Məhkəmə qərarları › İş №2(041)-1091/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1091/2025

13.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1091/2025 13.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı vurulmuş ziyana görə pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus dörd illik boğaz inək heyvanının özünü, özü olmadıqda eynisi ilə geri qaytarılması və ya özü və eynisi olmadıqda onun bazar qiyməti ilə qiymətləndirilən 1.800 manat pulun, tərəfindən ödənilmiş 38 manat dövlət rüsumunun və hüququ sənədlərin alınmasına və hazırlanmasına xərc etdiyi 60 manat, cəmi 1.898 manatın cavabdehlər Kürdəmir rayonunun Şilyan kənd sakinləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında razılaşma əldə etdiyinə və mübahisəni məhkəmədən kənar həll etmək istədiklərini bildirərək, ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı vurulmuş ziyana görə pul tələbinə dair iddiası baxılmamış saxlanılsın. Ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar