Məhkəmə qərarları › İş №2(041)-1205/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1205/2024

15.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1205/2024 15.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə faktiki nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1474/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 220 manat (cəmi 440 manat) aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək göstərdi ki, qızı İddiaçı Cavabdeh ilə evlənib ailə qurmuilar. Lakin aralarında rəsmi nikah qeyd etdirməyiblər. Faktiki nikahlarından iki uşaqları xx.xx.2009-cu il tarixdə X12 və xx.xx.2014-cü il tarixdə isə X11 anadan olmuşlar. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-830/2015 saylı qətnaməsinə əsasən Anar və Gülay adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 70 manat miqdarda aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Sonradan məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(041)-168/2019 nömrəli qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 100 manat müəyyən edilmişdir. Sonradan həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(041)-1474/2021 nömrəli qətnaməsinə əsasən hər bir uşağın saxlanılması üçün Cavabdeh hər ay 110 manat miqdarında aliment tutularaq ona verilməsi qət olunmuşdur. Cavabdeh tərəfindən ona ödənilən ümumilikdə 220 manat məbləğində alimentlə uşaqlarımı saxlaya bilmir, çox çətinlik çəkir və uşaqlarının gündəlik artan təlabatlarını qarşılaya bilmir. Bu səbəbdən də himayəsində olan iki nəfər az yaşlı uşaqlarının saxlanması üçün Cavabdeh sabit pul məbləğində bir uşağa 220 manat alimentin ona verilməsini istəyir. Ona görə də Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1474/2021 nömrəli qətnaməsinə əsasən himayəsində olan iki nəfər az yaşlı uşaqlarının saxlanması üçün cavabdehə təyin olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay hər bir uşağa görə Cavabdeh sabit pul məbləğində 220 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək göstərdi ki, oğlu X8 iddiaçı X9 ilə evlənib ailə quraraq aralarında rəsmi nikah qeyd etdirməmişlər. İddiaçı ilə faktiki nikahlarından iki uşaqları xx.xx.2009-cu il tarixdə X13 və xx.xx.2014cü il tarixdə X10 anadan olmuşdur. İddiaçı ilə uzun müddət ər-arvad bir yerdə yaşasalarda, sonradan münasibətləri pozulmuş və ayrılmışlar. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(041)-1474/2021 nömrəli qətnaməsinə əsasən hər bir uşaq üçün 110 manat aliment tutulması qət olunmuşdur. Hazırda oğlu iki uşaq üçün iddiaçıya 220 manat aliment ödəyir. Onun həmin 220 manat məbləğində alimentdən yüksək aliment ödəməyə maddi imkanı yoxdur. Ona görə ki, o, heç bir yerdə işləmir. Onun aylıq heç bir maddi gəliri yoxdur. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1474/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçının himayəsində olan xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün Cavabdeh hər ay hər bir uşağa görə 110 manat aliment tutulub İddiaçı verilməsi qət olunub. Məhkəmə iddiaçının və işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək göstərdi ki, qızı İddiaçı Cavabdeh ilə evlənib ailə qurmuşlar. Lakin aralarında rəsmi nikah qeyd etdirməyiblər. Faktiki nikahlarından iki uşaqları xx.xx.2009-cu il tarixdə X12 və xx.xx.2014-cü il tarixdə isə X11 anadan olmuşdur. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(041)-1474/2021 nömrəli qətnaməsinə əsasən hər bir uşağın saxlanılması üçün Cavabdeh hər ay 110 manat miqdarında aliment tutularaq ona verilməsi qət olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ödənilən ümumilikdə 220 manat məbləğində alimentlə uşaqlarını saxlaya bilmir, çox çətinlik çəkir və uşaqlarının gündəlik artan təlabatlarını qarşılaya bilmir. Bu səbəbdən də himayəsində olan iki nəfər azyaşlı uşaqlarının saxlanması üçün Cavabdeh sabit pul məbləğində hər ay hər bir uşağa 220 manat alimentin ona verilməsini istəyir. Ona görə də Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1474/2021 nömrəli qətnaməsinə əsasən himayəsində olan iki nəfər azyaşlı uşaqlarının saxlanması üçün cavabdehə təyin olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay hər bir uşağa görə Cavabdeh sabit pul məbləğində 220 manat (cəmi 440 manat) alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək göstərdi ki, oğlu X8 iddiaçı X9 ilə evlənib ailə quraraq aralarında rəsmi nikah qeyd etdirməmişlər. İddiaçı ilə faktiki nikahlarından iki uşaqları xx.xx.2009-cu il tarixdə X13 və xx.xx.2014-cü il tarixdə X10 anadan olmuşdur. İddiaçı ilə uzun müddət ər-arvad bir yerdə yaşasalarda, sonradan münasibətləri pozulmuş və ayrılmışlar. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(041)-1474/2021 nömrəli qətnaməsinə əsasən hər bir uşaq üçün 110 manat aliment tutulması qət olunmuşdur. Hazırda oğlu iki uşaq üçün iddiaçıya cəmi 220 manat aliment ödəyir. Onun həmin 220 manat məbləğində alimentdən yüksək aliment ödəməyə maddi imkanı yoxdur. Ona görə ki, o, heç bir yerdə işləmir. Onun aylıq heç bir maddi gəliri yoxdur. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyası 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Anar və Gülay adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər bir uşağa görə 220 manat aliment tələb etsə də, o, cavabdehin maddi və əmlak vəziyyəti (iş yeri və əmək haqqısı) barədə məhkəməyə rəsmi sənəd təqdim edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən hər bir uşağa görə iddiaçıya 110 manat miqdarında alimentin hazırki şəraitdə uşaqların saxlanmasına yetərli olmamasını nəzərə alır və onun saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1474/2021 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının Anar və Gülay adlı uşaqların saxlanması üçün yetərli olacaq miqdarda artırılmasını müvafiq hesab edir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, habelə aliment alan uşağın mənafeyi və yaşayış minimumu nəzərə alınaraq Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1474/2021 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay hər bir uşağa görə 170 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 40,40 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1474/2021 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdları dəyişdirilsin. İddiaçı ilə Cavabdeh qeyri rəsmi nikahlarından xx.xx.2009-cu il tarixdə anadan olmuş X12 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay hər bir uşağa görə 170 manat miqdarında aliment (cəmi 340 manat) tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 40,40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar