Məhkəmə qərarları › İş №2(041)-1200/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1200/2023

13.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1200/2023 13.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və cavabdeh X2 vəkili X5 iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kürdəmir rayon məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(041)-1268/2022 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentinin artırılaraq xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X1 hər ay hər ay hər uşağa sabit pul məbləğində 220 manat, cəmi 440 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul etmişdir. Uşaqların saxlanılması üçün məhkəmə tərəfindən qəbul edilmiş qətnaməyə əsasən müəyyən edilmiş alimentin artırılması üçün yenidən Kürdəmir rayon məhkəməsinə müraciət etmiş və xx.xx.2022-ci il tarixli, 2(041)-1268/22 nömrəli qətnaməsi ilə alimentin miqdarı artırılaraq xx.xx.2016-cı il təvəllüdlü Hüseynin və xx.xx.2019-cu il təvəllüdlü Həsənin saxlanılması üçün əvvəl 130 manat müəyyən edilmiş alimentin miqdarı artırılaraq 150 manat olmuşdur. Hazırda cavabdeh həmin alimenti vaxtlı-vaxtında ödəsə də, onun işlədiyi yerdə daha yüksək maaş alır və aldığı məvacibin miqdarını gizlədir. Uşaqların maddi tələbatını ödəyəcək miqdarda aliment ödəməkdən yayınır. Böyük oğlu Hüseyn artıq böyüyüb məktəb yaşına çatmış və bu il 1-ci sinifə gedəcəkdir. Orta məktəb dərslikləri pulsuz verilsədə, onun məktəbli forması, dəftər-qələm ləvazımatlarını ödəməkdə çətinlik çəkir. Həsən isə bağçaya gedir. İşləmədiyinə görə o bunlara yardım edə bilmir. Cavabdeh isə yüksək gəlir əldə etsədə təyin olunmuş alimentdən əlavə uşağa heç bir maddi yardım göstərmir. Hesab edir ki. Bir uşağın aylıq maddi təminatı 250-300 manat miqdarındadır. İddiaçı göstərilənlərə əsaslanaraq Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041) 1268/22 nömrəli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü Hüseynin və xx.xx.2019cu il təvəllüdlü Həsənin saxlanılması üçün alimentin miqdarı artırılaraq, hər ay, hər uşağa təyin edilmiş alimentin miqdarı 150-manatdan 220 manata artırılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X2 vəkili X8 iddia tələbini qismən qəbul etdi və bildirdi ki, cavabdeh iddiaçıya alimenti vaxtlı-vaxtında ödəməyir, işləri yaxşı getmir, alimenti 170 manatdan artıq ödəməyə imkanı yoxdur. bu səbəbdən iddia tələbinin qismən təmin edilməsi haqqında qətnamnə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 dekabr 2017-ci il tarixli, AZ-İİİ 842373 nömrəli Doğum haqqında şəhadətnamədə tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X7 doğulmuşdur. İş materiallarına əlavə olunmuş Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 avqust 2019-ci il tarixli, AZ-İV 271318 nömrəli Doğum haqqında şəhadətnamədə tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X9 doğulmuşdur. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041) 1268/22 qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabeh X1 hər ay hər uşağa görə sabit pul məbləğində 150 manat miqdarında, cəmi 300 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı Əsədova X10 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-2335/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş hər ay hər uşağa görə sabit pul məbləğində 130 manat alimenttin artırılması haqqında məhkəməyə müraciət etmiş, sonradan uşaqların saxlanılması üçün məhkəmə tərəfindən qəbul edilmiş qətnaməyə əsasən müəyyən edilmiş alimentin artırılması üçün yenidən Kürdəmir rayon məhkəməsinə müraciət etmiş və xx.xx.2022-ci il tarixli, 2(041) 1268/22 nömrəli qətnaməsi ilə alimentin miqdarı artırılaraq xx.xx.2016-cı il təvəllüdlü Hüseynin və xx.xx.2019-cu il təvəllüdlü Həsənin saxlanılması üçün əvvəl 130 manat müəyyən edilmiş alimentin miqdarı artırılaraq 150 manat (cəmi 300) olmuşdur. Hazırda cavabdeh həmin alimenti vaxtlı-vaxtında ödəsə də, onun işlədiyi yerdə daha yüksək maaş almasını zənn edir. Uşaqların maddi tələbatını ödəyəcək miqdarda aliment ödəməkdən yayınır. Böyük oğlu Hüseyn artıq böyüyüb məktəb yaşına çatmış və bu il 1-ci sinifə gedəcəkdir. Orta məktəb dərslikləri pulsuz verilsədə, onun məktəbli forması, dəftərqələm ləvazımatlarını ödəməkdə çətinlik çəkir. Həsən isə bağçaya gedir. İşləmədiyinə görə o bunlara yardım edə bilmir. Cavabdeh isə yüksək gəlir əldə etsədə təyin olunmuş alimentdən əlavə uşağa heç bir maddi yardım göstərmir. Hesab edir ki. Bir uşağın aylıq maddi təminatı 250-300 manat miqdarındadır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Hüseyn və Həsən adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə sabit pul məbləğində 220 manat miqdarında aliment tələb etsə də o, cavabdehin maddi və əmlak vəziyyət barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, bu onun birbaşa vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən hər iki uşağa görə iddiaçıya ödənilən 150 manat miqdarında alimentin hazırki şəraitdə uşaqların saxlanmasına yetərli olmamasını nəzərə alır və onların saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041) 1268/22 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının Hüseyn və Həsən adlı uşaqların saxlanması üçün yetərli olacaq miqdarda artırılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, habelə aliment alan uşaqların mənafeyi və yaşayış minimumu nəzərə alınaraq Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041) 1268/22 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü Hüseynin və xx.xx.2019-cu il təvəllüdlü Həsənin yetkinlik yaşına çatanadək saxlanmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq X1 hər ay hər uşağa sabit pul məbləğində 170 manat olmaqla, ümumilikdə 340 manat aliment tutularaq İddiaçı verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən C.C.Dünyamalıyevdən ödəniləcək illik alimentin həcminə görə 64,8 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041) 1268/22 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdları dəyişdirilsin. İddiaçı ilə cavabdeh X2 birgə nikahlarından xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 və xx.xx.2019cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq X1 hər ay hər uşağa sabit pul məbləğində 170 manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat aliment tutularaq İddiaçı ödənilsin. X1 dəniləcək illik alimentin həcminə görə 64,80 (altmış dörd manat səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar