Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1074/2023 22.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam rayon məhkəməsinə müraciət edərək, Cavabdeh 1950 manat pulun və dövlət rüsumu kimi ödədiyi 39.50 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin 19 may 2023-cü il tarixli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş, mülki işin materialları 07 iyun 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabden onun yaxın tanışıdır. Cavabdeh iddiaçıya müraciət edərək ona pul lazım olduğunu bildirmiş və 1950 manat pul verməsini xahiş etmişdir. İddiaçı cavabdehə inanıb 1950 manat pulu ona borc vermişdir. Cavabdeh borcunu etiraf etmiş və həmin pulu tezliklə qaytaracağına söz vermişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq göstərdi ki, Ağdam rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Cavabdeh Ağdam rayon ərazsində yerləşən N saylı hərbi hissədə gizir kimi xidmət edib. Cavabdeh xidmətdə olduğu müddətdə onunla yaxşı münasibətləri olub. Cavabdeh Ağdam rayon ərazisində yerləşən mağazalardan nisyə ərzaq məhsulları alıb. Lakin ərzaq məhsullarının pulunu mağazalara qaytarmadığı üçün mağazalar ona ərzaq məhsulları verməyiblər. Mağazalarla yaxşı münasibətləri olduğu üçün ərzaq məhsullarını öz adına götürüb hərbiçilərə verib.Həmçinin cavabdeh üçün də müxtəlif vaxtlarda ərzaq məhsulları götürüb. Cavabdeh ərzaq məsullarının pulunu ödəmədiyi üçün məcbur olub həmin pulları öz vəsaiti hesabına ödəyib. Həmçinin dəfələrlə onun taksisindən istifadə etmiş, lakin hər dəfə onun pulunu verməmişdir. Ümumilikdə ona 2000 manatdan artıq borcu qalmışdır. Telefonla danışıqları zamanı cavabdeh 1950 manat borcu olduğunu bildirmiş, hərbi qulluqçu olduğuna görə onunla razılaşmış, borcunun qalan hissəsindən imtina etmişdir. Bu müddət ərzində dəfələrlə cavabdehə müraciət edərək pulunun geri qaytarılmasını tələb etmiş, lakin cavabdeh etiraf etdiyi məbləğdə də, borcunu qaytarmamışdır. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçını uzun müddətdir ki, tanıyır, münasibətləri normal olmuşdur. O, Ağdam rayonunda yerləşən hərbi hissələrin birində gizir rütbəsində xidmət edir. Hır ay ərzağa ehtiyacı olanda və taksi fəaliyyəti ilə əlaqədar olaraq takisiyə ehtiyacı olduğu zaman iddiaçıya müraciət etmiş, iddiaçı isə onu qeyd etdiyi ünvanlara aparmışdır. Bəzi hallarda iddiaçı öz adına mağazalardan ərzaq götürərək ona vermişdir. Lakin iddiaçının pulunu hər ayın sonunda əmək haqqı gələrkən geri qaytarmışdır. Həmçinin taksidən istifadə etdiyi müddətdə iddiaçıya zəhmət haqqı borcu qalmışdır. Hazırda onun iddiaçıya 200 manat civarında borcu var. Həmin borcu hissə-hissə ödəyəcəkdir. Cavabdeh diskdə səslənən telefon danışıqlarının onunla İddiaçı arasında olmasını etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, Ağdam rayon ərazisində ərzaq dükanı işlədir. Həmin ərazidə əsasən hərbçilər yaşayır. Hərbiçilər onlardan müxtəlif çeşidli ərzaq məhsulları alır və ayın sonunda əmək haqlarını alarkən pulunu verirlər. Lakin son vaxtlar hərbiçilər onların pulunu qaytarmadığı üçün onlara ərzaq malları vermirlər. İddiaçı yaxşı tanıdıqları üçün onun xətrinə hərbiçilərə ərzaq verir və həmin ərzaqların pulunu İddiaçı adına qeyd edirlər. Hərbiçilər onların pulunu vermədikdə Novruzdan pullarını tələb edib alırlar. İddiaçı bir neçə dəfə ona müraciət edərək Cavabdeh ərzaq lazım olduğunu bildirmiş və ondan nisyə olaraq ərzaq almışdır. Ərzağın pulu gecikdirildiyi üçün həmin pulu Novruzdan almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, Ağdam rayon ərazisində ərzaq dükanı işlədir. Cavabdeh bir neçə dəfə ondan ərzaq malları alıb pulunu vermədiyi üçün ona nisyə mal satmaqdan imtina etmiş, sonradan həmyerliləri, taksi fəaliyyəti ilə məşğul olan İddiaçı öz adından nisyə mal götürüb Cavabdeh vermişdir. Ərzağın pulunu Novruzdan almış, sonradan Cavabdeh ona borcunu qaytarıbqaytarmaması barədə məlumatı yoxdur. İşdə olan və iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə iclasında dinlənilmiş diskdən müəyyən olunur ki, Cavabdeh İddiaçı borcunun olduğunu etiraf etmişdir. İddia tələbi hüquqi təbiətinə görə borc münasibətlərindən irəli gələn mübahisələrə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Hazırki iş üzrə iddiaçı cavabdehdən müxətlif vaxtlarda onun əvəzinə ərzaq mağazasına ödədiyi pulu tələb edir və bununla bağlı heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Lakin iş materiallarına əlavə edilmiş, məhkəmə iclası zamanı dinlənilmiş diskdə cavabdeh 1950 manat borcu olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə təmin edilməli, Cavabdeh 1950 manat borc alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 39.50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1950 (bir min doqquz yüz əlli manat) manat pul və ödənilmiş dövlət rüsumunu əvəzi 39.50 (otuz doqquz manat 50 qəpik) pul alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1074/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1074/2023
22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver