarəetməni itirmiş və qarşı hərəkət zolağında yolun hərəkət hissəsinin sağ kənarında dayanmış Vaz- 2107 markalı, ** MP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduqdan sonra avtomobili bir qədər də irəliyə sürərək təxminən 50 metr aralıda dayanmışdır. Kürdəmir şəhçər DYPB-nin polis kapitanı N.İmanov tərəfindən xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmiş və Vaz-21063 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili hadisə zamanı idarə edən Cavabdeh barəsində AR İXM-nin 327.2-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi barədə qərar verilmişdir. Hadisənin baş verməsini əks etdirən fotoşəkillər, hadisə yerindəki izlər bir daha sübut edir ki, hadisə Cavabdeh səriştəsizliyi, vəziyyətə nəzarət edə bilməməsi nəticəsində baş vermişdir. Baş vermiş hadisədə cavabdeh tərəfindən vurulan zərərə məsuliyyətsiz yanaşması, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasına, ona vurulan maddi zərərin ödənilməməsinə gətirib çıxarmışdır. Ona görə də “Toyota Camry” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan maddi zərərə görə Cavabdeh 9.635 manat, ödənilmiş dövlət rüsumu 131 manat, vəkil xidməti üçün ödənilmiş 600 manat pul alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəimə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, xx.xx.2023cü il tarixdə Kürdəmir şəhəri, Babək prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus olan X5 tərəfindən etibarnamə ilə idarə edilən “Toyota Camry” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyan “EKO Avto Servis” tərəfindən artıq hesablanmışdır. Belə ki, “Toyota Camry” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilə xidmətlərin qiyməti ilə birlikdə 12.960 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. O, həmin məbləğdə ziyan dəyməsi ilə razılaşmamış və bundan sonra iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən isə həmin məbləğ azaldılaraq 9.635 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tərəfindən də müəyyən edilmiş məbləğ də real deyil. “Toyota Camry” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki qiymətinin 15000-17000 manat dəyərində olmasını nəzərə alaraq o, iddiaçıya 2000-2200 manat ödəməyə təklif etmiş, lakin iddiaçı tərəf onun təklifi ilə razılaşmamışdır. Ona görə də iddiaçıya məxsus olan “Toyota Camry” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən maddi ziyanın məbləğinin 2000-2200 manat məbləğində müəyyən edilməsi və iddia tələbinin həmin məbləğə uyğun olaraq qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə üçüncü şəxs X4 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə işə iş üzrə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 20.55-də Kürdəmir şəhəri, Babək prospektində Vaz-21063 minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması nəticəsində barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətibiq edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Avto Servis MMC-nin İlkin qüsur aktından görünür ki, “Toyota Camry” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyyat hissələrinin qiyməti və xidmətlərin qiyməti ilə birlikdə 12.960 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6689 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" Avto Servis tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Toyota Camry” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərcləri hadisə baş verən tarixə təxminən 9.635,0 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçının mümayəndəsinin və cavabdehin izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20.55 radələrində X3 etibarnamə əsasında idarə etdiyi “Toyota Camry” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərpək Kürdəmir şəhəri, Babək prospekti ilə öz yolunda Ağsu rayonu istiqamətində hərəkətdə olan zaman ondan qarşıda yolun hərəkət hissəsinin sağ kənarından hərəkətə başlayan Vaz-2106 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ona yol vermədən geriyə dönmək üçün sükanı yol çəkərək əks istiqamətli hərəkət zolağına çıxsa da, maneəni tam dəf edə bilməmiş və cavabdehə məxsus Vaz-2106 markalı avtomobil “Toyota Camry”-nin arxa sağ qarşısı ilə toqquşmuşdur. Zərbə nəticəsində “Toyota Camry”-nin sürəti böyük olduğundan onu idarə edəın X5 idarəetməni itirmiş və qarşı hərəkət zolağında yolun hərəkət hissəsinin sağ kənarında dayanmış Vaz-2107 markalı, ** MP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduqdan sonra avtomobili bir qədər də irəliyə sürərək təxminən 50 metr aralıda dayanmışdır. Kürdəmir şəhçər DYPB-nin polis kapitanı N.İmanov tərəfindən xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmiş və Vaz-21063 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili hadisə zamanı idarə edən Cavabdeh barəsində AR İXM-nin 327.2-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi barədə qərar verilmişdir. Baş vermiş hadisədə cavabdeh tərəfindən vurulan zərərin ödənilməsinə məsuliyyətsiz yanaşması, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasına, ona vurulan maddi zərərin ödənilməməsinə gətirib çıxarmışdır. İddiaçı iddia tələbində cavabdehdən ona məxsus “Toyota Camry” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən maddi ziyana görə 12.935 manat pul tələb etsədə iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/6689 nömrəli rəyinə əsasən iddiaçıya məxsus olan “Toyota Camry” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri hadisə baş verən tarixə təxminən 9.635,0 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6689 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş pul məbləği, yəni maddi zərərə görə 9.635 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habel hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsində qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin üzərinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzini ödəmək tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzininaturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı X2 məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün Kürdəmir rayon məhkəməsinin hesabına 131 manat dövlət rüsumu ödəmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində vəkil xidməti üçün ödənilmiş 600 manat pulun cavabdehdən alınıb ona ödənilməsini tələb etsə də o, vəkil xidmətinə görə ödədiyi 600 manat pulun ödənilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görədə iddia tələbi həmin hissçədə təmin edilə bilməz. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh vurduğu maddi zərərə görə 9.635 manat və ödənilmiş dövlət rüsumuna görə 131 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurduğu maddi zərərə görə 9.635 manat və ödənilmiş dövlət rüsumuna görə 131 manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1018/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1018/2023
21.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver