Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1336/2024 13.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2500 manat və ödənilmiş 45 manat dövlət rüsumu olmaqla ümumilikdə 2545 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin mart ayının 6 və 10-da cavabdehə 4000 manat pulu avans kimi iki dəfəyə olmaqla hissə-hissə hər dəfə də 2000 manat olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq massivində satdığı 3 otaqlı evi almaq üçün vermiş, daha sonra notariat kontorunda evin sənədləri düzgün olmadığına görə alqı-satqı baş tutmamışdır. Cavabdehə verdiyi 4000 manatdan 1500 manatını qaytarsa da 2500 manatını qaytarmaqdan boyun qaçırır. Aralarında yazılı müqavilə bağlanmasa da cavabdehə pul verməyinin whatsapp səs yazıları, şahidlər təsdiq edəcəkdir. Bundan başqa cavabdehin ona verdiyi evə aid saxta sənədi və azərişıqdan sənədi ərizəyə əlavə etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmərək izahatında göstərdi ki, heç bir yerdə işləmir, cavabdehi tanıyır. Cavabdehlə ev alqı-satqı zamanı tanış olub. Belə ki, o, Bakı şəhərində yerləşən evini satmaq qərarına gəlmişdir. Bu məqsədlə ev alqı-satqısı ilə məşğul olan şəxslərə müraciət etmişdir. Gəncə şəhər sakini Ofeliya Haciyeva ev almaq istədiyini bildirmişdir. Bu məqsədlə Ofeliya Haciyevadan 4000 manat pul almış, sonradan notariusa getmiş, lakin evin sənədləri hazır olmadığı üçün alqı-satqı edə bilməmişlər. Ofeliya Haciyeva bundan sonra pulunu geri istəmişdir. Ofeliyanın pulundan 1500 manat qaytarmış, 2500 manat qalmışdır. Hesab edir ki, həmin pul ona beh kimi verildiyi üçün həmin pul geri qaytarılmalı deyil. Cavabdeh izahatının sonunda iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, İddiaçı onun anasıdır. Anası İddiaçı 2024-cü ilin martında cavabdehə 4000 manat pulu iki dəfəyə olmaqla hissə-hissə hər dəfə də 2000 manat olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq massivində satdığı 3 otaqlı evi almaq üçün vermiş, daha sonra alqı-satqı evin sənədləri düzgün olmadığından baş tutmamış, həmin pulun 1500 manat hissəsi sonradan onlara qaytarılsa da 2500 manatı isə qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X3 digər şahid X2 ilə eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, Ofeliya Haciyevanı tanıyır. Ev alqı-satqısı ilə məşğul olur. Ofeliya Haciyeva Bakı şəhərində ev almaq istədiklərini ona bildirmişdir. O, da ev axtarmış və Cavabdeh ev satdığını eşitmişdir. Ofeliya Haciyevaya evi göstərmiş, ev Ofeliyanın xoşuna gəlmişdir. Bundan sonra Cavabdeh Ofeliyadan pul istəmişdir. Ofeliya onun yanında Sitarəyə 4000 manat pul vermişdir. Həmin pulun bir hissəsi onda və şəriki Nağıda qalmışdır. Sonradan tərəflər arasında razılaşma pozulmuşdur. Belə ki, Sitarənin evinin sənədləri hazır olmadığı üçün alqı-satqı edə bilməmişlər. Razılaşma pozulduğu üçün onda və Nağıda qalmış 1500 manat puly Ofeliya Haciyevaya qaytarılmış, pulun qalan hissəsi isə Cavabdeh qalmışdır. İşin məhkəmə iclasında araşdırılmış hallarına əsasən, iddiaçı Bakı şəhərində ev almaq üçün cavabdehə 4000 manat pul vermiş, evin sənədləşməsi ondan asılı olmayan səbəbdən baş tutmadığından həmin pulu geri istəmiş, pulun 1500 manatı ona qaytarılsa da qalan 2500 manat hissəsi qaytarılmamışdır. Cavabdeh işin qeyd edilən hallarını izahatında etiraf etsə də pulun ona beh kimi verildiyini, ev alqı-satqısının iddiaçının təqsiri üzündən baş tutmamasını əsas gətirərək pulu geri qaytarmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsində göstərilir ki, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Hazırki iş üzrə iddiaçı cavabdehdən 2024-ci ildə yaşayış binasının alqı-satqısı üçün cavabdehə verdiyi 2500 manat pulun qaytarılmasını tələb edir. İddiaçı cavabdehə verdiyi 4000 manat puldan qaytarılmamış 2500 manat hissəsini qaytarılmasını bildirir. Cavabdeh isə iddianı qəbul etməyərək iddiaçıdan 2500 manat pul aldığını, lakin alqı-satqı müqaviləsinin iddiaçının təqsiri üzündən pozulduğunu bildirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə təmin edilməli, Cavabdeh 2500 manat pul tutularaq İddiaçı ödənilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət etməsi ilə əlaqədar 45 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş 45 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2500 manat pul və ödədiyi dövlət rüsumunun əvəzi olaraq 45 (qırx beş) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1336/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1336/2024
13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver