Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1165/2025 21.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Fövqəladə Hallar Nazirliyi tərəfindən evin bərpası üçün verilmiş 6000 manat vəsaitin ona çatacaq məbləğin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının verdiyi izahat və işdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, Kür və Araz çaylarının daşması ilə əlaqədar baş vermiş təbii fəlakət nəticəsində ziyan çəkmiş fərdi yaşayış evində 3 ailə, o cümlədən iddiaçının əmisi X1 ailəsi yaşamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri evə baxış keçirmiş və evin bərpası üçün 6000 manat vəsait ayrılmış və həmin vəsait yaşca böyük olan X1 adına rəsmiləşdirilmişdir. Həmin ərəfədə M.C.Cəbrayılov öldüyü üçün ayrılmış pul onun arvadı Cavabdeh adına göndərilmiş, lakin həmin məbləğ evin təmirinə xərclənməmişdir. İddiaçı hesab edir ki, ödənilmiş məbləğ 3 ailə arasında bölünməli, ona çatan 2000 manat Cavabdeh alınıb ona verilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh ödənilmiş 6000 manat pul Kür və Araz çaylarının daşması ilə əlaqədar baş vermiş təbii fəlakət nəticəsində ziyan çəkmiş fərdi yaşayış evinin bərpası üçün verilmişdir. Məhkəmə hesab edir ki, təbii fəlakət nəticəsində ziyan çəkmiş fərdi yaşayış evinin bərpası üçün ayrılmış vəsait təyinatı üzrə istifadə edilməli olduğundan, iddiaçı həmin pulun ailə üzvləri arasında bölünməsini yox, təyinatı üzrə istifadə edilməsini tələb edə bilər. İşin göstərilən hallarına əsasən iddiaçının hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırmağa cubyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 259.0.3-cü maddəsinə müvafiq olaraq ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İddiaçıya izah edilir ki, təbii fəlakət nəticəsində ziyan çəkmiş yaşadığı fərdi yaşayış evinin bərpası üçün ayrılmış vəsaitin təyinatı üzrə istifadə edilməsini tələb edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1165/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1165/2025
21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver