Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-102/2025 28.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın qaytarılması və ya əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz adına rəsmiləşdirilərək onlara verdiyi şifonerin özü, özü olmadıqda isə mebelin dəyəri, yəni 860 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Kürdəmir rayonunda taksi fəaliyyəti iə məşğul olur. Hazırki iş üzrə cavabdehlər Almas onun qonşusu, Mehman isə Almasın kürəkəndir. Onlarla münasibəti normal olmuşdur. Aralarında həmişə etibar olmuşdur. 05 fevral 2022-ci il tarixdə Mehman və Almas “EmbaFinans”dan mebel götürülməsində onlara kömək etməsini xahiş etmiş və bildirmişlər ki, kredit problemləri olduğu üçün onlara şifoner dəsti vermirlər. Banklarla heç bir problemli krediti olmadığından, buna razı olmuşdur. Razılaşma belə olmuşdur ki, “Emba Finas”dan adına şifoneri o götürür, cavabdehlər isə ödənişləri edəcəkdilər. O, da inadığı üçün şifahi razılaşmaya əsasən "xxxx"dan hissə-hissə ödənilməklə 860 manat dəyərində bir ədəd dolab şifoner götürüb cavabdehlərə vermişdir. Hər ay cavabdehlər razılaşmaya görə 72 manat ödəniş etməli idi. Cavabdehlər ilk aylarda ödəniş etsələr də, sonradan ödəniş etmədikləri üçü bankdan tez-tez ona zəng edilmiş, şifonerin pulunu tələb etmişlər. Bankdan zəng gələndən sonra cavabdehlərin aralarında olan şifahi razlaşma öhdəliyini pozduqlarını və hər ay banka ödəniməli olan 72 manat pulu ödəmədiklərini bilmişdir. O, cavabdehlərə şdəniş etmələrini dəfələrlə bildirmiş, lakin onlar müxtəlif bəhanələrlə bundan yayınmışlar. Banklarla heç bir problemi olmadığı üçün və adının bankın “qara siyahısı”na düşməməsi üçün məcbur olaraq ödənişi o etmişdir. Dolab şifoner hazirda cavabdehlərdədir. O, cavabdehlərdən həmin dolab- şifonerin özünü, əks halda pulunu tələb edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdeh Almas Qasmova ilə telefon əlqəsi saxlanılmış və o, həqiqətən də iddiaçının göstərdiyi faktı təsdiq edərək dolabın hazırda onun evində olduğunu etiraf etmiş, məhkəmə iclasına gəlməyəcəyini bildirmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş və bu barədə məhkəməyə ərizə vermişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1 və 238.2-ci maddələrinə əsasən, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, 521-KME-0021-22 saylı əlaqəli kredit müqaviləsinin surətindən görünür ki, Bank olmayan kredit təşkilatı EmbaFinans QSC ilə İddiaçı satışı həyata keçirilən malı almaq məqsədilə istehlak krediti verilməsi, malın dəyərinin 860 manat müəyyən edilməsi, həmin məbləğin hissə- hissə 12 ay müddətinə qaytarılması barədə razılığa gəlmişlər. İşdə olan xx.xx.2022-ci il tarixli 521-KME0021-22 saylı girov müqaviləsindən görünür ki, bu müqavilə Bank olmayan kredit təşkilatı EmbaFinans QSC ilə İddiaçı arasında bi ədəd 860 manat dəyərində Dolab “Liza” əmlakının xx.xx.2022-ci il tarixli, 521-KME-0021- 22 saylı əlaqəli kredit müqaviləsinin təminatı olaraq bağlanmışdır. İşdə olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, alıcı İddiaçı 860 manat dəyərində “Liza” dolab satılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli Bank olmayan kredit təşkilatı EmbaFinans QSC-nin möhüqrü ilə təsdiq edilmiş arayışdan görünür ki, EmbaFinans QSC 860 manat dəyərində Dolab “Liza” avadanlığının qüsursuz ünvan 1 ünvanda quraşdırılmasını üzərinə götürmüşdür. İşdə olan şəxsiyyət vəsiqəsinnin surətindən görünür ki, Qasımova X1 şəhəri, A.Şakir küçəsi, 41-də, Cavabdeh2 Sumqayıt şəhəri, YAT-5,Sülh küçəsində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçı bir ədəd Dolab “Liza” avadanlığını əldə etdiyini, cavabdehə verdiyini və cavabdeh tərəfindən ona qaytarılmadığını sübut etməlidir. İddiaçı qiyabi icraat qaydasında aparılan məhkəmə iclasında iddia tələbini əsaslandıran hallara dair sübutlar təqdim edərək bu halları sübut edə bildi. Eləcə də, iddiaçı məhkəməyə təqdim etdiyi iddia əsizəsinin surəti cavabdehlərə göndərilmiş, cavabdehlər isə məhkəmə iclasında iştirak etməmiş və iddia tələbinə qarşı hər hansı etirazları məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bir ədəd dolab “Liza” avadanlığını "xxxx"MMCdən öz adına hissə-hissə ödəniş etmək şərti ilə alaraq vermiş, aralarında olan şifahi razılığa görə, avadanlığın dəyərini cavabdehlər ödəməyə söz vermiş, lakin ödənişi etmədiklərindən, iddiaçı avadanlığın dəyərini ödəməyə başlamışdır. Cavabdehlər iddiaçıya məxsus olan bir ədəd dolab “Liza” avadanlığını özlərində saxlamaqla və qaytarmamaqla iddiaçının hesabına əsassız varlanmışlar. Eləcə də, iddiaçı məhkəməyə təqdim etdiyi iddia əsizəsinin surəti cavabdehlərə göndərilmiş, cavabdehlər isə məhkəmə iclasında iştirak etməmiş və iddia tələbinə qarşı hər hansı etirazları məhkəməyə daxil olmamışdır. Belə olan halda, məhkəmə iddiaçının tələbini təmin edilməsi, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dolabın özü, özü olmadıqda isə dəyəri, yəni 860 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bir ədəd “Dolab Liza” avadanlığı, özü olmadıqda isə dəyəri, yəni 860 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul müştərək qaydada alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 238-244, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsassız olaraq varlanma nəticəsində əldə etdikləri bir ədəd “Dolab Liza” avadanlığı, özü olmadıqda isə dəyəri, yəni 860 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul müştərək qaydada alınıb İddiaçı verilsin. Cavabdeh1 və Cavabdeh2 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün məhkəməyə ərizə verə bilərlər. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(041)-102/2025
Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-102/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver