Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-12/2025 26.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X12 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı X3 Cavabdehlər Cavabdeh1 İsbəndiyar oğlu və Cavabdeh2 iştirakları ilə, İddiaçılar X3, İddiaçı2, X2, İddiaçı4 Rəfail qızının və İddiaçı3 Rəfail oğlunun cavabdehlər Cavabdeh1 İsbəndiyar oğluna və Cavabdeh2 qarşı cavabdehlərin onlara məxsus pay torpaq sahəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması tələbinə dair idiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar X6, İddiaçı2, X5, İddiaçı4 Rəfail qızı və İddiaçı3 Rəfail oğlu cavabdehlər Cavabdeh1 İsbəndiyar oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş 2.62 ha pay torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılması və pay torpaq sahəsindən istifadələrinə cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, iddiaçılar Kürdəmir rayonunun Ərəbqubalı kəndində yaşayır. Onlara Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 nömrəli qərarı ilə 2.62 hektar pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsi dövlət aktı qeydi kitabında 105 nömrə ilə qeydiyyata alınaraq JN 112 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı təqdim olunmuşdur. Mülkiyyətlərinə verilmiş pay torpaq sahəsini verilən gündən istifadə edirlər. Lakin bir il olarki cavabdehlər həmin torpaq sahəsindən istifadə etməyinə maneələr yaradırlar. Bununla bağlı aralarında mübahisə yaranıb və Daşınmaz əmlakdan nümayəndə dəvət ediblər. Nümayəndə onların iştirak ilə lazımı qaydada texniki vasitəylə araşdırma apardı və mübahisəli yerin onlara məxsus olması müəyyən olunub. Lakin buna baxmayaraq, cavabdehlər torpaqdan çıxmır. Məhkəmə iclasında iddiaçı X6 iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəmənin təyin etdiyi torpaqşünaslıq ekspertizasının icrası ilə bağlı ünvana yerində baxış keçirən mütəxəssislər tərəfindən müəyyən edildi ki, onların və qonşuluqda yerləşən torpaq sahələrinin sürüşmə nəticəsində sənədlə olan koordinatları faktiki vəziyyətlərinə uyğun gəlmir. Onlara aid torpaq sahələri cavabdehlər tərəfindən, cavabdehlərə məxsus torpaq sahələri isə qonşuluqda yerləşən torpaq sahibləri tərəfindən zəbt edilmişdir. Mütəxəssislərin rəylərinə baxmayaraq qonşular məsələnin məhkəmədən kənar qaydada həll edilməsinə razılıqlarını bildirməmişlər. Odur ki, Məhkəmə ekspertizası mərkəzinin 10 iyun 2025-ci il tarixli rəyini əsas tutaraq iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 İsbəndiyar oğlu izahatında bildirdi ki, iddiaçıların və onların mülkiyyətində olan torpaq sahələrinin koordinatları müəyyən edilərkən sürüşmə nəticəsində iddiaçılara məxsus torpaq sahəsinin bir hissəsi onların, onlara məxsus torpaq sahəsinin isə bir hissəsi qonşuluqda yerləşən torpaq sahəsinin müəyyən hissəsi ilə üstüstə düşməsi məlum olmuşdur. Mütəxəssisin göstərdiyi sərhədlər daxilində torpaq sahələrinin müəyyən edilməsi məhkəmədən kənar qaydada mümkün olduğu halda, qonşu torpaq sahibləri buna razılı olmadıqları üçün mübahisələrin məhkəmə qaydasında həll edilməsi zərurəti yaranmışdır. Ona görə də, gələcəkdə öz torpaq sahələrinin koordinatlarına uyğun sərhədlərini müəyyən etmək üçün məhkəmədə iddia qaldıracaqlar. Bu səbəbdən də, Məhkəmə ekspertizası mərkəzinin 10 iyun 2025-ci il tarixli rəyinə uyğun olaraq iddianın təmin olunmasına etiraz etmirlər. Digər Cavabdeh2 da Cavabdeh1 İsbəndiyar oğlu ilə eyni məzmunda izahat verdi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin 10 iyun 2025-ci il tarixli rəyi ilə razı olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmış digər iddiaçılar məhkəmə iclasında iştirak etməsələr də, hər iki tərəf məhkəmədə təmsil olunduqları üçün, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - JN-112 nömrəli KOD90602018 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədindən görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 saylı qərarı Kürdəmir rayonunun Ərəbqubalı kəndi ərazisində iddiaçı X6 və ailə üzvlərinə 2.62 ha torpaq sahəsi verilmişdir. - Kadastr və Yerqurluşlu Layihə-X7 Layihə-Tədqiqat İdarəsinin xx.xx.2020-ci il tarixli pay və icarə torpaqlarına dair akta əsasən, X3 müraciəti ilə bağlı JN-112 saylı dövlət aktına əsasən ünvan 1 ərazisində mülkiyyətində (istifadəsində, icarəsində) olan 2.17 ha torpaq sahəsinin döngə nöqtələri yerində (naturada) ölçülərək ona tanıdılmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 3.5362 ha torpaq sahəsi ümumi birgə mülkiyyət üzrə X1 məxsusdur. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 0.5944 ha torpaq sahəsi ümumi birgə mülkiyyət üzrə X1 məxsusdur. Mübahisənin ədalətli həll edilməsi və xüsusi bilik tələb olunan sualları izah etmək üçün xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: -Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 saylı qərarı və JN-112 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Kürdəmir rayonu, Ərəbqubalı kəndi ərazisində iddiaçılara ayrılmış 2.62 ha torpaq sahəsinin və xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeyd edilmiş çıxarışa əsasən Kürdəmir rayonu, Ərəbqubalı kəndi ərazisində cavabdehlərə ayrılımış 0,5362 ha torpaq sahəsinin koordinatları müəyyən edilsin. -Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 saylı qərarı və JN-132 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Kürdəmir rayonu, Ərəbqubalı kəndi ərazisində iddiaçılara ayrılmış 2.62 ha torpaq sahəsinin və cavabdehlərin mülkiyyətində olan xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeyd edilmiş çıxarışa əsasən Kürdəmir rayonu, Ərəbqubalı kəndi ərazisində olan 0,5362 ha torpaq sahəsi elektron xəritəyə və faktiki vəziyyətinə görə üst-üstə düşürmü? Üst-üstə düşürsə, zəbt edilmiş torpaq sahəsinin koordinat nöqtələri və ölçüsü müəyyən edilsin. Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli 10/3101 saylı ekspert rəyində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşanmaz Əmlakın Dövlət reystri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-36/2-1018/2025 nömrtəli mütəxəssis rəyinə əsasən: Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin Yerquruluşu mütəxəssisi Müşviq Qasımovun mütəxəssis rəyində qeyd edilir ki, 2003-cü ildə tərtib edilmiş "ünvan 1i Əzizbəyov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi" ilə real məkan (faktiki torpaq sahələri) arasında konfiqurasiya, bucaq, sürüşmə və uyğunsuzluq halları mövcud olduğu üçün sözügedən layihəyə uyğun araşdırma aparılması mümkün olamamışdır. İdarənin elektron baza məlumatıarında xidməti istfadə üçün təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları (TEKUİS- AzCad) əsasında tərtib edilmiş elektron kadastr xəritəsinə əsasən Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 saylı qərarı ilə iddiaçı X6 və ailə üzvlərinin JN-112 saylı Torpaga mülkiyyət hüququna dair dövlət aktı ilə birgə mülkiyyətinə verilmiş 2.62 ha torpaq sahəsinin 112Q (sənəd üzrə 2.17 ha, faktiki 2.14 ha) hissəsinin koordinatları mütəxəssis tərəfindən müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********62 reystr nömrəli çıxarışla cavabdehlər X4, Cavabdeh1 İsbəndiyar oğlu və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 3.5362 ha torpaq sahəsinin koordinatları mütəxəssis tərəfindən müəyyən edilmişdir. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin Yerquruluşu mütəxəssisi Müşviq Qasımovun mütəxəssis rəyində qeyd edilir ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları (TEKUİS-AzCad) əsasında tərtib edilmiş elektron kadastr xəritəsinə əsasən İddiaçı X6 və ailə üzvlərinin JN-112 saylı "Torpağa mülkiyyət hüququna dair" dövlət aktı ilə birgə mülkiyyətinə verilmiş 2.62 ha torpaq sahəsinin 112Q (sənəd üzrə 2.17 ha, faktiki 2.14 ha) hissəsi cavabdehlər tərəfindən naturada istifadə olunur. Əlavə olaraq bildiririk ki, iddiaçı və cavabdehlərin mülkiyyətlərinə verilmiş torpaq sahələrinin baxış zamanı faktiki istifadə vəziyyəti ilə elektron xəritədə yerləşmə vəziyyəti arasında uyğunsuzluqların olduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. İş materiallarına eyni zamanda, ünvan 1 sakini İddiaçı1 adına JN:112 (KOD :********) saylı Dövlət Aktı ilə sənədləşdirilmiş 2 parseldən ibarət 2.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşdiyi ərazidə torpaq ölçmə işlərinin aparılması və naturada tanıdılmasına dair smeta və digər sənədlər əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 saylı qərarı Kürdəmir rayonunun Ərəbqubalı kəndi ərazisində iddiaçı X6 və ailə üzvlərinə 2.62 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 65-cı maddəsinin 1-ci bəndinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. - 67-cı maddəsinin 1-ci bəndinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. - 68-cı maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. - 103-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. - 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə araşdırması zamanı tədqiq olunan Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli 10/3101 saylı ekspert rəyində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşanmaz Əmlakın Dövlət reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-36/2- 1018/2025 nömrtəli mütəxəssis rəyinə əsasən Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 saylı qərarı ilə iddiaçı X6 və ailə üzvlərinin JN- 112 saylı Torpaga mülkiyyət hüququna dair dövlət aktı ilə birgə mülkiyyətinə verilmiş 2.62 ha torpaq sahəsinin 112Q (sənəd üzrə 2.17 ha, faktiki 2.14 ha) hissəsinin koordinatları mütəxəssis tərəfindən müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları (TEKUİS-AzCad) əsasında tərtib edilmiş elektron kadastr xəritəsinə əsasən iddiaçı X6 və ailə üzvlərinin JN-112 saylı "Torpağa mülkiyyət hüququna dair" dövlət aktı ilə birgə mülkiyyətinə verilmiş 2.62 ha torpaq sahəsinin 112Q (sənəd üzrə 2.17 ha, faktiki 2.14 ha) hissəsi cavabdehlər tərəfindən naturada istifadə olunur. Məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyindən və işdə olan digər sübutlarla yanaşı qiymətləndirilərək məhkəmə belə qənaətə gəlir ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilə bilər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Hazırki iş üzrə də, JN-112 saylı "Torpağa mülkiyyət hüququna dair" dövlət aktı ilə iddiaçıların birgə mülkiyyətinə verilmiş 2.62 ha torpaq sahəsinin 112Q (sənəd üzrə 2.17 ha, faktiki 2.14 ha) hissəsinin cavabdehlər tərəfindən naturada istifadə olunması ekspert rəyi ilə təsdiq edilmişdir. İddia tələbində cavabdehin ünvan 1ində yerləşən torpaq sahəsindən məcburi qaydada çıxarılması, həmin torpaq sahəsindən istifadəyə edilən manelərin aradan qaldırılması barədə qətnamə çıxarılması xahiş edilsə də, cavabdehlərin zəbt etdiyi torpaq sahəsindən çıxarılması nəticə etibarilə həmin torpaq sahəsindən istifadəyə edilən manelərin aradan qaldırılması hissəsini də əhatə etdiyindən, qətnamədə qeyd edilən hərəkətlərin təkrar olaraq sadalanmasına ehtiyac qalmır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1 İsbəndiyar oğlu və Cavabdeh2 JN-112 saylı "Torpağa mülkiyyət hüququna dair" dövlət aktı ilə iddiaçılar X6, İddiaçı2, X5, İddiaçı4 Rəfail qızı və İddiaçı3 Rəfail oğlunun birgə mülkiyyətinə verilmiş 2.62 ha torpaq sahəsinin 112Q (sənəd üzrə 2.17 ha, faktiki 2.14 ha) hissəsindən çıxarılmalı, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumunun və 100 manat ekspertiza xərcinin yarısı iddiaçılara, yarısı cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 İsbəndiyar oğlu və Cavabdeh2 JN-112 saylı "Torpağa mülkiyyət hüququna dair" dövlət aktı ilə iddiaçılar X6, İddiaçı2, X5, İddiaçı4 Rəfail qızı və İddiaçı3 Rəfail oğlunun birgə mülkiyyətinə verilmiş 2.62 ha torpaq sahəsinin 112Q (sənəd üzrə 2.17 ha, faktiki 2.14 ha) hissəsindən çıxarılsın. Qalan hissədə iddia təmin edilməsin. Cavabdehlər Cavabdeh1 İsbəndiyar oğlu və Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat tutularaq iddiaçılar X6, İddiaçı2, X5, İddiaçı4 Rəfail qızı və İddiaçı3 Rəfail oğluna və 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilsin. İddiaçılar X6, İddiaçı2, X5, İddiaçı4 Rəfail qızı və İddiaçı3 Rəfail oğlundan 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN: X.X.İMANOV