Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-114/2025 31.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 5920 manat borc məbləğinin və 80 manat dövlət rüsumunun əvəzində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh 2022-ci il ərzində ondan ümumilikdə 6000 manat məbləğində pul almış, qısa müddət ərzində qaytaracağına söz versə də bu günə kimi həmin puldan polisə müraciət etdikdən sonra 2024-cü ilin iyun ayının 4-də 80 manat qaytarmış, 5920 manat borcu qalmışdır. Pulun alınmasına kömək edilməsi üçün pulun verildiyi ərazi üzrə Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müraciət etsə də heç bir nəticə verməmişdir. Cavabdeh polis şöbəsində ondan həqiqətən 6000 manat pulu aldığını etiraf etmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərdiyi 5920 manat puldan cavabdehin 800 manat ödədiyini, hazırda cavabdehin ona 5120 manat borcu qaldığını bildirmişdir. Azəbaycan Respublikasının MPM-nin 53-cü maddəsində göstərilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul edir. İddiaçıya 5120 manat borcu vardır, lakin borcun gecikdirilməsinin səbəbi heç bir yerdə işləməməyidir. İddianın təmin olunmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-54- 1/2-7023/24 nömrəli arayışından görünür ki, xx.xx.2024-cü il tarixində ünvan 1 ünvanında yaşayan İddiaçı DİO-na müraciət edərək, Cavabdeh adlı şəxsə 6000 manat borc pul verdiyini və geri ala bilməməsini bildirmişdir. Araşdırma məqsədi ilə Cavabdeh RPŞ-yə dəvət edilərək izahatı alınmışdır. O, İddiaçı ayrı ayrı vaxtlarda 6000 manat borc aldığını, hal hazırda həmin məbləği tam geri qaytara bilməsə də hər ay 100 manat qaytaracağına söz vermişdir. İşin halları odur ki, iddiaçı cavabdehə ayrı-ayrı vaxtlarda cəmi 6000 manat pul verdiyini bildirir. İddiaçı sübut qismində cavabdehin Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə verdiyi izahatına istinad edir. İddiaçı iddia ərizəsinə verdiyi dəqiqləşmədə isə hazırda cavabdehin ona 5120 manat borcu qaldığını bildirmişdir Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə verdiyi izahatında cavabdeh iddiaçıya 6000 manat borcu qaldığını etiraf etmiş, hal-hazırda həmin məbləği tam geri qaytara bilməsə də hər ay 100 manat qaytaracağın bildirmişdir. Hazırda iddiaçı məhkəməyə iddia ərizəsi verdikdən sonra cavabdehin 880 manat ödəniş etdiyini bildirərək 5120 manat məbləğində borcun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə məhkəmə iclasında iddianı qəbul etdiyini və iddianın təmin olunmasına etiraz etmədiyini bildirir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan götürdüyü pulu geri qaytarmamaqla əsassız olaraq varlanmış və 6000 manat borcu qalmışdır. Lakin iddiaçı cavabdehdən 5120 manat məbləğində pulun tutulmasını xahiş etdiyindən 5120 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 5120 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş 80 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5120 (beş min yüz iyirmi) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 80 (səksən) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-114/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-114/2025
31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver