Məhkəmə qərarları › İş №2(041)-1145/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1145/2024

22.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1145/2024 22.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə qeyri rəsmi nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-781/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq Cavabdeh bir uşaq üçün hər ay sabit pul məbləğində 300 manat alimentin və mediyasiyada ödədiyi 50 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə evlənib ailə qurmaqla aralarında rəsmi nikah qeyd etdiriblər. Birgə nikahlarından bir uşaqları xx.xx.2019-cu il tarixdə X6 anadan olmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(041)- 781/2020 nömrəli qətnaməsinə əsasən himayəsində olan bir az yaşlı uşağın saxlanması üçün bir uşaq üçün Cavabdeh 100 manat aliment və uşağın 3 yaşına çatanadək qulluq edilməsinə görə hər ay sabit pul məbləğində 50 manat alınıb ona verilməsi qət olunmuşdur. Cavabdeh tərəfindən ona ödənilən ümumilikdə 150 manat məbləğində alimentlə uşağını saxlaya bilmir, çox çətinlik çəkir və uşaqlarının gündəlik artan təlabatlarını qarşılaya bilmir. Bu səbəbdən də himayəsində olan bir nəfər az yaşlı uşağının saxlanması üçün Cavabdeh sabit pul məbləğində bir uşağa 300 manat alimentin alınıb ona verilməsini istəyir. Ona görə də Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-781/2020 nömrəli nömrəli qətnaməsinə əsasən himayəsində olan bir nəfər az yaşlı uşaqlarının saxlanması üçün cavabdehə təyin olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 üçün hər ay hər bir uşağa görə Cavabdeh sabit pul məbləğində 300 manat alimentin və mediyasiyada ödədiyi 50 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə olunmuş AZ-İV№ 330048 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin faktiki nikahlarından xx.xx.2019-cu il tarixdə Nurxan adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-781/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçının himayəsində olan xx.xx.2019-cu il təvəllüdlü X2 üçün Cavabdeh hər ay bir uşağa görə 100 manat aliment və uşağın 3 yaşına çatanadək qulluq edilməsinə görə hər ay sabit pul məbləğində 50 manat tutulub İddiaçı verilməsi qət olunub. Məhkəmə iddiaçının və işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə evlənib ailə qurmaqla aralarında rəsmi nikah qeyd etdiriblər. Birgə nikahlarından bir uşaqları - xx.xx.2019-cu il tarixdə X6 anadan olmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(041)-781/2020 nömrəli qətnaməsinə əsasən himayəsində olan bir az yaşlı uşağın saxlanması üçün bir uşaq üçün Cavabdeh 100 manat aliment və uşağın 3 yaşına çatanadək qulluq edilməsinə görə hər ay sabit pul məbləğində 50 manat alınıb ona verilməsi qət olunmuşdur. Cavabdeh tərəfindən ona ödənilən ümumilikdə 150 manat məbləğində alimentlə uşağını saxlaya bilmir, çox çətinlik çəkir və uşaqlarının gündəlik artan təlabatlarını qarşılaya bilmir. Bu səbəbdən də himayəsində olan bir nəfər az yaşlı uşağının saxlanması üçün Cavabdeh sabit pul məbləğində bir uşağa 300 manat alimentin alınıb ona verilməsini istəyir. Ona görə də Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-781/2020 nömrəli nömrəli qətnaməsinə əsasən himayəsində olan bir nəfər az yaşlı uşaqlarının saxlanması üçün cavabdehə təyin olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 üçün hər ay bir uşağa görə Cavabdeh sabit pul məbləğində 300 manat alimentin və mediyasiyada ödədiyi 50 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Nurxan adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay bir uşağa görə 300 manat aliment tələb etsə də o, cavabdehin maddi və əmlak vəziyyəti barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, bu onun birbaşa vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən bir uşağa görə iddiaçıya ödənilən uşağa qulluq pulu qarşıq ümumilikdə 150 manat miqdarında alimentin hazırki şəraitdə uşaqların saxlanmasına yetərli olmamasını nəzərə alır və onun saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-781/2020 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının Sevinc adlı uşağın saxlanması üçün yetərli olacaq miqdarda artırılmasını müvafiq hesab edir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş X5 1 saylı Mediasiya təşkilatının İlkin mediasiyadan (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞS/MT023/2023-02767 nömrəli arayışa əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Kərimova X4 təşkilatının hesabına 50 manat məbləğində pul ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, habelə aliment alan uşağın mənafeyi və yaşayış minimumu nəzərə alınaraq Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-781/2020 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü Nurxan yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay hər bir uşağa görə 180 manat məbləğində aliment və mediasiya xərcinə görə ödənilmiş 50 (əlli) manat pul tutularaq İddiaçı verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 46,60 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-781/2020 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdları dəyişdirilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 180 (yüz səksən) manat miqdarında alimentin və mediasiya xərcinə görə ödənilmiş 50 (əlli) manat pulun tutularaq İddiaçı ödənilsin. Cavabdeh dəniləcək illik alimentin həcminə görə 46,60 (qırx altı altmış) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar