Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-11/2023 03.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə2 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə1 qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəməinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Qanuni nümayəndə2 qızı xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh1 və Qanuni nümayəndə1 oğlu xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh2 ona məxsus və faktiki sahibliyində və istifadəsində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, xx.xx.2018-ci il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini almış və hazırda ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Həmin evə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsindən öz adına çıxarış və texniki pasprot almışdır. Həmin vaxt cavabdehlərində mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olduqlarını görmüşdür. ünvan 2 nömrəli fərdi yaşayış evi onun xüsusi mülkiyyətinə keçəndən sonra cavabdehlərin həmin evə olan bütün hüquqları pozulmuşdur. O, dəfələrlə Cavabdeh1 atası Qanuni nümayəndə2 və Cavabdeh2 atası Qanuni nümayəndə1 uşaqlarını onun mülkiyyətində olan fərdi yaşayış evindən könüllü olaraq qeydiyyatdan çıxmalarını təklif etsə də cavabdehlər onun mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olan uşaqlarını qeydiyyatdan çıxarmamışlar. Cavabdeh1 və Cavabdeh2 ona məxsus fərdi yaşayış evtində formal qeydiyyatda olmaları mülkiyyətində olan yaşayış evindən öz istədiyi kimi istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozur. Ona görə də cavabdehlər Qanuni nümayəndə2 qızı xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh1 və Qanuni nümayəndə1 oğlu xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh2 ona məxsus və faktiki sahibliyində və istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə2 və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar təkrar məhkəməyə gəlməmişlər. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İş materiallarına əlavə edilmiş Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X3 tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 58,1 kv/m, yaşayış sahəsi 35,6 kv/m, yardımçı sahəsi 22,5 kv/m olan 2 otaqlı mənzil İddiaçı satmışdır. İş materialların əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə əlınmış və bu barədə Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqıqda xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh1 və xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh2 ünvan 2 ünvanda qeydiyyatdadırlar. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı xx.xx.2018-ci il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini almış və hazırda ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Həmin evə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsindən öz adına çıxarış və texniki pasprot almışdır. Həmin vaxt cavabdehlərində mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olduqlarını görmüşdür. ünvan 2 nömrəli fərdi yaşayış evi onun xüsusi mülkiyyətinə keçəndən sonra cavabdehlərin həmin evə olan bütün hüquqları pozulmuşdur. O, dəfələrlə Cavabdeh1 atası Qanuni nümayəndə2 və Cavabdeh2 atası Qanuni nümayəndə1 uşaqlarını onun mülkiyyətində olan fərdi yaşayış evindən könüllü olaraq qeydiyyatdan çıxmalarını təklif etsə də, cavabdehlər onun mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olan uşaqlarını qeydiyyatdan çıxarmamışlar. Cavabdeh1 və Cavabdeh2 ona məxsus fərdi yaşayış evtində formal qeydiyyatda olmaları mülkiyyətində olan yaşayış evindən öz istədiyi kimi istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, yaşayış evi mülkiyyətçinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinin üçüncü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrını 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İş materiallarından görünür ki, Qanuni nümayəndə2 qızı xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh1 və Qanuni nümayəndə1 oğlu xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh2 iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olsalar da onlar, mülkiyyətçinin ailə üzvü deyil və hazırda başqa ünvanda yaşayırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən mənzildən cavabdehlər Qanuni nümayəndə2 qızı xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh1 və Qanuni nümayəndə1 oğlu xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh2 istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 222-ci və 238-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən mənzildən cavabdehlər Qanuni nümayəndə2 qızı xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh1 və Qanuni nümayəndə1 oğlu xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh2 istifadə hüququna xitam verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(041)-11/2023
Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-11/2023
03.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver