Məhkəmə qərarları › İş №2(041)-1315/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1315/2023

16.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1315/2023 16.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakılar ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək övladı 04 iyun 2008-ci ildə anadan olmuş X2 xx.xx.2023-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək Ucar rayonu Qaraböyük kəndində yaşayan Cavabdeh hər ay bir uşağa görə sabit pul məbləği ilə alınası alimentin məbləğini 120 manatdan 220 manata qaldırılması həmin məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh ilə aralarında olan nikah 2010-cu ildə pozulmuş və Kürdəmir rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(041)-2408/2016 saylı qətnaməsinə əsasən birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 90 manat aliment tutularaq ona ödənilməsi qət olunmuşdur. Bundan sonra aliment artırılması barədə məhkəməyə müraciətləri əsasında Kürdəmir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(041)-1068 saylı qətnaməsi ilə hər uşağa görə aliment miqdarı 100 manata, Şirvan Apellyasiya məhkəməsinin 2(106)-739/2019 saylı xx.xx.2019 tarixli qətnaməsi ilə 120 manata qaldırılması qət olunmuşdur. Hazırda cavabdeh həmin alimenti ödəsə də ondan başqa onlara heç bir yardım etmir. Aylıq sabit gəlirə malik deyildir. Heç bir yerdə işləmir. Ona görə də Cavabdeh ilə birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək ucar rayonu Qaraböyük kəndində yaşayan Cavabdeh hər ay bir uşağa görə sabit pul məbləği ilə alınası alimentin məbləğini 120 manatdan 220 manata qaldırılması həmin məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasınında Cavabdeh iddia tələbini qismən qəbul edərək işləməməsini və maddi vəziyyətinin normal olmamasını əsas gətirərək iddiaçı ilə birgə nikahlarından doğulmuş X1 üçün İddiaçı 130 manat ödəməyə razı olduğunu və bu barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Kürdəmir rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(041)- 2408/2016 saylı qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2005-cü il tarixdə X6 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının AZE11316160 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-cı il tarixdə Gülnar adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Kürdəmir rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(041)- 2408/2016 saylı qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2005-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2008-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabeh Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 90 manat miqdarında, cəmi 180 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)- 1068/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2005-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2008-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabeh Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat miqdarında, cəmi 200 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(106)- 739/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-1068/2018 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermiş, şikayət qismən təmin edilmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-1068/2018 nömrəli qətnaməsi qismən dəyişdirilmiş və Cavabdeh övladları; xx.xx.2005-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2008-cı il tarixdə anadan olmuş X2 xx.xx.2016-cı il tarixdən başlayaraq yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabeh Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 120 manat miqdarında, cəmi 240 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 2003-cü ildə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2005-ci il tarixdə Aynur və xx.xx.2008-ci il tarixdə Gülnar adlı iki uşaqları olmuşdur. Aralarında olan nikah məhkəmənin 2010-cu il tarixli qətnaməsinə əsasən pozulmuş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-2408/2016 nömrəli qətnaməsi ilə xx.xx.2005ci il təvəllüdlü Aynurun və xx.xx.2008-ci il təvəllüdlü Gülnarın saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 90 manat aliment tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Sonradan Zahidova X3 rayon məhkəməsinə alimentin artırılması üçün müraciət etmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-1068/2018 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahlarından xx.xx.2005-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2008-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabeh Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat miqdarında, cəmi 200 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-1068/2018 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermiş, şikayət qismən təmin edilmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-1068/2018 nömrəli qətnaməsi qismən dəyişdirilmiş və Cavabdeh övladları; xx.xx.2005-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2008-cı il tarixdə anadan olmuş X2 xx.xx.2016-cı il tarixdən başlayaraq yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabeh Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 120 manat miqdarında, cəmi 240 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda cavabdeh həmin alimenti ödəsə də ondan başqa onlara heç bir yardım etmir. Aylıq sabit gəlirə malik deyildir. Heç bir yerdə işləmir. Böyük qızı Aynur isə artıq yetkinlik yaşına çatmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Gülnar adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay sabit pul məbləğində 220 manat miqdarında aliment tələb etsə də o, cavabdehin maddi və əmlak vəziyyət barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, bu onun birbaşa vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən uşağa görə iddiaçıya ödənilən 120 manat miqdarında alimentin hazırki şəraitdə uşağın saxlanmasına yetərli olmamasını nəzərə alır və onların saxlanması üçün Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(106)-739/2019 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının Gülnar adlı uşaqların saxlanması üçün yetərli olacaq miqdarda artırılmasını müvafiq hesab edir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, habelə aliment alan uşağın mənafeyi və yaşayış minimumu nəzərə alınaraq Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(106)-739/2019 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində 180 manat aliment tutularaq İddiaçı verilməsi məqsədə müvafiqdir. İddiaçı iddia tələbində iddia tələıbinin təmin edilməsi və alimentin ödənilməsi xx.xx.2023-cü il tarixdən başlayaraq ödənilməsini xahiş etsədə, Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(106)-739/2019 nömrəli qətnaməsinə əsasən cavabdeh iddiaçı ilə birgə nikahlarından doğulmuş xx.xx.2008-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıya hər ay sabit pul məhləğində 120 manat aliment ödəməsi nəzərə alınaraq iddia tələbi alimentin xx.xx.2023-cü il tarixdə başlayaraq ödənilməsi hissəsində təmin edilə bilməz. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(041)- 2408/2016 saylı qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2005-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2008-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabeh Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 90 manat miqdarında, cəmi 180 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmiş və alimentin ödənilməsi tarixi xx.xx.2016-cı il tarixdən, yəni məhkəməyə müraciət etdiyi gündən hesablanmışdır. Göründüyü kimi iddiaçının iddia tələbi ilk dəfə məhkəməyə daxil olduğu gündən yəni xx.xx.2016-cı il tarixdən ödənilməsi məhkəmə qətnaməsinin icrası qaydasında icra edilmişdir. Odur ki, göstərilən tələb Mülki Prosessual Məcəlləsinin umumi qaydalarına müvafiq olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 41.6 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(106)-739/2019 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdları dəyişdirilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2008-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində 180 manat aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 41.6 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar