Məhkəmə qərarları › İş №2(041)-1116/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1116/2025

15.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1116/2025 15.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “VAZ-21041” minik manrkalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəza nəticəsində dəymiş 1615 manat maddi ziyan və ödədiyi 36.15 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 mart 2025-ci il tarixdə, saat 09:25 radələrində Kürdəmir şəhəri, İ.Qayıbov küçəsi, ev 30-da yaşayan Cavabdeh idarə etdiyi "VAZ-2106" minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kürdəmir şəhəri, H.Əliyev prospektində dayanmış vəziyyətdə olan Kürdəmir şəhəri, 564 ailəlik qəsəbədə yaşayan X3 verdiyi etibarnamə ilə idarə etdiyi, mülkiyyətində olan "VAZ-21041" minik markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuş və yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə Kürdəmir RPŞ-nin DYPB-nin yol nəqliyyat hadisələri üzrə inspektoru, polis kapitanı Samir Məmmədov tərəfindən baxış keçirilmiş və müvafiq sxem tərtib edilmiş, baş vermiş hadisə zamanı sürücü Cavabdeh müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün toplanmış material Kürdəmir RPŞ-nin Təhqiqat Bölməsinə göndərilmişdir. Həmin material Kürdəmir RPŞ-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən araşdırılmış və araşdırma zamanı müəyyən olunmuşdur ki, 02 mart 2025-ci il tarixdə, təxminən saat 09:25 radələrində "VAZ-2106" minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili, mülkiyyətində olan və etibarnamə əsasında X2 idarə etdiyi, Kürdəmir şəhəri, H.Əliyev prospektinə gələrək avtomobili yolun hərəkət hissəsinin sağ kənarında, üzü Kürdəmir Rayon Məhkəməsinə tərəf saxlamış, avtomobili duracağa qoymuş, mühərriki söndürmüş və avtomobildə gözləmişdir. Bu zaman arxada hərəkətdə olan "VAZ-2106" minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh manevr etmə qaydalarına riayət etmədiyi üçün həmin avtomobilin ön sağ hissəsinin mülkiyyətindən olan avtomobilin arxa-sol hissəsi ilə toqquşmuşdur. Sürücü Cavabdeh sağ əl nahiyyəsindən xəsarət almışdır. Bu zaman maşında olmuş, qəza nəticəsində avtomobilə 1615 manat maddi ziyan dəymiş və qəza törədən Cavabdeh idarə etdiyi avtomobilin icbari sığorta müqaviləsi olmadığı müəyyən edilmişdir. Onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən, inzibati tədbir görülməsi barəsində xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Qəza törətmiş Cavabdeh idarə etdiyi "VAZ- 2106" markalı minik avtomobilinin icbari sığorta müqaviləsi olmadığından, mülkiyyətində olan avtomobilə qəza nəticəsində vurulmuş 1615 manat məbləği ödənilməmişdir. Vurulmuş ziyana görə məbləğin cavabdehdən tələb olunmasına baxmayaraq, o, bundan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh avtomobilə onun tərəfindən zərər vurulmasını qəbul etsə də izahatında iddianın ekspertiza qərarında göstərilən məbləğə uyğun hissədə, yəni qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Kürdəmir RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, HK-1/348 nömrəli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, iş üzrə cavabdeh Ağayev X5 RPŞ-də verdiyi izahatında 02 mart 2025-ci il tarixdə, təxminən 09:25 radələrində “Vaz 2106” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında özünün idarə etdiyini, Kürdəmir şəhəri, H.Əliyev prospektində üzü Kürdəmir Rayon Məhkəməsi istiqamətində hərəkətdə olan zaman yolun hərəkət hissəsinin sağ kənarında dayanmış halda olan “VAZ 21041-20” minik markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilə diqqət etmədiyini və idarə etdiyi avtomobilin ön sağ hissəsinin “VAZ 2104-20” minik markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşduğunu, baş vermiş yol nəqliyyat hadisəsi zamanı təhlükəsizlik kəmərindən istifadə etdiyini, avtomobilində tək olduğunu, hadisə nəticəsində sağ əl nahiyəsindən xəsarət aldığını, hadisə baş verən zaman onun avtomobilinin icbari sığorta müaviləsi olmadığını, hadisə səhəttində olan narahatçılıq səbəbindən baş verdiyini, hadisədən əvvəl spirtli içki və güclü təsirə malik olan maddə qəbul etmədiyini bildirmişdir. Həmin qərarla cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin DYPB-nə göndərilmişdir. Kürdəmir şəhər avtomobillərə Texniki Xidmət Məntəqəsinin xx.xx.2025-ci il tarixli 04 nömrəli ziyan aktından görünür ki, İddiaçı məxsus “VAZ-21041” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1615 manat məbləğində hesablanmışdır. xx.xx.2025-ci il tarixli, 11-465/25 nömrəli "xxxx" MMC-nin hesabatından görünür ki, aparılan araşdırma və təhlillərə əsasən "VAZ-21041" minik markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 500 (beş yüz) manat ziyan dəymişdir. "VAZ-21041" minik markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 1330.0 (bir min üç yüz otuz) manat vəsait tələb olunur. X1 Standartlarına (BQS) eləcə də, əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Xidmət haqqı olaraq 250 (iki yüz əlli) manat İddiaçı tərəfindən ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə, 09:25 radələrində “Vaz 2106” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərkən, Kürdəmir şəhəri, H.Əliyev prospektində üzü Kürdəmir Rayon Məhkəməsi istiqamətində hərəkətdə olan zaman yolun hərəkət hissəsinin sağ kənarında dayanmış halda olan “VAZ 21041-20” minik markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə İddiaçı mülkiyyətində olan “VAZ- 21041” minik manrkalı, **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Hazırki iddiasında iddiaçı avtomaşınına dəymiş maddi ziyanın 1615 manat olduğunu bildirir və iddiasının əsası kimi Kürdəmir şəhər avtomobillərə Texniki Xidmət Məntəqəsinin xx.xx.2025-ci il tarixli 04 nömrəli ziyan aktına istinad edir. Məhkəmə qeyd edir ki, iddiaçı 1615 manat məbləğində zərərin tutulmasını xahiş etsə də, məhkəmə tərəfindən təyin edilmiş müstəqil qiymətləndiricinin hesabatına əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə 1330 manat məbləğində zərər dəydiyi müəyyən edildiyindən cavabdehdən iddiaçının xeyrinə maddi ziyan olaraq 1330 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “VAZ-21041” minik markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 1330 (bir min üç yüz otuz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 36,15 (otuz altı on beş qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə məhkəmə tərəfindən təyin edilmiş müstəqil qiymətləndirici tərəfindən aparılmış qiymətləndirmə xidmətinə görə iddiaçı tərəfindən ödənilmiş 250 (iki yüz əlli) manat məhkəmə xərci kimi cavabdehdən tutulub iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “VAZ-21041” minik markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 1330 (bir min üç yüz otuz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 36,15 (otuz altı manat on beş qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş müstəqil qiymətləndirici tərəfindən aparılmış qiymətləndirmə xidmətinə görə iddiaçı tərəfindən ödənilmiş 250 (iki yüz əlli) manat məhkəmə xərci Cavabdeh tutulub İddiaçı qaytarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar