Məhkəmə qərarları › İş №2(041)-1248/2024

Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-1248/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1248/2024 18.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzavdə Fərid Bəybala oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 1470 manat və dövlət rüsumu olaraq ödədiyi 35 manat olmaqla, ümumilikdə 1505 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, bir neçə ildir ki, Kürdəmir rayon bazarında ticarətlə məşğul olur. Cavabdeh ilə münasibətləri vardır. Ondan götürdüyü 2800 manatlıq qızılın pulun aralarında razılaşma olandan sonra cavabdehlə xx.xx.2022-ci il tarixdə öz aralarında borc müqaviləsi bağlayaraq 300 ödəniş etmişdir. Borc müqaviləsinə şərtinə əsasən 10 ay müddətində borcu qaytarmalı idi. Müəyyən vaxtlar ərzində 1330 manat qaytarmışdır. O, hər dəfə Cavabdeh qalan 1470 manat borcun qaytarılmasını xahiş etsə də hər dəfə məsələni uzatmışdır. Hazırda cavabdeh borc müqaviləsinə əsasən borcunu qaytarmır. Ona görə də Cavabdeh 1470 manat və dövlət rüsumu olaraq ödədiyi 35 manat olmaqla, ümumilikdə 1505 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, təkrar məhkəməyə gəlməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İş materiallarına əlavə edilmiş və Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə sadə formada yazılmış qəbzdən görünür ki, o, İddiaçı 2800 manat dəyərində qızıl-zinət əşyaları götürmüş və 300 manat ödəmiş, ayda 250 manat ödəyəcəyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı bir neçə ildir ki, Kürdəmir rayon bazarında ticarətlə məşğul olur. Cavabdeh ilə münasibətləri vardır. Ondan götürdüyü 2800 manatlıq qızılın pulun aralarında razılaşma olandan sonra cavabdehlə xx.xx.2022-ci il tarixdə öz aralarında borc müqaviləsi bağlayaraq 300 ödəniş etmişdir. Borc müqaviləsinə şərtinə əsasən 10 ay müddətində borcu qaytarmalı idi. Müəyyən vaxtlar ərzində 1330 manat qaytarmışdır. O, hər dəfə Cavabdeh qalan 1470 manat borcun qaytarılmasını xahiş etsə də hər dəfə məsələni uzatmışdır. Hazırda cavabdeh borc müqaviləsinə əsasən borcunu qaytarmır. Cavabdeh ona olan borcunu qaytarmadığına görə ağır maddi vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh 1470 manat və 35 manat dövlət rüsumu olmaqla, cəmi 1505 manat pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 222-ci və 238-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1470 manat və 35 manat dövlət rüsumu olmaqla, cəmi 1505 (min beş yüz beş) manat pul alınıb İddiaçı veril verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar