Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1361/2023 26.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından xx.xx.2006-cı il tarixdə Zəhra və xx.xx.2008-ci il tarixdə Rüfət adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-1139/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə sabit pul məbləğində 220 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı lazımi qaydada məlumat verilmiş, o, məhkəməyə teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiyini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbində göstərmişdir ki, cavabdehlə 2005-ci ildə el adəti ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki uşaqları xx.xx.2006-cı il tarixdə qızı Zəhra və xx.xx.2008-ci il tarixdə oğlu Rüfət anadan olmuşdur. Evləndikləri ilk vaxtlardan ailə münasibətləri yaxşı olsa da sonradan əri Rüstəmin ona qarşı münasibətləri dəyişməyə başlamışdır. Aralarında olan nikah məhkəmənin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və həmin qətnaməyə əsasən iki uşağın saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 100 manat aliment tutularaq ona ödənilməsi qət olunmuşdur. Hazırda cavabdeh ona təyin olunmuş alimenti belə ödəmir. Uşaqlarımın birinin 15 birinin isə 17 yaşı var. Cavabdehə təyin olunmuş aliment məbləği uşaqların heç bir təlabatını ödəmir. Uşaqların məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da 2023-cü ildən hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Uşaqlarının hər ikisi ali məktəbə hazırlaşır. Maddi imkanı olmadığı üçün onları oxutmaqda çətinlik çəkir. Heç yerdə işləmir, aylıq sabit gəlirə malik deyildir. Aylıq qazanc əldə etmir. Ona görə də Cavabdeh ilə birgə nikahlarından xx.xx.2006-cı il tarixdə doğulmuş Zəhra və xx.xx.2008-ci il tarixdə doğulmuş Rüfət adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-1139/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə sabit pul məbləğində 220 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili X3 iddia tələbini qismən qəbul etdi və bildirdi ki, iddiaçıya alimenti vaxtlı-vaxtında ödəməyir, işləri yaxşı getmir, hər ay hər bir uşağa alimenti 140 manatdan artıq ödəməyə imkanı yoxdur. Bu səbəbdən iddia tələbinin qismən təmin edilməsi haqqında qətnamnə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının AA4903083 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il tarixdə Zəhra adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının AZE № 10644065 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il tarixdə Rüfət adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041) 1139/15 saylı qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il tarixdə anadan olmuş X2 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabeh Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat miqdarında, cəmi 200 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, Cavabdeh vəkili və nümayəndəsi X3 izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı cavabdehlə 2005-ci ildə el adəti ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki uşaqları xx.xx.2006-cı il tarixdə qızı Zəhra və xx.xx.2008-ci il tarixdə oğlu Rüfət anadan olmuşdur. Evləndikləri ilk vaxtlardan ailə münasibətləri yaxşı olsa da sonradan əri Rüstəmin ona qarşı münasibətləri dəyişməyə başlamışdır. Aralarında olan nikah məhkəmənin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və həmin qətnaməyə əsasən iki uşağın saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 100 manat aliment tutularaq ona ödənilməsi qət olunmuşdur. Hazırda cavabdeh ona təyin olunmuş alimenti belə ödəmir. Uşaqlarımın birinin 15 birinin isə 17 yaşı var. Cavabdehə təyin olunmuş aliment məbləği uşaqların heç bir təlabatını ödəmir. Uşaqların məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da artıb. Uşaqlarının hər ikisi ali məktəbə hazırlaşır. Maddi imkanı olmadığı üçün onları oxutmaqda çətinlik çəkir. Heç yerdə işləmir, aylıq sabit gəlirə malik deyildir. Aylıq qazanc əldə etmir. Ona görə də Cavabdeh ilə birgə nikahlarından xx.xx.2006-cı il tarixdə doğulmuş Zəhra və xx.xx.2008-ci il tarixdə doğulmuş Rüfət adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-1139/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə sabit pul məbləğində 220 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə hər ay hər bir uşağa alimenti 140 manatdan artıq ödəməyə imkanının olmadığını bildirib iddia tələbinin qismən təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Zəhra və Rüfət adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə sabit pul məbləğində 220 manat miqdarında aliment tələb etsə də o, cavabdehin maddi və əmlak vəziyyət barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, bu onun birbaşa vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən hər iki uşağa görə iddiaçıya ödənilən 150 manat miqdarında alimentin hazırki şəraitdə uşaqların saxlanmasına yetərli olmamasını nəzərə alır və onların saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)1139/15 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının Zəhra və Rüfət adlı uşaqların saxlanması üçün yetərli olacaq miqdarda artırılmasını müvafiq hesab edir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, habelə aliment alan uşaqların mənafeyi və yaşayış minimumu nəzərə alınaraq Kürdəmir rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)1139/15 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü Zəhranın və xx.xx.2008-ci il təvəllüdlü Rüfətin yetkinlik yaşına çatanadək saxlanmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay hər uşağa sabit pul məbləğində 150 manat olmaqla, ümumilikdə 300 manat aliment tutularaq İddiaçı verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 56 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Kürdəmir rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-1139/15 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdları dəyişdirilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2006-cı il tarixdə anadan olmuş X2 və xx.xx.2008-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay hər uşağa sabit pul məbləğində 150 manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 56 (əlli altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1361/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1361/2023
26.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver