Məhkəmə qərarları › İş №2(041)-1159/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1159/2024

25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1159/2024 25.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində borcun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Özünə məxsus kənd təsərrüfatı texnikaları var. Özünə məxsus aparatla qarığıdalı silosu bağlayır. Cavabdeh 2022-ci ilin axırlarında ona müraciət edərək qarğıdalı silosunu bağlatdırmaq istədiyini bildirmişdir. İddiaçı cavabdehlə razılaşmış və həyətinə gələrək onun qarğıdalı silosunu bağlamışdır. Ümumilikdə 5000 manat dəyərində qarğıdalı silosu bağlamışdır. Əlvan ona 5000 manat pulu yaxın vaxtlarda verəcəyinə söz vermişdir. Lakin bir müddət sonra pulunu verməmişdir. iddiaçı məcbur qalıb Kürdəmir RPŞ-yə müraciət etmişdir. Onun müraciətinin əsasında araşdırma aparılmışdır. Əlvan ona həqiqətən 5000 manat borcunun olduğunu bildirmiş və həmin borcu 2024-cü ilin iyun ayından qaytaracağını söz vermişdir. Lakin onun borcunu qaytarmadığı üçün məcbur qalıb məhkəməyə müraciət edib. Cavabdehdən borclu qaldığı 5000 manat pulun və ödədiyi dövlət rüsumunun tutulub ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Kürdəmir RPŞ-nin TB-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinə əsasən araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında Kürdəmir rayonunun Atakişili kəndində yaşadığını, fərdi sahibkarlıqla məşğul olduğunu, Bakı şəhərində yaşayan İddiaçı iş əsnasında tanıdığını, 2022-ci ildə 18 ha qarğıdalı əkin əkdiyini, qarğıdalıları sahədə silos kimi biçdirib həyətə gətizdirdiyini, Kərimə də silosları aparatla kiplərə vurmasını dediyini, Kərimin də silosları aparatla kiplərə vurub bağladığını, Kərimə 4600 manat pul verdiyini, 5000 manat borcu qaldığını, Kərimə borclu qaldığı 5000 manat silosu satıb verəcəyini dediyini, silosu sata bilmədiyinə görə ziyan etdiyindən Kərimə borclu olduğu 5000 manat pulu verə bilmədiyini, taxıl biçimində verəcəyini dediyini, 2023-cü ilin yay aylarında taxıl əkini də zəif olduğundan qiymətlər aşağı ollduğuna görə Kərimə borclu olduğu 5000 manat pulu qaytarıb verə bilmədiyini, Kərimi aldatmadığını, Kərimə qarşı dələduzluq etmədiyini, Kərimə borclu olduğu 5000 manat pulu iyun ayından başlayaraq noyabr ayına qədər hissə-hissə qaytarıb verəcəyini bildirmişdir. İşin halları odur ki, iddiaçı cavabdeh ona gördüyü işin dəyəri olan 5000 manat pulun ona ödənilməsini xahiş edir. İddiaçı sübut qismində cavabdehin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardakı izahatına istinad edir. Cavabdeh isə məhkəmə iclasına gəlməmiş və ödənişlə bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda cavabdeh izahatında iddiaçıya 5000 manat pulu qaytarıb verə bilmədiyini, onu aldatmadığını, ona qarşı dələduzluq etmədiyini, borclu olduğu 5000 manat pulu iyun ayından başlayaraq noyabr ayına qədər hissə-hissə qaytarıb verəcəyini bildirmişdir. Nə qədər ki, cavabdeh iddiaçıya 5000 manat borcu qaldığını etiraf etmişdir, həmin malların dəyərini ödəməsini sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının göstərdiyi əvvəlcədən razılaşdırılmış xidmətin haqqını ödəməli olduğu halda onun pulunu qaytarmamaqla əsassız olaraq varlanmış və 5000 manat borcu qalmışdır. Lakin iddiaçı cavabdehdən 5000 manat məbləğində pulun tutulmasını xahiş etdiyindən 5000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 70,40 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 70,40 (yetmiş manat qırx qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 70,40 (yetmiş manat qırx qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: R.B.MEHDİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar