Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-12/2024 27.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi ilə, İddiaçı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavadeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 16728 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə hazırlıq iclası 18 oktyabr 2022-ci il tarixə, saat 09.10-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclsı keçirildikdən sonra "xxxx" QSC-dən ödəniş qəbzlərinin alınması üçün mülki iş üzrə dayandırılmış, xx.xx.2024-cü il tarixdə işin dayandırılmasına səbəb olmuş hal aradan qalxdığı üçün icraat təzələnərək məhkəmə iclası xx.xx.2024-cü il tarixə,saat 10.10-a təyin edilərək tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş və məhkəmə araşdırması zamanı İddiaçı xx.xx.2023-cü il tarixə vəfat etdiyi məlum olmuşdur. “Elktron Məhkəmə” Portalından əldə edilmiş sorğunun cavabından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ölmüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, İddiaçı öldüyündən və barəsində mübahisə edilən hüquq münasibəti üzrə hüquq varisliyinə yol verilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən, dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İş materiallarına əlıavə edilmiş xx.xx.2021-ci il tarixli, 693 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır və məhkəməyə müraciət edərkən dövlət rüsumunu ödəməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261, 262-264, 268-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı “pul” tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(041)-12/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-12/2024
27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver