Məhkəmə qərarları › İş №2(041)-1142/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1142/2024

31.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1142/2024 31.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən xüsusi mülkiyyətində olan və Kürdəmir şəhəri, Babək küçəsində yerləşən Yanacaq doldurma məntəqəsində apardığı təmir bərpa işləri nəticəsində hər ikisinin yaşadıqları fərdi yaşayış evinə, həyətyanı sahənin hasarına vurduğu maddi ziyana görə ümumilikdə 20.000 manat məbləğində maddi ziyanın və dövlət rüsumuna görə ödədikləri 150 manatın Cavabdeh alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçılar İddiaçı1 və İddiaçı2 lazımi qaydada məlumat verilmiş, onlar məhkəməyə ərizə göndərərək hazırda həmin işə məhkəmədə baxılmasını istəmədiklərini bildirib iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə və dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişlər. Cavabdeh məhkəməyə gəlməmiş və işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxıud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər, həmçinin İddiaçı1 tərəfindən ödənilmiş 150 manat dövlət rüsumu büdcədən İddiaçı1 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə görə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli Mədaxil qəbzindən görünür ki, İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün Azərbaycan Respublikası Mərkəzi Bankı – X1 Azərbaycan Beynəlxalq Bankı ASC-nin Kürdəmir şəhər filialı vasitəsi ilə Kürdəmir rayon məhkəməsinin hesabına 150 manat dövlət rüsumu və xidmət haqqı olaraq 0,40 manat, cəmi 150,40 manat məbləğində pul ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı1 ərizəsinə baxılması üçün Kürdəmir rayon məhkəməsinin hesabına ödədiyi 150 manat dövlət rüsumu İddiaçı1 qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 260.3, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçılara qaytarılsın. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı1 Azərbaycan Respublikası Mərkəzi Bankı – X1 Azərbaycan Beynəlxalq Bankı ASC-nin Kürdəmir filialı vasitəsi ilə Kürdəmir rayon məhkəməsinin hesabına ödədiyi 150 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Kürdəmir rayonunun Atakişili kəndində yaşayan İddiaçı1 qaytarılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar