Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-127/2024 23.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X6 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15000 manat borc məbləğinin və ödənilmiş dövlət rüsumuna görə 120 manat, cəmi 15120 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin axırlarında Tağıyev X5 Muradova müraciət edərək Kürdəmir rayonunda Mərkəzi rayon Xəstəxanasının yaxınlığında iki mərtəbəbən ibarət ümumi sahəsi 240 kv.m sahəsi olan özünə məxsus qeyri-yaşayış sahəsi olan binanı təcili pul lazım olduğu üçün satır. Qardaşı İddiaçı1la məsləhətləşmiş və həmin binanı almaq qərarına gəlmişdir. Bununla bağlı Cavabdehlə görüşüb və binanın alqı satqısı ilə bağlı söhbətləşmişlər. Cavabdeh onlara bildirmişlər ki, satmaq istədiyi binanı banka girov qoyub pul götürüb. Hazırda onun banka borcu var. Cavabdeh bildirmişdir ki, binanı almaq istəyirlərsə qabaqcadan 10.000 (on min) manat beh verin həmin binanı bankdan giovdan çıxarıb və onlara satsın. Onlar cavabdehlə razılaşmış və xx.xx.2020-ci il tarixdə Cavabdeh 10.000 (on min) manat pul vermişlər. Cavabdeh onlara yazılı qəbz vermiş və bildirmişdir ki, alqı-satqı baş tutmayacağı halda 30 gün müddətində pullarını qaytarıb verəcəklər. Aradan bir müddət keçdikdən sonra cavabdeh onun yanına gələrək binanın giovdan çıxarılması üçün əlavə 10.000 (on min) manat lazım olduğunu bildirmişdir. Cavabdehlə mübahisə edərək ona iradını bildirmiş və sənədləşmə üçün əvvəl 10.000 manat pulun bəs etdiyi halda, nə səbəbə görə ondan 10.000 manat da yenidən istəyir. Cavabdeh ona bildirmişdir ki, onsuzda bina onlara satılacaq nə versəniz üstündən gedir. Onlar cavabədehlə binanın alqı satqısını 80.000 manata danışmışlar. Ona görə də fikrləşmişlər ki, qabaqcadan nə qədər pul versələr, verəcəkləri pulun üstündən bir o qədər azalar. Ona görə də Vasiflə razılaşıb ona əlavə 10.000 manat pul vermişlər. Cavabdehin binanı onlara satacağını gözləmişlər. Lakin cavabdeh onları aldadaraq həmin binanı onlara satmamışlar. Onlar cavabdehdən pullarını tələb etməyə başlamışlar. Onlar əvvəlcədən Cavabdeh verdikləri 10.000 manat pulun yarı hissəsi 5.000 manat pul Vasifin şəriki Tahir Məmmədəliyevə verildiyi üçün, həmin 10.000 manat pulun 5.000 manatını Tahir Məmmədəliyev qaytarıb onlara vermişdir. Lakin Cavabdeh əvvəl aldığı puldan 5.000 manatı və sonradan aldığı 10.000 manatı onlara qaytarıb verməmişdir. Dəfələrlə müraciət etmələrinə baxmayaraq, Vasif hər dəfə onlara bildirmişdir ki, binanı girovdan çıxarıb onlara satacaq. Aradan bir müddət keçdikdən sonra Cavabdeh həmin binanı başqa bir şəxsə 90.000 manata satdığını və pulunu aldığını eşitmişlər. Bundan sonra onlara məlum olmuşdur ki, Cavabdeh onları aldadıb, onlardan aldığı pulu öz işləri üçün üçün xərcləyib, binanı girovdan çıxarıb və daha yüksək qiymətə satıb. Onlar Vasiflə görüşüb onları aldatdığı üçün ona iradlarını bildirmiş və pullarını geri qaytarmasını tələb etmişlər. Vasif yaxın vaxtlarda pullarını qaytaracağına söz vermişdir. Lakin Cavabdeh dəfələrlə müraciət etməklərinə baxmayaraq bu günə kimi onların pulunu qaytarmamışdır. Ona görə də məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 15000 (on beş min) manat pulun alınıb onlara verilməsi barədə qərar qəbul edilməsini istəyirlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələblərinin məzmununa uyğun izahat verərək iddia tələblərinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş, sadə yazılı iltizam aşağıdakı məzmunda tərtib edilmişdir: “ Mən Cavabdeh və iş ortağım X1 MRX-nın yanında Cavabdeh məxsus olan iki mərtəbəli 240 m2 binanı İddiaçı2 və İddiaçı1 satmaq müqabilində həmin şəxslərdən 10 000 (on min) manat azn pulu beh kimi aldıq. Alqı-satqı baş tutmayacağı təqdirdə 30 gün müddətində pulun sahiblərinə qaytarılmasını öhdəmizə götürürük. Tarix: xx.xx.2020. İmzalar: Tağıyev V, Məmmədəliyev T, Muradov M, İddiaçı1 və imzalar” İddia tələbi hüquqi təbiətinə görə tərəflər arasında yaranmış alqı-satqı müqaviləsinin baş tutmamasından yaranmış beh öhdəliklərindən irəli gələn mübahisələrə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsində göstərilir ki, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Hazırki iş üzrə iddiaçılar cavabdehdən 2020-ci ildə qeyri-yaşayış binasının alqısatqısı üçün cavabdehə verdikləri 20 000 manat behin qalan 15 000 manatın qaytarılmasını tələb etsələr də, cəmi 10 000 manatla bağlı cavabdehin verdiyi yazılı iltizamını yeganə sübut kimi məhkəməyə təqdim etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə qismən təmin edilməli, Cavabdeh 10 000 manat tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə əlaqədar 120 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 120 manat dövlət rüsumunun 90 manatı cavabdehə, qalan 30 manatı isə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 10000 (on min) manat və ödədiyi dövlət rüsumunun əvəzi olaraq 90 (doxsan) manat pul tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-127/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-127/2024
23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver