Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1303/2023 16.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq cavabdehlə birgə nikahlarından doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 220 manat alimentin və 200 manat miqdarında müalicə pulunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə 2017-ci ildə evlənmişlər. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü Tuncay adlı bir uşaqları olub. Rəsmi nikahlarını isə xx.xx.2019-cu il tarixdə qeyd etmişlər. Cavabdehin təqsiri üzündən ər-arvad münasibətləri pozulmuşdur. Cavabdeh iddiaçıya və birgə nikahlarından döğulmuş Tuncaya yardım etmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1238/2021 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü Tuncayın yetkinlik yaşına çatana qədər saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlatyaraq cavabdehdən hər ay sabit pul məbləğində 120 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. Hazırda oğlu Tüncay anasının himayəsində yaşayır və həmin alimentlə uşağa qulluq etmək və saxlamaq mümkünsüzdür. Belə ki oğlunun Sinirin psixi inkişafı, Etapin ləngiməsi geriliyi xəstəliyindən əziyyət çəkir. Onun müalicəsi üçün hər ay xeyli miqdarda pul tələb olunur. Cavabdeh isə alimentdən başqa ona heç bir maddi yardım etmir. İddiaçı göstərilənləri nəzərə alaraq Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1238/2021 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq cavabdehlə birgə nikahlarından doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 220 manat alimentin və 200 manat miqdarında müalicə pulunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, hazırda cavabdehə hər ay sabit pul məbləğində 120 manat aliment ödəyir. Alimenti çox çətinliklə ödəyir, cavabdeh xəstədir, heç bir yerdə işləmir və ödənilən alimenti o ödəyir. Ailədə maddi durum çox acınacaqlıdır onun anası da xəstədir. Əgər aliment artırılsa heç ödəyə bilməyəcəyini bildirərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası AZ İV 194152 nömrəli, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2018-ci ildə anadan olub. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin 22 iyun 2021-ci il tarixli, İş №-2(041)-1238/2021-nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 01 fevral 2019-cu il tarixdə Kürdəmir rayon İcra başçısının Sığırlı kənd icra nümayəndəliyində 08 nömrə ilə nikahları qeyd edilmiş, Cavabdeh ilə İddiaçı birgə nikahlarından Tuncay adlı uşaqları olmuş və həmin qətnamə ilə X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq cavabeh Cavabdeh hər ay sabit pul məbləğində 120 (yüz iyirmi) manat aliment tutularaq İddiaçı ödənilsi qət edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə nikahlarını qeyd etdirib evlənmişlər. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X3 adlı uşaqları olub. Bir müddət cavabdehlə bir yerdə yaşayandan sonra ərarvad münasibətləri pozulmuş və onlar ayrılmışlar. Bundan sonra məhkəmənin qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü Tuncayın saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində 120 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. Hazırda xx.xx.2018-ci il təvəllüdlü Tüncayın gündən-günə artan tələbatını və xəstəliyinə lazım olan dərmanların alınmasına və müalicəsinə çəkilməli olan xərcləri təkbaşına ödəyə bilmir. Məhkəmənin qətnaməsinə əsasən uşağa görə qət edilmiş alimentlə o, uşağı saxlamaqda çətinlik çəkir, cavabdeh isə məhkəmənin qətnaməsinə əsasən təyin edilmiş alimentdən başqa uşağa əlavə heç bir maddi yardım etmir. Halbuki bu onun valideyn kimi vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Cavabdeh maddi imkanının olmadığını bildirsədə onun gətirdiyi arqument ağılabatan deyil. Belə ki, əvvəl Kürdəmir rayon məhkəməsinin 22 iyun 2021-ci il tarixli, İş №-2(041)- 1238/2021-nömrəli qətnaməsi ilə hər ay hər sabit pul məbləğində 120 manat aliment ödəyən Cavabdeh hazırki vəziyyəti əvvəlkindən yüngül olmasına baxmayaraq xx.xx.2012ci il təvəllüdlü Yusifin bu günki günün tələblərinə cavab verən tərzdə (yaşaması) saxlanılması üçün ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçı iddia tələbində 200 manat X2 müalicə pulunun alınıb ona verilməsini tələb edir. İş materiallarına əlavə edilmiş “X8” MMCnin xx.xx.2022-ci il tarixli Müayinə vərəqəsindən görünür ki, X1 pisixi inkişaf etapın ləngiməsi geriliyi zəstəliyindən əziyyət çəkməklə onun müalicəyə ehtiyacı var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinin tələbinəı görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2018-ci il təvəllüdlü X2 müalicəsinə görə cavabdehdən hər ay əlavə olaraq sabit pul məbləğində 20 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, habelə aliment alan uşağın mənafeyi və yaşayış minimumu nəzərə alınaraq Kürdəmir rayon məhkəməsinin 22 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində 180 manat aliment və X2 mülaicəsinə görə hər ay sabit pul məbləğində 20 manat məbləğində pul alınaraq İddiaçı verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 46 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Kürdəmir rayon məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, İş №-2(041)-1708/2021-nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində 180 (yüz səksən) manat aliment və X2 müalicəsinə görə 20 (iyirmi) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 50 (əlli) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1303/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1303/2023
16.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver