Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-122/2023 28.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi X1 nkatibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1500 manat borc məbləğinin və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 1530 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. Cavabdeh dostu Şanxay Abdullayevin vasitəsilə tanımışdır. Belə ki, Nüşabə Abdullayeva onun qonşusudur. İddiaçı 2020-ci ilin oktyabr ayında dostu Şanxaygildə olan zaman Cavabdeh əsgərlik işinə görə ondan 1500 manat pul istəmişdir. Nüşabəni tanıdğı üçün ona etiraz etməmişdir. Ona yaxın olan bir şəxsdən 1000 manat pul alıb Nüşabəyə verib və səhəri gün dostu Şanxaydan Bakı şəhərində cavabdehə əlavə 500 manat pul göndərmişdir. Nüşabə ona borc verdiyi 1500 manat pulu yaxın vaxtlarda geri qaytaracağını bildirmişdir. Ümumilikdə Nüşabə ondan 1500 manat pul almışdır. Nüşabə pulu geri qaytaracağınma söz versə də onun pulunu qaytarmamışdır. Pulunun geri qaytarılmadığın görüb Kürdəmir RPŞ-yə müraciət etmiş, polis şöbəsində araşdırma aparılmış, müraciətinin mülki xarakterli olmasını bildirib ona məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmuşdur. Bundan sonra dəfələrlə Nüşabədən pulunu tələb etmiş, lakin cavabdeh borclu qaldığı pulu könüllü şəkildə geri qaytarılmadığından məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, sonuncu dəfə pulunu geri tələb edərkən Nüşabə ona pulun əvəzinə qızıl vermiş, borcunu qaytara bilmədiyi təqdirdə qızılların onda qalmasını bildirmişdir. Nüşabə ona zəng edərək qızılları gətirib pulunu götürməsi üçün onu Kürdəmir rayonuna dəvət etmiş və o, ailə üzvləri ilə birlikdə Kürdəmir şəhərinə gəlmiş, özüylə qızılları da gətirmişdir. Kürdəmir şəhərində Nüşabə ilə görüşmüş, qızılları ona təqdim etmişdir. Lakin Nüşabə qızılları ondan aldıqdan sonra onun pulunu geri qaytarmaq üçün avtombillə tanımadığı ünvana getmiş, avtomobildən düşüb getmiş və geri qayıtmamışdır. Bundan sonra Nüşabə onun telefonuna da cavab vermədiyi üçün geri qayıtmış, lakin bununla bağlı polisə şikayət etməmişdir. Cavabdehlə arasında olan borc münasibətlərini təsdiq edən sübutları olmasa da, bu barədə dostu Şanxayın və ailə üzvlərinin məlumatı olmuşdur. İddiaçı göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçını qonşusu Şanxayın yaxın dostu kimi tanıyır. Sabir Şanxayın evinə tez-tez gəlib-getdiyindən münasibətləri yarandığından, 2020-ci ilin oktyabr ayında Sabir qonşusu Şanxayın evində olarkən oğlunun əsgərlik məsələsi üçün pula ehtiyacının olduğunu və ona borc pul verməsini xahiş etmişdir. Qarşılıqlı razılıq əsasında o, Sabirə qızıl vermiş, həmin qızılın müqabilində Sabir ona sələmə 1500 manat pul vermişdir. Bundan sonra hər ay Sabirə 150 manat pul vermiş, borcundan 800 manat qaldıqdan sonra pulun verilməsini dayandırmışdır. 2022-ci ilin ortalarında Sabir onun evinə gəlmiş, 800 manat pulu Sabirə geri qaytarmış, Sabir isə onun qızıllarını geri qaytarmışdır. Bundan sonra İddiaçı onun barəsində Kürdəmir RPŞ-yə ərizə ilə müraciət etmiş, polis şöbəsində verdiyi izahatında qeyd etdikləri halları olduğu kimi bildirmiş və Sabirin öz xətti ilə yazılmış qızılların siyahısını (3 ədəd üzük, 1 ədəd komplekt, 1 ədəd sep və 1 ədəd qolbağ) polisə təqdim etmişdir. Hazırda onun Sabirə heç bir borcu qalmayıb. Cavabdeh izahatının sonunda iddianın rədd edilməsini xahiş etdi. İşdə olan məhkəmənin sorğusuna əsasən Kürdəmir RPŞ-dən götürülmüş araşdırma materillarına əlavə olunmuş izahatların surətindən görünür ki, İddiaçı Cavabdeh 1500 manat verdiyini, həmin pulun geri qaytarmadığı üçün ona köməklik göstərilməsini xahiş etmiş, Cavabdeh isə İddiaçı 1500 manat pul aldığını, pulun müqavilində ona özünə məxsus qızılları Sabirə verdiyini, həmin pulu hissə-hissə qaytardığı üçün Sabir qızıllarını geri qaytardığını, ona heç bir borcunun olmadığını göstərmişdir. Məhkəmə tərəflərin izahatını, işin hallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehdən ona borclu qaldığı 1500 manat pulun geri qaytarılmasını tələb etsə də, bununla bağlı heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə aldığı borcun müqabilində iddiaçıya qızıl (3 ədəd üzük, 1 ədəd komplekt, 1 ədəd sep və 1 ədəd qolbağ) verdiyini öz xətti ilə yazdığı vərəqlə və izahatında iddiaçı etiraf etmişdir. İddiaçının qızılı qaytararkən cavabdeh tərəfindən aldadıldığı barədə dəlilləri də, inandığıcı görünmür ona görə ki, o, bu barədə polis orqanlarına müraciət etməmiş və bu halı təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Hazırki mübahisə hüquqi təbiətinə görə borc müqaviləsindən yaranan münasibətlərə aid edilsə də, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmadığına görə mülki qanunvericiliyin müddəaları maddi hüquq kimi iddianın hüquqi əsasını təşkil etmir. Formal cəhətdən tərəflər arasında şifahi borc müqaviləsinin bağlanıldığı görünsə də, iddiaçı müqavilənin cavabdeh tərəfindən pozulduğunu təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfin isə girov kimi qoyduğu qızılların müqabilində aldığı 1500 manat pulu ödəyərək, verdiyi qızılların ona geri qaytarıldığı ilə bağlı dəlilləri daha inandırıcı görünür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən nəhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası əsassız olduğuna görə rədd edilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə əlaqədar 35 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyinə görə məhkəmə hesab edir ki, ödənilmiş 35 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-122/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-122/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver