Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1225/2023 17.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7, iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin “Abdulabad” filialının cavabdehlər X4 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin “Abdulabad” filialının direktoru M.Əliyev kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı ilə X6 arasında bağlanmış A/00021 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən o, 4000 manat məbləğində krediti 24 ay müddətinə illik 21.76 % dərəcəsi ilə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən krediti müqaviləyə əlavə olunmuş ödəmə cədvəlinə uyğun olaraq «Kreditor»a qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 5.4.2-ci bəndinə əsasən ödəniş planı üzrə öhdəliyi vaxtında və lazımı qaydada icra etmədikdə, hər gecikdirilən gün üçün ödənilməmiş əsas borcun 1(bir) faizini məbləğində cərimə ödənilməlidir. X6 müqavilə öhdəliyini qismən icra etsədə, son ödəməsi xx.xx.2022-ci il tarixə olmuş, müqavilə müddəti bitmiş və 23.06. 2023-cü il tarixə onun əsas borcu 2982,20 manat, faiz borcu 1248,93 manat, cərimə məbləği 404,40 manat, cəmi 4635,53 manat təşkil edir. Borcun qaytarılması üçün ona şifahi xəbərdarlıq edilmiş, prtenziya məktubu ilə müraciət olunmuşdur. Lakin o, borcun qaytarılması təmin edilməmişdir. Digər Cavabdeh2 isə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə X5 arasında bağlanmış A/00021 saylı xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə öhdəliyin vaxtında və lazımı qaydada icra olunması üçün zaminlik müqaviləsi bağlamışdır. Ona görə də X4 və Cavabdeh2 əsas borc məbləğinə görə 2982,20 manat, faiz borcu 1248,93 manat, cərimə məbləği 404,40 manat, cəmi 4635,53 manat məbləğində vəsaitin və ödənilmiş 66.36 manat dövlət rüsumunun tutularaq "xxxx" Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırki iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdiriliş qaydada baxılmasına yol verilir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə cavabdehlər X4 və Cavabdeh2 prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarına əlavə olunmuş A/00021 saylı xx.xx.2021-ci il tarixli müqaviləsindən görünür ki "xxxx" Bank Olmayan Kredit Təşkilatı tərəfindən X2 24 ay müddətinə illik 21.76 % ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 139 nömrəli maliyyə arayışından görünür ki, X3 xx.xx.2023-cü il tarixinə A/00021 saylı xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə əsas borc məbləğinə görə 2982,20 manat, faiz borcu 1248,93 manat, cərimə məbləği 404,40 manat, cəmi 4635,53 manat məbləğində kredit borcu qalmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək müəyyən edir ki, cavabdehin "xxxx" Bank Olmayan Kredit Təşkilatına A/00021 saylı xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə əsas borc məbləğinə görə 2982,20 manat, faiz borcu 1248,93 manat, cərimə məbləği 404,40 manat, cəmi 4635,53 manat məbləğində kredit borcu var. İş materiallarına əlavə edilmiş "xxxx" Bank Olmayan Kredit Təşkilatı tərəfindən X4 göndərilmiş xx.xx.2023-cü il tarixli, 02 nömrəli pretenziya məktubundan görünür ki, ona banka olan kredit borcunu ödəməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq o, banka olan kredit borcunu ödəməmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdehlər üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onların iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti tələb etməkdə haqlıdır. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” reyestrdən çıxarışdan görünür ki, cavabdehlər X6 və Cavabdeh2 məhkəmə bildirişini qəbul etmiş, lakin qəbul etdiyi tarixdən 10 (on) iş günü müddəti keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehlər X4 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, müəyyən olunmuş müddət ərzində iddiaya qarşı etirazının daxil olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olunduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağrılmaqla dindirilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına maneə olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh X6 arasında bağlanmış A/00021 saylı xx.xx.2021ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı qarşısında öhdəlik götürmüşdür. İş materiallarından görünür ki, Cavabdeh2 "xxxx" Bank Olmayan Kredit Təşkilatı ilə X5 arasında bağlanmış A/00021 saylı xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə öhdəliyin vaxtında və lazımı qaydada icra olunması üçün zaminlik müqaviləsi bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, iddiaçı 57.42 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlər X1 və Cavabdeh2 əsas borc məbləğinə görə 2982,20 manat, faiz borcu 1248,93 manat, cərimə məbləği 404,40 manat, cəmi 4635,53 manat və 66,36 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 2982,20 manat, faiz borcu 1248,93 manat, cərimə borcu 404,40 manat olmaqla, cəmi 4635,53 (dörd min altı yüz otuz beş manat 53 qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 66,36 (altmış altı manat 36 qəpik) manat tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1225/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1225/2023
17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver