Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1271/2024 24.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ağalar oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 4000 manat məbləğində pulu və 60 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Kürdəmir şəhər sakini olan Cavabdeh ilə 2023-cü ilin sentyabr ayında razılaşıb oğlu Tərəqqi Əhmədov üçün ABŞ-dan 2014-cü il istehsalı olan Hündai Sonata markalı avtomöbil almaq qərarına gəlmişdir. Bunun üçün o, Arazın ona təqdim etdiyi İnvoysa (köçürmə sənədi) əsasən maşının Bakı şəhərində ona təhvil verilməsi üçün lazım olan 5690 ABŞ dollarını bank vasitəsi ilə ödəmişdir. Sifariş verdiyi avtomobil təxminən 2023-cü ilin dekabr ayının 15-də daşıyıcı şirkət olan “X4” şirkəti tərəfindən Poti limanına gətirilmişdir. Lakin sonradan Araz ona özünün “X4” şirkətinə borcu olduğu üçün maşını Gürcüstandan Bakıya gətirilməsinin mümkün olmadığını bildirmiş və maşının Bakıya gətirilməsi üçün ondan iki dəfəyə 4000 manat pul almışdır. Maşını Bakı Kömrük terminalında kompüterdən keçirdikdən sonra həmin pulu ona qaytaracağını və maşının kömrük rüsumlarının ödəniləcəyini bildirmişdir. Araz vasitəsi ilə sifariş verdiyi maşın 2024-cü ilin mart ayının 18-də Bakı Kömrük terminalında ona təhvil verilmiş, lakin Araz ondan aldığı pulu müxtəlif bəhanələrlə ona qaytarmaq istəmir. Maşın təxminən 10 kömrük terminalında qalmış və buna görə kömrük dayanacağına 100 manat pul ödəmişdir. Dəfələrlə Arazdan ondan aldığı 400 manat pulu qaytarmasını tələb etməsinə baxmayaraq o, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina edir və onun telefon zənglərinə də cavab vermir. O, Arazın dələduzluğuna görə DİN-nin 102 xidmətinə müraciət edərək Cavabdeh barəsində tədbir görülməsini və ondan aldığı pulun geri qaytarılmasını xahiş etmişdir. Polisdə araşdırma aparılarkən Cavabdeh rəsmi izahat verərək ondan 4000 manat pul aldığını, maşın kömrükdən keçirildikdə pulu qaytarmasına söz verməsinə baxmayaraq imkanı olmadığı üçün həmin pulu qaytara bilmədiyini etiraf etmişdir. Ona görə də Cavabdeh 4000 manat məbləğində pulu və 60 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, təkrar məhkəməyə gəlməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Polis şöbəsinin TB-nin baş təhqiqatçısı polis mayoru X3 Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və qərardan Kürdəmir rayon Prokuroruna, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüquqları ona izah edilmişdir. Məhkəmənin sorğusuna əsasən Kürdəmir rayon Polis şöbəsindən alınıb iş materiallarına əlavə edilmiş İddiaçı müraciəti əsasında toplanmış HK-1 727 nömrəli materiala əlavə edilmiş Cavabdeh xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon Polis şöbəsinə verdiyi izahatından görünür ki, təxminən 5 ay əvvəl xarici ölkədən Şahinlə birlikdə Hündai Sonata markalı avtomobili gətirmək üçün Şahinin “X4” şirkətinin hesabına 5690 dollar pul ödədiyini və həmin avtomobili Gürcüstan Respublikasından Bakıya gətirmək üçün Şahindən 4000 manat borc pul aldığını etiraf etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Əhmədov X2 şəhər sakini olan Cavabdeh ilə 2023-cü ilin sentyabr ayında razılaşıb oğlu Tərəqqi Əhmədov üçün ABŞ-dan 2014-cü il istehsalı olan Hündai Sonata markalı avtomöbil almaq qərarına gəlmişdir. Bunun üçün o, Arazın ona təqdim etdiyi İnvoysa (köçürmə sənədi) əsasən maşının Bakı şəhərində ona təhvil verilməsi üçün lazım olan 5690 ABŞ dollarını bank vasitəsi ilə ödəmişdir. Sifariş verdiyi avtomobil təxminən 2023-cü ilin dekabr ayının 15-də daşıyıcı şirkət olan “X4” şirkəti tərəfindən Poti limanına gətirilmişdir. Lakin sonradan Araz ona özünün “X4” şirkətinə borcu olduğu üçün maşını Gürcüstandan Bakıya gətirilməsinin mümkün olmadığını bildirmiş və maşının Bakıya gətirilməsi üçün ondan iki dəfəyə 4000 manat pul almışdır. Maşını Bakı Kömrük terminalında kompüterdən keçirdikdən sonra həmin pulu ona qaytaracağını və maşının kömrük rüsumlarının ödəniləcəyini bildirmişdir. Araz vasitəsi ilə sifariş verdiyi maşın 2024cü ilin mart ayının 128-də Bakı Kömrük terminalında ona təhvil verilmiş, lakin Araz ondan aldığı pulu müxtəlif bəhanələrlə ona qaytarmaq istəmir. Maşın təxminən 10 kömrük terminalında qalmış və buna görə kömrük dayanacağına 100 manat pul ödəmişdir. Dəfələrlə Arazdan ondan aldığı 400 manat pulu qaytarmasını tələb etməsinə baxmayaraq o, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina edir və onun telefon zənglərinə də cavab vermir. O, Arazın dələduzluğuna görə DİN-nin 102 xidmətinə müraciət edərək Cavabdeh barəsində tədbir görülməsini və ondan aldığı pulun geri qaytarılmasını xahiş etmişdir. Polisdə araşdırma aparılarkən Cavabdeh rəsmi izahat verərək ondan 4000 manat pul aldığını, maşın kömrükdən keçirildikdə pulu qaytarmasına söz verməsinə baxmayaraq imkanı olmadığı üçün həmin pulu qaytara bilmədiyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən borc alınan borcu qaytarmaması borc verənin vəziyyətini pisləşdirirsə borc verdiyi pulu dərhal tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh 4000 manat pul və 60 manat dövlət rüsumu olmaqla, cəmi 4060 manat pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 222-ci və 238-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4000 manat pul və 60 manat dövlət rüsumu olmaqla, cəmi 4060 manat pul alınıb İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1271/2024
Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-1271/2024
24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver