Məhkəmə qərarları › İş №2(041)-1302/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1302/2024

23.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1302/2024 23.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdeh ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh idarə etdiyi avtomobilə vurduğu ziyana görə 850 manat və ödədiiyi dövlət rüsumuna görə 30 manat, cəmi 880 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, hazırda mübahisəni məhkəmədən kənar həll etmək istədiklərini bildirərək hazırki mərhələdə ərizənin baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə işə əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, iddiaçının vəsatəti təmin edilməli və iddia ərizəsi qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzin surətindən görünür ki, iddiaçı hazirki iddia tələbi üzrə 30 manat dövlət rüsumu ödəmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3. və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsi iddiaçının vəsatətinə əsasən qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kürdəmir rayon məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM MÜSEYİB BAYRAMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar