Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-13/2023 03.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 ilə İddiaçı "xxxx" QSC-nin cavabdehlər: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 002R********** saylı kredit razılaşması üxzrə 3222,91 manat məbləğində kredit borcu, 306,57 manat məbləğində faiz borcu və 56,72 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3586,20 manat məbləğində kredit borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 55,86 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli, 02L000009090 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli, 02L000009090S saylı sazişə əsasən, kredit xətti müqaviləsinin müddəti və məbləği müvafiq olaraq 217 ay və 300.000 ABŞ dolları olaraq müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSCilə bağladığı xx.xx.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli, 002R**********S saylı, xx.xx.2020-ci il tarixli, 002R**********SA saylı, 23.122020-ci il tarixli, 002R**********SB saylı, 30.042021-ci il tarixli, 002R**********SC saylı, xx.xx.2021-ci il tarixli, 002R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1777,09 manat ödəmiş, onun 3222,91 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 133 gün üçün hesablanmış faiz borcu 306,57 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 133 gün üçün hesablanmış cərimə 56,72 manat təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Ona göoə də "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 002R********** saylı kredit razılaşması üxzrə 3222,91 manat məbləğində kredit borcu, 306,57 manat məbləğində faiz borcu və 56,72 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3586,20 manat məbləğində kredit borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 55,86 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə olunmuş xx.xx.2012-ci il tarixli, 02L000009090 nömrəli kredit xətti müqaviləsindən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 02L000009090S nömrəli sazişdən görünür ki, xx.xx.2012-ci il tarixli, 02L000009090 nömrəli kredit xətti müqaviləsinin müddəti və məbləği müvafiq olaraq 217 ay və 300.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli, 002S**********003 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 xx.xx.2012-ci il tarixli, 02L000009090 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrası üçün tam məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli, 02L000009090 nömrəli kredit xətti müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli, 002R********** nömrəli kredit razılaşmasından görünür ki, Cavabdeh1 "xxxx" QSC-dən 24 ay müddətinə, aylıq 2,0833 % olmaqla 5000 manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, 002S**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 002R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh1 xx.xx.2012-ci il tarixli, 02L000009090 nömrəli kredit xətti müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli, 002R********** nömrəli kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrası üçün tam məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 13463 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 002R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə 3222,91 manat əsas, 306,57 manat faiz borcu, 56,72 manat cərimə borcu, cərimə hesablanmış gunlərin sayı 133 gün olmaqla, cəmi borcu 3586,20 manat təşkil edir. İş materiallarına əlavə olunmuş, "xxxx" QSC tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 görndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, onlara banka olan kredit borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını diləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli, 02L000009090 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli, 02L000009090S saylı sazişə əsasən, kredit xətti müqaviləsinin müddəti və məbləği müvafiq olaraq 217 ay və 300.000 ABŞ dolları olaraq müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli, 002R**********S saylı, xx.xx.2020-ci il tarixli, 002R**********SA saylı, 23.122020-ci il tarixli, 002R**********SB saylı, 30.042021-ci il tarixli, 002R**********SC saylı, xx.xx.2021-ci il tarixli, 002R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1777,09 manat ödəmiş, onun 3222,91 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 133 gün üçün hesablanmış faiz borcu 306,57 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 133 gün üçün hesablanmış cərimə 56,72 manat təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Bilpal oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilməmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Məhkəmə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 3222,91 manat məbləğində kredit borcu, 306,57 manat məbləğində faiz borcu və 56,72 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3586,20 manat məbləğində kredit borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 55,86 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin.
1. İddiaçı "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər ləğv edilsin.
2. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 3222,91 manat məbləğində kredit borcu, 306,57 manat məbləğində faiz borcu və 56,72 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3586,20 manat məbləğində kredit borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 55,86 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Museyib Bayramov