Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1368/2024 21.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğlna və X4 qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh oğlndan 3300 manat və X1 930 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 61 manat pulun cavabdehlərdən müştərək qaydada alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğu xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X3 cavabdeh qismində cəlb edilməsini, Cavabdeh oğlndan 3300 manat və X1 930 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 61 manat pulun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(041)-1368/2024 nömrəli qərardadına əsasən Kürdəmir rayonunun Çöl-Qubalı kəndində yaşayan X5 iş üzrə cavabdeh qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Kürdəmir rayonunun Qaraqocalı kəndində yaşayır. Bir neçə ildir ki, Kürdəmir rayonun Mərkəzi Bazarında ticarətlə məşğul olur. Cavabdeh və X5 ilə münasibəti yaxşı olub. Cavabdeh ondan 3300 manatlıq qızıl götürüb. Digər cavabdeh X5 isə ondan 930 manat borc pul alıb. Cavabdehlər götürdüyü 3300 manatlıq qızılın pulunu nədə ki, borc aldığı pulu verməyiblər. Sonradan o polis şöbəsinə müraciət etmiş. Öz aralarında razılaşmaya əsasən cavabdehlər onun pulunu qaytarmalı idi. O, hər dəfə cavabdehlərədə qalan ümumilikdə 4230 manat borcun qaytarılmasını xahiş etsə də hər dəfə cavabdehlər məsələni uzadaraq ona olan borclarını qaytarmayıblar. O, cavabdehlərə dəfələrlə xəbərdarlıq etsədə bu günədək heç bir nəticəsi olmayıb. Cavabdehlər onu aldatdıqları üçün o sarsıntı keçirmiş və hazırda da sarsıntılar içərisindədir. Cavabdehlər ona tək maddi deyil həmdə mənəvi ziyan vurmuşlar. O, bu işin məhkəmədən kənar həll edilməyəcəyitni görüb məhkəməyə müraciət etmək qərarına gəlib. Ona görə də Cavabdeh oğlndan 3300 manat və X1 930 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 61 manat pulun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh və X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar təkrar məhkəməyə gəlməmişlər. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İş materiallarına əlavə edilmiş Cavabdeh Kürdəmir rayon polis şöbəsi tərəfindən veriulmiş xx.xx.2024-cü il tarixdə imzalanmış, 3-13-86/1-8217/2024-nömrəli, xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, o, İddiaçı 3300 manat dəyərində qızıl əşyaları almışdır, bu günə kimi qaytarmamışdır. İş materiallarına əlavə edilmiş X3 Kürdəmir rayon polis şöbəsi tərəfindən veriulmiş xx.xx.2024-cü il tarixdə imzalanmış, 3-13-86/1-8217/2024-nömrəli, xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, o, İddiaçı 930 manat borc pul almışdır, bu günə kimi qaytarmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 3300 manat dəyərində nisyə qızıl əşyaları, digər cavabdeh X4 isə 930 manat borc pul vermiş, cavabdehlər bu günə qədər ona olan borclarını qaytarmamışlar. Cavabdehlər həmin borcu iddiaçıya qaytarmamları üçün müxtəlif bəhanələrlə imtina etmişdir. İddiaçı həmin borcun cavabdehlərdən alınıb ona verilməsini xahiş edir. Cavabdeh və X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar təkrar məhkəməyə gəlməmişlər. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən borc alınan borcu qaytarmaması borc verənin vəziyyətini pisləşdirirsə borc verdiyi pulu dərhal tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, cavabdehlər Cavabdeh oğlndan 3300 manat və X1 930 manat məbləğində pul alınıb İddiaçı verilməli, ödənilmiş dövlət rüsumuna görə 61 manat isə cavabdehlər Cavabdeh və X1 müştərək qaydada alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 222-ci və 238-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh oğlndan 3300 manat və X1 930 manat alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumuna görə 61 manat cavabdehlər Cavabdeh və X1 müştərək qaydada alınıb İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1368/2024
Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-1368/2024
21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver