Məhkəmə qərarları › İş №2(041)-1241/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1241/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1241/2024 27.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədliyi, X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, Cavabdeh çoxdandır ki, onunla və oğlu Niyaməddinlə ailəvi dostluq edir. Cavabdeh 2022-ci ilin sentyabr ayında ona müraciət edərək ipotekaya ev götürmək istədiyini, lakin özünün krediti olduğuna görə bankdan təkrar kredit götürə bilmədiyini bildirib öz adlarına kredit götürüb ona verərək maddi köməklik etmələrini xahiş etmişdir. Öz adlarına götürdükləri kredit borcunu isə özü ödəyəcəyini bildirmişdir. Bundan sonra cavabdehin onlarla ailəvi dost olmasını nəzərə alaraq onun təklifi ilə razılasdıqdan sonra oğlu Niyaməddin bankdan 13.000 manat, özü isə 9.000 manat kredit götürüb Cavabdeh ümümilikdə 22.000 manat borc pulu X3 iştirakı ilə o, özü vermişdir. Cavabdeh 22.000 manat pulu ondan alandan sonra problemlərini həll edib yaxın vaxt ərzində borcunu qaytaracağını bildirmiş və bu barədə sadə formada Borc müqaviləsi yazıb imza edərək ona vermişdir. Cavabdeh borcu qaytaracağı vaxt bitəndən sonra onun borc aldığı pulu qaytarmadığını görüb, ondan borc aldığı pulu qaytarmasını tələb etmişdir. Lakin Hamiz hər dəfə müxtəlif bəhanələr gətirərək borc aldığı pulu qaytarmaqdan yayınaraq borcu qaytarmaqdan yayınır. Son vaxtlar isə Cavabdeh onun telefon zənglərinə də cavab vermir. Hazırda Cavabdeh ona 22.000 manat borcu var. Ona görə də Cavabdeh 22.000 manat məbləğində əsas borcun və dövlət rüsumuna görə ödədiyi 156 manat olmaqla, cəmi 22.156 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahhiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı Cavabdeh lazımi qaydada məlumat verilmiş, İddiaçı məhkəməyə ərizə göndərib səhhətində yaranmış problemlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiyini bildirib işə onun iştirakı olmadan baxıb iddia tələbini işdə olan sübutlara əsasən tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkə mülki işə İddiaçı Müzavət oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh oğluna lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən təkrar məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş və Cavabdeh tərəfindən sadə formada yazılmış Borc müqaviləsindən görünür ki, o, İddiaçı ümumilikdə 22.000 manat borc pul almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona qarşı məhkəmədə pul vəsaiti ilə əlaqədar İddiaçı oğlu tərəfindən qaldırılmış iddianı tam qəbul etdiyini, işi ilə bağlı məhkəmədə iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh çoxdandır ki, İddiaçı və onun oğlu Niyaməddinlə ailəvi dostluq edir. Cavabdeh 2022-ci ilin sentyabr ayında ona müraciət edərək ipotekaya ev götürmək istədiyini, lakin özünün krediti olduğuna görə bankdan təkrar kredit götürə bilmədiyini bildirib öz adlarına kredit götürüb ona verərək maddi köməklik etmələrini xahiş etmişdir. Öz adlarına götürdükləri kredit borcunu isə özü ödəyəcəyini bildirmişdir. Bundan sonra cavabdehin onlarla ailəvi dost olmasını nəzərə alaraq onun təklifi ilə razılasdıqdan sonra oğlu Niyaməddin bankdan 13.000 manat, özü isə 9.000 manat kredit götürüb Cavabdeh ümümilikdə 22.000 manat borc pulu X3 iştirakı ilə o, özü vermişdir. Cavabdeh 22.000 manat pulu ondan alandan sonra problemlərini həll edib yaxın vaxt ərzində borcunu qaytaracağını bildirmiş və bu barədə sadə formada Borc müqaviləsi yazıb imza edərək ona vermişdir. Cavabdeh borcu qaytaracağı vaxt bitəndən sonra onun borc aldığı pulu qaytarmadığını görüb, ondan borc aldığı pulu qaytarmasını tələb etmişdir. Lakin Hamiz hər dəfə müxtəlif bəhanələr gətirərək borc aldığı pulu qaytarmaqdan yayınaraq borcu qaytarmaqdan yayınır. Cavabdeh səlahiyyətli orqana notariat qaydasında təsdiq olunmuş ərizə yazaraq ona qarşı məhkəmədə pul vəsaiti ilə əlaqədar İddiaçı oğlu tərəfindən qaldırılmış iddianı tam qəbul etdiyini, işi ilə bağlı məhkəmədə iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və həmin ərizəni İddiaçı vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh İddiaçı 22.000 manat məbləğində borc pul aldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni feyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740-cı maddəsinin tələbinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh 22.000 manat məbləğində əsas borc və dövlət rüsumuna görə ödənilmiş 156 manat olmaqla, cəmi 22.156 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 22.000 manat məbləğində əsas borc və dövlət rüsumuna görə ödənilmiş 156 manat olmaqla, cəmi 22.156 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar