Məhkəmə qərarları › İş №2(041)-1102/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1102/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1102/2023 14.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, tərəflərin iştirakı olmadan, İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı QSC-nin xeyrinə SRB000103 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 200 manat borcun, 6.8 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə qaytarılmalıdır. Belə ki, işdə olan, xx.xx.2022-ci il tarixli R-1365/22 saylı müqavilənin 14-cü bəndində göstərilir ki, tərəflər arasında müqavilənin icrası zamanı meydana gələn bütün mübahisə və anlaşılmazlıqlar qarşıqlı razılaşma və danışıqlar yolu ilə həll edilir. Qarşılıqlı razılaşma əldə edilməyən bütün mübahisələr Azərbaycan Respublikasının qanunverciliyinə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmələrində həll edilir. Lakin buna baxmayaraq, Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixlı bildirişin (pretenziya qaydasında) göndərilməsi barədə reyestrin surəti işə əlavə edildiyi halda, həmin məktubun cavabdehə çatdırılması barədə heç bir sübut ərizəyə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 135-ci maddəsinə əsasən sənədlərin ünvan sahibinə “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Sənədlər qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə ünvan sahibinə şəxsən verilir. Ünvan sahibi yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Sənədi qəbul etmiş şəxsin imzaladığı qəbz, sənədin kötüyü, habelə poçt rabitə orqanının qeydi ilə qaytarılan xəbərnaməli məktub həmin sənədin ünvan sahibinə çatdırılmasını təsdiq edən sübut kimi qəbul edilir. Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsində qeyd edilmişdir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Odur ki, iddiaçıya izah edilir qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar