Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1123/2023 03.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı aliment tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X5 iki uşağa görə təyin olunmuş 220 manat miqdarında alimentin 440 manat məbləğində artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, cavabdeh X8 ilə nikahlarını xx.xx.2015-ci il tarixdə qeyd etdirib evlənmişlər. Birgə nikahlarından xx.xx.2017cü il tarixdə Rasim, xx.xx.2018-ci il tarixdə Uğur adlı uşaqları olmuşdur. Aralarında olan nikah Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və həmin qətnaməyə əsasən cavabdehdən hər ay sabit pul məbləği ilə hər uşağa görə 110 manat, cəmi 220 manat aliment tutularaq ona verilməsi qət olunmuşdur. Cavabdeh tərəfindən iki uşağın saxlanması üçün ona ödənilən 220 manat alimentlə uşağının hər gün artan maddi tələbatını ödəyə bilmir. Heç yerdə işləmir uşaqlarını saxlamaqda maddi çətinlik çəkir. Cavabdeh Rusiyada yaşayır, ay ərzində kifayət qədər qazanc əldə etsə də, uşaqlarına əlavə heç bir maddi yardım etmir. Cavabdehin uşağına yüksək məbləğdə aliment ödəməyə maddi imkanı var. Ona görə də cavabdeh X5 iki uşağın saxlanması üçün təyin olunmuş 220 manat məbləğində alimentin miqdarının artırılaraq hər ay hər bir uşağa görə 440 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh X7 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-cü il tarixli, AZ İİİ № 842747 nömrəli, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci il tarixdə Rasim adlı uşaqları olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, AZ İİİ № 194212 nömrəli, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2018-cü il tarixdə Uğur adlı uşaqları olmuşdur. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)- 403/2021 nömrəli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2018-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq cavabdeh X1 pul məbləğində hər bir uşağa 110 manat olmaqla cəmi 220 manat və xx.xx.2018-cü il təvəllüdlü X6 3 yaşına çatana kimi ona qulluq edilməsinə görə sabit pul məbləğində 50 manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iddiaçının və işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh X8 ilə nikahlarını xx.xx.2015-ci il tarixdə qeyd etdirib evlənmişlər. Birgə nikahlarından xx.xx.2017-cü il tarixdə Rasim, xx.xx.2018-ci il tarixdə Uğur adlı uşaqları olmuşdur. Aralarında olan nikah Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və həmin qətnaməyə əsasən cavabdehdən hər ay sabit pul məbləği ilə hər uşağa görə 110 manat, cəmi 220 manat aliment tutularaq ona verilməsi qət olunmuşdur. Cavabdeh tərəfindən iki uşağın saxlanması üçün ona ödənilən 220 manat alimentlə uşağının hər gün artan maddi tələbatını ödəyə bilmir. Heç yerdə işləmir uşaqlarını saxlamaqda maddi çətinlik çəkir. Cavabdeh Rusiyada yaşayır, ay ərzində kifayət qədər qazanc əldə etsə də, uşaqlarına əlavə heç bir maddi yardım etmir. Cavabdehin uşağına yüksək məbləğdə aliment ödəməyə maddi imkanı var. Ona görə də cavabdeh X5 iki uşağın saxlanması üçün təyin olunmuş 220 manat məbləğində alimentin miqdarının artırılaraq hər ay hər bir uşağa görə 440 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını bildirir İddiaçı cavabdehin gəlirləri barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Ona görə də cavabdehin iş yeri və aylıq qazancı barədə rəsmi məlumat olmadığından aliment tələb edən şəxsin xahişi ilə alimentin miqdarı sabit pul məbləbində müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısı və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsati tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, valideynlərin öz uşaqları üzərində bərabər hüquq və vəzifələrə malik olması, cavabdehin maddi vəziyyəti, həmçinin aliment alan uşaqların mənafeyi nəzərə alınaraq alimentin məbləği hər ay hər uşağa görə sabit pul məbləğində 150 manat miqdarında müəyyən edilməklə qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2018-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün cavabdeh X2 150 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 56 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinin tələbinə görə şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə cavabdeh X4 birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2018-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq cavabdeh X2 hər bir uşağa sabit pul məbləğində 150 manat olmaqla cəmi 300 manat aliment tutularaq İddiaçı ödənilsin.. X2 ödəniləcək illik alimentin həcminə görə 56 (əlli altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1123/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1123/2023
03.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver