Məhkəmə qərarları › İş №2(041)-1032/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1032/2023

24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1032/2023 24.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair tələblərinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-cu il tarixli KRFS-12554 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1534.61 manat, faiz borcuna görə 66.9 manat, dəbbə borcuna görə 8.8 manat, cəmi 1610.31 manat məbləğində pulun və həmçinin dövlət rüsumu kimi ödənilmiş 36.11 manat pulun tutulması, Cavabdeh1 məxsus olan girov qoyulmuş aşağıdaki qızıl-zinət əşyalarına yönəldilməsi, boyunbağl zəncir-çəkisi 8.4 qaram, əyarı 585, qolbaq zəncir çəkisi 4.1 qr.əyarı 585, sırğa gül şəbəkə çəkisi 8.0 qr əyarı 583, nişan üzüyü çəkisi 4.8 qr əyarı 750 (cəmi 25.3 qram) girov qoyulmuş qızıl-zinət əşyalarının hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli KRFS-12554 saylı kredit müqaviləsi üzrə cəmi 1610.31 manat və dövlət rüsumu kimi ödənilmiş 36.11 manat məbləğində pulun tutulması, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021-ci il tarixli KRFS-12554 saylı kredit müqaviləsi üzrə üzrə borcun ödənilməsi üçün yetərli olmazssa, qalan məbləğin borclulardan tutulması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Kürdəmir filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli KRFS-12554 saylı kredit müqaviləsinə əsasən illik 22 % dərəcəsi olmaqla 24 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə bağlanmış girov müqaviləsinə əsasən Cavabdeh1 na məxsus qızıl-zinət əşyaları həmin tarixli girov müqaviləsinə əsasən banka girov qoyulmuş və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin Kürdəmir filialına saxlanca verilmişdir.Eyni zamanda həmin tarixdə Cavabdeh2 ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Kərimov X1 Akif Əlizadə oğlu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdehlər üzərinə götürdüyü müqavilə öhdəliyini yerinə yetirməyib və kredit borcunu ödəməyib. İddiaçı məhkəmədən iddianın təmin edilərək Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-cu il tarixli KRFS- 12554 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1534.61 manat, faiz borcuna görə 66.9 manat, dəbbə borcuna görə 8.8 manat, cəmi 1610.31 manat məbləğində pulun və həmçinin dövlət rüsumu kimi ödənilmiş 36.11 manat pulun tutulması, Cavabdeh1 məxsus olan girov qoyulmuş aşağıdaki qızıl-zinət əşyalarına yönəldilməsi, boyunbağı zəncir-çəkisi 8.4 qaram, əyarı 585, qolbaq zəncir çəkisi 4.1 qr.əyarı 585, sırğa gül şəbəkə çəkisi 8.0 qr əyarı 583, nişan üzüyü çəkisi 4.8 qr əyarı 750 . girov qoyulmuş qızıl-zinət əşyalarının hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli KRFS-12554 saylı kredit müqaviləsi üzrə cəmi 1610.31 manat və 36.11 manat məbləğində pulun tutulması, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021-ci il tarixli KRFS-12554 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazssa, qalan məbləğin borclulardan tutulması barədə qətnamə qəbul etməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı ASC-nə lazımi qaydada məlumat verilmiş, İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərib mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KRFS-12554 nömrəli kredit müqaviləsindən görünür ki Cavabdeh1 24 ay müddətə, illik 22 faiz dərəcəsi ilə 3500 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 01.121.2021-ci il tarixli KRFS-12554 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 zamin durmuşdur. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli KRFS 12554 saylı girov müqaviləsinə əsasən Cavabdeh1 məxsus qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixli baş kredit müqaviləsi üzrə İddiaçı ASC-dən götürdüyü kreditin təminatı kimi banka girova qoyub. İş materiallarında olan xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ödənilməmiş 1534.61 manat, faiz borcuna görə 66.9 manat, dəbə borcuna görə 8.8 manat, cəmi 1610.31 manat borcu var. İş materillarında olan Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli KRFS 12554 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklər üzrə yaranmış borc məbləğini 3 iş günü müddətində banka ödəməyi tələb olunmuşdur. Məhkəmə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 24 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 3500 manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, KRFS-12554 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə bağlanmış girov müqaviləsinə əsasən Cavabdeh1 məxsus qızıl-zinət əşyaları həmin tarixli girov müqaviləsinə əsasən banka girov qoyulmuş və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin Kürdəmir filialına saxlanca verilmişdir. Eyni zamanda həmin tarixdə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtinə əsasən, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə əsas borcu 1534.61 manat, faiz borcuna görə 66.9 manat, dəbbə borcuna görə 8.8 manat, cəmi 1610.31 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdehlər götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da cavabdeh Kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən Kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehin "xxxx" ASC-nə olan əsas və ona hesablanmış faiz borcu 66.9 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci madəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini təmamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsaən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kredit və zaminlik müqavilələrinə görə cavabdehlər öz üzərinə götürdüyü öhdəliyi heç bir üzürlü səbəb olmadan yerinə yetirməmişdir. Ona görə də, cavabdehlər həmin müqavilə üzrə iddiaçı qarşısında məsuliyyət daşıyır. Cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəlikləri vaxtında və lazımı qaydada icra etmədiyi üçün borc məbləği onlardan müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Tələb girov predmeti olan, Cavabdeh1 məxsus qızıl əşyalara yönəldilməli, həmin əşyalar açıq hərraca çıxarılaraq satılmalı, əldə edilmiş vəsait hesabına kredit müqaviləsi üzrə olan borcun ödənilməsi təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia girov predmetinin hərracda satışından əldə edilən vəsait borcun ödənilməsi üçün yetərli olmazsa qalan məbləğin cavabdehdən digər əmlakına yönəldilməsi hissəsində təmin edilə bilməz. Belə ki, qətnamədə cavabdehdən tutulmalı ümumi məbləğ göstərildiyindən əlavə olaraq girov predmetlərinin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa qalan məbləğin cavabdehin digər əmlakına yönəldilməsinin qeyd edilməsinə heç bir əsas yoxdur. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli KRFS-12554 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1534.61 manat, faiz borcuna görə 66.9 manat, dəbbə borcuna görə 8.8 manat, cəmi 1610.31 (bir min altı yüz on manat 31 qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36.11 (otuz altı manat 11 qəpik) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, tələb Cavabdeh1 məxsus olan girov qoyulmuş: 1) boyunbağı zəncir-çəkisi 8.4 qram, əyarı 585, 2) qolbaq zəncir- çəkisi 4.1 qr.əyarı 585, 3) sırğa gül şəbəkə- çəkisi 8.0 qr əyarı 583, 4) nişan üzüyü- çəkisi 4.8 qr əyarı 750 (cəmi 25.3 qram) qızıl-zinət əşyalarına yönəldilməli, qeyd edilən qızıl-zinət əşyaları açıq hərraca çıxarılaraq satılmalı, onların satışından əldə edilmiş vəsaitin 1646.42 manatı cavabdehlərin xx.xx.2023-cü il tarixli KFS-12554 saylı kredit müqaviləsi üzrə yaranmış borclarına (1610.31 manat) və ödənilmiş dövlət rüsumunun (36.11 manat) əvəzi olaraq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli KRFS- 12554 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1534.61 manat, faiz borcuna görə 66.9 manat, dəbbə borcuna görə 8.8 manat, cəmi 1610.31 (bir min altı yüz on manat 31 qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36.11 (otuz altı manat 11 qəpik) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tələb Cavabdeh1 məxsus olan girov qoyulmuş: 1) boyunbağı zəncir-çəkisi 8.4 qram, əyarı 585, 2) qolbaq zəncir- çəkisi 4.1 qr.əyarı 585, 3) sırğa gül şəbəkə- çəkisi 8.0 qr əyarı 583, 4) nişan üzüyü- çəkisi 4.8 qr əyarı 750 (cəmi 25.3 qram) qızıl-zinət əşyalarına yönəldilsin. Qeyd edilən qızıl-zinət əşyaları açıq hərraca çıxarılaraq satılsın, onların satışından əldə edilmiş vəsaitin 1646.42 manatı cavabdehlərin xx.xx.2023-cü il tarixli KFS-12554 saylı kredit müqaviləsi üzrə yaranmış borclarına (1610.31 manat) və ödənilmiş dövlət rüsumunun (36.11 manat) əvəzi olaraq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar