Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1343/2025 04.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı Kamil oğlunun, Cavabdeh1 iştirakları ilə, İddiaçı Kamil oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kamil oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona vurduqları ziyana görə 1000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Kamil oğlu izahat verərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayon Ərşəli kəndində yaşayır. Xəstəliyi ilə əlaqədar təqaüd alırdı. Təqaüdü kəsildiyindən 2022-ci il tarixdə Kürdəmir rayonu, Ərəbqubalı kəndində yaşayan Cavabdeh1 müraciət edərək pensiyasının düzəldilməsini xahiş etmişdir. Qədim ona bildirmişdir ki, onun tanışları var, pensiya düzəldə bilər. Ona 2500 manat pul lazım olduğunu bildirmişlər. O, Kürdəmir MRX-nın yanında 2200 manat pul vermişdir. Qədim onun pulunu bərpa etmədiyindən pulunu geri tələb etmişdir. Lakin Qədim pulu geri qaytarmamışdır. Onun barəsində Kürdəmir RPŞ-yə şikayət etmişdir. Kürdəmir RPŞ-də məlum olmuşdur ki, Cavabdeh1 Ağsu rayon sakini Cavabdeh2la bu hərəkətləri etmişdir. Sonradan Cavabdeh1 1200 manat pul qaytarmış. Lakin 1000 manatı isə qaytarmamışdır. Cavabdeh2 Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 4 il müddətinə azadlıqdan mahrumetmə cəzasına məhkum olunmuşdur. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbləri ilə razılaşmayaraq bildirdi ki, o, iddiaçını tanıyır. Kürdəmir rayonunun Çöl Qubalı kəndində nəzarətçi işləyir. Vəlinin xəstəliyi ilə əlaqədar olaraq aldığı təqaüd kəsildiyindən Vəli bir neçə dəfə onun yanına gələrək köməklik etməsini demişdir. O, Vəlinin xəstəliyini nəzərə alaraq köməklik etmək istədiyindən Ağsu rayonunda yaşayan X1 bu barədə demişdir. Qərib də köməklik edəcəyini deyərək 2000 manat pul istəmişdir. Ona görə Vəliyə təqaüdü düzəltmək üçün 2000 manat pul lazım olduğunu demiş, Vəli də ona 2000 manat pul vermişdir. O da həmin pulu X1 vermiş, lakin Qərib pulu qaytarmamış, sonradan isə o, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Onun çoxlu insanları aldatması məhkəmədə müəyyən edilmişdir. O da məcbur qalıb özü düzəldərək 1000 manat pulu Vəlinin özünə qaytarıb vermişdir. Qalan 1000 manatı isə düzəltməyə maddi imkanı olmamışdır. Həmin pul ona çatmamış, özü də Qərib Hüseynov tərəfindən aldadılmışdır. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Kürdəmir RPŞ-nin xx.xx.2024-cü il tarixli 3-B-86/2- 2380 nömrəli İddiaçı oğluna ünvanlanmış məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon PŞ-nə yazmış olduğu ərizəsi əsasında RPŞ-nin TB-də araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, onun və qeyrilərinin müraciəti ilə bağlı 2022-ci ildə Kürdəmir RPŞ-nin İstintaq bölməsinin sabiq baş müstəntiqi, polis baş leytenantı İbrahim Nəcəfli tərəfindən ********* saylı cinayət işi başlanıb istintaq aparılaraq ittiham aktı ilə məhkəməyə göndərilmişdir. Odur ki, RPŞ-nin TB-nə yazmış olduğu ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(041)- 79/2022 nömrəli hökmündən müəyyən olunur ki, Cavabdeh2 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Cavabdeh1 vasitəsi ilə İddiaçı Kamil oğlunun dayandırılmış təqaüdünü tanışlarının köməkliyi ilə bərpa etdirəcəyini yalandan vəd edərək, xx.xx.2022-ci il tarixdə Kürdəmir şəhəri, X.İslamzadə küçəsində yerləşən “Kürdəmir” adlanan restoranda Cavabdeh1 vasitəsi ilə 2000 manat pulunu alaraq ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Həmin hökmlə Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Bu hallar tərəflərin izahatı, iş materiallarına əlavə edilmiş Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(041)-79/2022 saylı hökmü ilə təsdiqini tapır. İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdehlərdən 1000 manat pulun geri qaytarılmasını tələb edir. İş üzrə aparılmış araşdırmalarla və sübutlarla müəyyən edilmişdir ki, iddiaçı pul vəsaitini Cavabdeh1 vasitəsilə Cavabdeh2 təqdim etmişdir. Pulun verilməsində məqsəd iddiaçıya təqaüd təyin olunmasına köməklik göstərilməsi olmuşdur. Həmin hərəkətlərlə bağlı məhkəmə hökmünə əsasən, Cavabdeh2 dələduzluq (Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə) təqsirli bilinərək məhkum edilmişdir. İddiaçı özü və Cavabdeh1 həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cavabdeh1 bu hərəkətlərdə iştirak etməmiş, pulu birbaşa özü üçün deyil, Cavabdeh2 çatdırmaq məqsədi ilə qəbul etmiş, onun hərəkətlərində dələduzluq və ya digər əməkdaşlıq sübut olunmamışdır. Bu baxımdan iddiaçı tərəfindən tələb edilən məbləğin Cavabdeh2 tərəfindən qanunsuz ələ keçirildiyi sübuta yetirilmiş, lakin Cavabdeh1 məsuliyyət daşımasını əsaslandıracaq hallar müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə yalnız hüquqpozmanın törədilməsində məsuliyyət daşıyan şəxsə münasibətdə iddianı təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 1000 (bir min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Kamil oğluna ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın Cavabdeh2 münasibətdə təmin edildiyini nəzərə alaraq hesab edir ki, 30 manat dövlət rüsumu Cavabdeh2 dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 1000 (bir min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Kamil oğluna ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh2 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin xeyrinə tututlsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1343/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1343/2025
04.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver