Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1317/2024 23.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 61.100 (altmış bir min yüz) manat və ödənilmiş 273,30 (iki yüz yetmiş üç manat otuz qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, ünvan 2 ünvanda yaşayır. Cavabdeh tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Cavabdeh 3 ildən artıq bir müddətdir ki, onun anası Şəfayə Abdurahmanovaya məxsus olan ünvan 4 ünvanda yerləşən mağazada lombard fəaliyyəti ilə məşğul olan Məlahət adlı qadının yanında işləyir. Təxminən 1 il buqndan əvvəl Cavabdeh onun yanına gələrək ondan tanışı Zahid və onun arvadı Vüsalənin alver etmək istədiyini demiş və ondan 2.000 manat pul istəmişdir. O, Cavabdeh inanıb xx.xx.2022-ci il tarixdə yaşadığı evin həyətində İlahəyə 2.000 manat pul vermişdir. İlahə pulu ondan alandan sonra ona 100 manat pul verərək həmin pulla alverdən gələn gəlirdən ilk öncədən verdiyini bildirmişdir. Bundan sonra yenidən Cavabdeh ondan pul istəmiş və o, İlahəyə inanıb ona pul vermişdir. İlahə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək alver etmək üçün 61.100 manat pul almışdır. Sonuncu 8.000 manat pulu isə cavabdehin ona göndərdiyi kart hesabına xx.xx.2023-cü il tarixdə göndərmişdir. xx.xx.2023-cü il tarixdə o, İlahədən ona verdiyi pullardan bir qismini istəmiş, İlahə isə pulu qaytarmaq üçün ondan bir həftə vaxt istəmiş, lakin həmin müddət keçəendən sonra onun pulu qaytarmadığını görüb İlahədən yenidən pulunu istəmişdir. Lakin İlahə pulunun olmadığını bildirib müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. İlahənin ona borclu olduğu pulu qaytarmadığına görə əsəbləşib qohumunun DTX-də işlədiyini və onun vasitəsi ilə pulunu alacağı barədə ona səsli mesaj göndərmişdir. Əslində isə DTX-da heç bir qohumu işləmir. xx.xx.2023-cü il tarixdə İlahə anası Səfayəyə borclu olduğu 4.200 manat pulu qaytarmışdır. O, Cavabdeh pulunu istədiyinə görə İlahə ondan Kürdəmir rayon polis şöbəsinə şikayət etmişdir. Kürdəmir rayon polis şöbəsində araşdırma aparılaraq Cavabdeh tələbi mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Hal-hazırda İlahənin ona 61.100 manat borcu var və həmin məbləğdə borcu İlahəyə faizlə verməmişdir. Ona görə də Cavabdeh 61.100 (altmış bir min yüz) manat və ödənilmiş 273,30 (iki yüz yetmiş üç manat otuz qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 İddiaçı ilə eyni məzmunda izahat verib iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, üç ildən artıq bir müddətdir ki, Kürdəmir şəhərində Məlahət adlı qadına məxsus lombardda işçi kimi işləyir. İşədiyi lombardın yerləşdiyi bina İddiaçı anası X1 məxsusdur. İddiaçı faizə pul verən şəxs kimi tanımış, onunla əvvəllər münasibəti normal olmuşdur. O, 2021-ci ilin noyabr ayında İddiaçı 10 faizlə 25.000 manat pul götürmüşdür. Sonradan Aygündən aldığı pulu ayrı-ayrı vaxtlarda Aygünə ödəmişdir. 2023-cü ilin sentyabr ayında Aygün mesaj vasitəsi ilə səs göndərərək onu həbs etdirəcəyini, Dövlət Təhlükəsizlik Xidmətində işləyən qohumları ilə hədələmiş və həmin şəxslərin əli ilə evini əlindən alacağını bildirmişdir. Sonuncu dəfə Aygünə olan 4.200 manat borcunu xx.xx.2023-cü il tarixdə videoçəkilişlə yaşadığı evdə Aygünün anası Səfayəyə vermiş və onlara borcunun qalmadığını bildirmiş, Səfayə isə onlara 65.000 manat borcunun qaldığını bildirmişdir. Hazırda onun İddiaçı heç bir borcu yoxdur. Ona görə dlə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X5 Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Kürdəmir şəhəri, Babək küçəsi, ev 1/5-də yaşayan Cavabdeh müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlarması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin və qanun pozuntularının qarşısını almaq məqsədi ilə Cavabdeh ilə İddiaçı ailəsini Kürdəmir RPŞ-də “münaqişəli ailə” kimi qeydiyyata alınmaqla barələrində profilaktiki tədbirlər görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin İTB-yə göndərilmiş və tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Həmin qərarda araşdırma zamanı Cavabdeh 2021-ci ilin noyabr ayında İddiaçı 10 faizə 25.000 manat pul aldığını etiraf edərək, ayrı-ayrı vaxtlarda Aygünə olan borcunu ödədiyini, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Aygünə olan 4.200 manat borcunu yaşadığı evdə Aygünün anası Səfayəyə videoçəkilişlə verdiyini bildirmişdir. Araşdırma zamanı İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək alver etmək üçün Cavabdeh 61100 manat pul verdiyini, sonradan isə Cavabdeh onun anası Səfayəyə 4.200 manatpul verdiyini bildirmişdir. Araşdırma zamanı İddiaçı anası X3 izahatında xx.xx.2023-cü il tarixdə Cavabdeh qızı Aygünə olan borcundan 4.200 manat aldığını və bu barədə qızı Aygünə məlumat verdiyini bildirmişdir. Məhkəmənin sorğusuna əsasən Kürdəmir rayon Polis şöbəsindən alınıb iş materiallarına əlavə edilmiş Kürdəmir RPŞ-nin TB-də araşdırılmış HK-1-1-1780 nömrəli material üzrə Kürdəmir rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X5 Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından Cavabdeh tərəfindən Kürdəmir rayon X11 verdiyi şikayətə əsasən Kürdəmir rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X5 Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı Kürdəmir rayon Prokuroru T.İbrahimovun cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və materialın əlavə araşdırma aparılmasından ötrü qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarı ilə ləğv edilmiş və material əlavə araşdırma aparılmasından ötrü RPŞ-yə qaytarılmışdır. Həmin materiala əlavə edilmiş Kürdəmir rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X13 Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Kürdəmir şəhəri, Babək küçəsi, ev 1/5-də yaşayan Cavabdeh müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlarması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin və qanun pozuntularının qarşısını almaq məqsədi ilə Cavabdeh ilə İddiaçı ailəsini Kürdəmir RPŞ-də “münaqişəli ailə” kimi qeydiyyata alınmaqla barələrində profilaktiki tədbirlər görülməsi üçün qərarın surəti Kürdəmir Prokurorluğuna göndərilmiş və tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Məhkəmə iddiaçı və onun nümayəndəsi və vəkilinin və cavabdehin izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ünvan 2 ünvanda yaşayır. Cavabdeh tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Cavabdeh 3 ildən artıq bir müddətdir ki, onun anası Şəfayə Abdurahmanovaya məxsus olan ünvan 4 ünvanda yerləşən mağazada lombard fəaliyyəti ilə məşğul olan Məlahət adlı qadının yanında işləyir. Təxminən 1 il buqndan əvvəl Cavabdeh onun yanına gələrək ondan tanışı Zahid və onun arvadı Vüsalənin alver etmək istədiyini demiş və ondan 2.000 manat pul istəmişdir. O, Cavabdeh inanıb xx.xx.2022-ci il tarixdə yaşadığı evin həyətində İlahəyə 2.000 manat pul vermişdir. İlahə pulu ondan alandan sonra ona 100 manat pul verərək həmin pulla alverdən gələn gəlirdən ilk öncədən verdiyini bildirmişdir. Bundan sonra yenidən Cavabdeh ondan pul istəmiş və o, İlahəyə inanıb ona pul vermişdir. İlahə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək alver etmək üçün 61.100 manat pul almışdır. Sonuncu 8.000 manat pulu isə cavabdehin ona göndərdiyi kart hesabına xx.xx.2023-cü il tarixdə göndərmişdir. xx.xx.2023-cü il tarixdə o, İlahədən ona verdiyi pullardan bir qismini istəmiş, İlahə isə pulu qaytarmaq üçün ondan bir həftə vaxt istəmiş, lakin həmin müddət keçəndən sonra onun pulu qaytarmadığını görüb İlahədən yenidən pulunu istəmişdir. Lakin İlahə pulunun olmadığını bildirib müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. İlahənin ona borclu olduğu pulu qaytarmadığına görə əsəbləşib qohumunun DTX-də işlədiyini və onun vasitəsi ilə pulunu alacağı barədə ona səsli mesaj göndərmişdir. Əslidə isə DTX-da heç bir qohumu işləmir. xx.xx.2023-cü il tarixdə İlahə anası Səfayəyə borclu olduğu 4.200 manat pulu qaytarmışdır. O, Cavabdeh pulunu istədiyinə görə İlahə ondan Kürdəmir rayon polis şöbəsinə şikayət etmişdir. Kürdəmir rayon polis şöbəsində araşdırma aparılaraq Cavabdeh tələbi mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Hal-hazırda İlahənin ona 61.100 manat borcu var və həmin məbləğdə borcu İlahəyə faizlə verməmişdir. Cavabdeh isə 2021-ci ilin noyabr ayında İddiaçı 10 faizə 25.000 manat pul aldığını, ayrı-ayrı vaxtlarda həmin pulu iddiaçıya ödədiyini, sonuncu dəfə, xx.xx.2023-cü il tarixdə iddiaçıya olan 4.200 manat pulu iddiaçının anası Səfayəyə ödədiyini bildirmiş və hazırda iddiaçıya heç bir borcunun qalmadığını bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində cavabdeh X4 61.100 manat pul verdiyini göstərsə də o, cavabdehə həmin məbləğdə pul verməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Lakin Cavabdeh məhkəmə iclasında izahat verərkən o, iddiaçıdan 2021-ci ilin noyabr ayında 10 faizə 25.000 manat pul aldığını etiraf etmiş və ayrı-ayrı vaxtlarda iddiaçıya olan borcunu ödədiyini, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 4.200 manat borcunu iddiaçının anası Səfayəyə ödədiyini bildirmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh müraciəti əsasında Kürdəmir rayon Polis Şöbəsində aparılan araşdırma zamanı o, İddiaçı 10 faizə 25.000 manat pul aldığını, ayrı-ayrı vaxtlarda Aygünə olan borcunu ödədiyini, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Aygünə olan 4.200 manat borcunu Aygünün anası Səfayəyə ödədiyini bildirmişdir. Cavabdeh İddiaçı borc aldığı 25.000 manat pulu ayrı-ayrı vaxtlarda iddiaçıya ödədiyini qalan 4.200 manat pulu isə xx.xx.2023-cü il tarixdə iddiaçının anasına verdiyini göstərsə də, iddiaçı cavabdehin ona borclu olduğu pulu qaytarmadığını, cavabdehin ansına qaytardığı 4.200 manat pul isə cavabdehin anasına borclu olduğu pulun olduğunu bildirmişdir. İş materiallarından göründüyü kimi Cavabdeh İddiaçı 2021-ci ilin noyabr ayında 25.000 manat borc pul almış və xx.xx.2023-cü il tarixdə iddiaçıya olan borcundan 4.200 manat iddiaçının anası Səfayəyə vermişdir. Cavabdeh iddiaçının anası X2 verdiyi 4.200 manat pulu S.Y.Abdurahmanovadan geri tələb etmək hüququ vardır. İddiaçı Çinciz qızı Cavabdeh 61.000 manat məbləğində borc pul verdiyini göstərsə də o, həmin məbləğdə pulu Cavabdeh verməsi ilə bağlı məhkəməyə heç bir sübüt təqdim etməmiş, lakin məhkəmə araşdırması zamanı Cavabdeh özünün etirafına əsasən onun iddiaçıdan 25.000 manat borc pul alması sübuta yetirilmişdir. Cavabdeh iddiaçı A.C.Abdurahmanovaya olan 25.000 manat məbləğində borcunu iddiaçıya ödəməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni feyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740-cı maddəsinin tələbinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X9 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh 25.000 manat əsas borc və iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 165 manat dövlət rüsumu olmaqla, ümumilikdə 25.165 (iyirmi beş min yüz altmış beş) manat pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən tələbi təmin edilsin. Cavabdeh 25.000 manat əsas borc və iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 165 manat dövlət rüsumu olmaqla, ümumilikdə 25.165 (iyirmi beş min yüz altmış beş) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1317/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1317/2024
23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver