Məhkəmə qərarları › İş №2(041)-1249/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1249/2024

26.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1249/2024 26.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi və cavabdeh X5 iştirakı ilə İddiaçı X1 cavabdeh X7 qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X10 ilə rəsmi nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(041)-1532/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq cavabdeh X5 qazancının (başqa gəlirlərin) yarısı miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı X2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, cavabdeh X10 ilə el adəti üzrə evlənib ailə qurmaqla aralarında xx.xx.2009-cu il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X9 və xx.xx.2010-cu il tarixdə X11 anadan olub. Cavabdehlə evləndikdən sonra onunla uzun müddət ər-arvad bir yerdə yaşasalarda ailə münasibətləri tamamilə pozulmuş və ayrılmışlar. Hazırda az yaşlı uşaqları onunla birlikdə yaşayır. Uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1532/2021 saylı qətnaməsinə əsasən hər uşağa görə 120 manat aliment müəyyən edilmişdir. Hazırda həmin alimentlə uşaqlarını saxlaya bilmir. Ona görə də cavabdehlə rəsmi nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh X4 hər ay hər bir uşağa görə sabit pul məbləğində 235 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X10 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X9 və xx.xx.2010-cu il tarixdə X11 anadan olub. Onlar uzun müddət ər-arvad bir yerdə yaşasalarda sonradan ailə münasibətləri pozulmuş və ayrılmışlar. Məhkəmənin qətnaməsinə əsasən aralarında olan nikah pozulub və həmin qətnaməyə əsasən iddiaçının himayəsində yaşayan 2 nəfər az yaşlı uşaqların saxlanması üçün ondan 120 manat aliment alınıb iddiaçıya verilməsi qət olunub. O, fəhlə işləməklə hazırda həmin məbləğdə aliment ödəyir və onun 120 manat alimentdən yüxarı məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsi baprədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE-№ 11348322 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il tarixdə Leyla adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE-№ 11348344 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il tarixdə Asif adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Mərkəzi Aran regional filialından daxil olmuş 22 avqust 2024-cü il tarixli 3-17-1/2-201307/2024 nömrəli məktubundan görünür ki, cavabdeh X5 əmək pensiyası, sosial müavinat və təqaüd alması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı X6 cavabdeh X10 ilə aralarında xx.xx.2009-cu il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X9 və xx.xx.2010-cu il tarixdə X11 anadan olub. Cavabdehlə aralarında olan nikah pozulmuş və ayrılmışlar. Hazırda azyaşlı uşaqları onunla birlikdə yaşayır. Uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1532/2021 saylı qətnaməsinə əsasən hər uşağa görə 120 manat aliment müəyyən edilmişdir. Hazırda həmin alimentlə uşaqlarını saxlaya bilmir. Ona görə də cavabdehlə rəsmi nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh X4 hər ay hər bir uşağa görə sabit pul məbləğində 235 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X10 bildirmişdir ki, fəhlə işləməklə hazırda 120 manat məbləğdə aliment ödəyir və onun 120 manat alimentdən yüxarı məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsi baprədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehin gəlirləri barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Ona görə də cavabdehin iş yeri və aylıq qazancı barədə rəsmi məlumat olmadığından aliment tələb edən şəxsin xahişi ilə alimentin miqdarı sabit pul məbləbində müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısı və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsati tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, valideynlərin öz uşaqları üzərində bərabər hüquq və vəzifələrə malik olması, cavabdehin maddi vəziyyəti, həmçinin aliment alan uşaqların mənafeyi nəzərə alınaraq alimentin məbləği hər ay hər bir uşağa görə sabit pul məbləğində 170 manat miqdarında müəyyən edilməklə xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh X4 tutularaq iddiaçı X2 verilməsi məqsədə müvafiqdir. İş materiallarından göründüyü kimi iddiaçı X6 aliment tələbi ilə bağlı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment xx.xx.2024-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən V.C.Hacaliyevdən ödəniləcək illik alimentin həcminə görə 67,40 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinin tələbinə görə şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı X6 ilə cavabdeh X5 birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2024cü il tarixdən başlayaraq cavabdeh X4 hər ay hər bir uşağa sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat aliment tutularaq X2 ödənilsin. X4 ödəniləcək illik alimentin həcminə görə 67,40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar