Məhkəmə qərarları › İş №2(041)-1371/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1371/2023

04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1371/2023 04.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçılar: X5, İddiaçı2 və Cavabdeh iştirakları ilə İddiaçı X5 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X5 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 1500 manat pulun İddiaçı2 və 150 manat X4 və ödədiyi 36,50 manat dövlət rüsumu olmaqla ümumilikdə 1686,50 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X5 iddia tələbini müdafiə edərək göstərdi ki, o, X5 və İddiaçı2 birlikdə yanacaqdoldurma məntəqəsində işləyirlər. Əvvəllər cavabdeh Nicatda onlarla işləmişdir. Bir gün Nicat onblara yaxınlaşaraq ona borc pul lazım olduğunu və yaxın müddətə qaytaracağını demişdir. Adəm bankdan 1500 manat götürüb, Müşfiq isə 150 manat pul tapıb Nicata vermişlər. Bir müddət sonta cavabdehi işdən çıxarmışlar. Onlardan götürdüyü pulu qaytarmalı idi. Lakin hər dəfə Nicatdan pulun qaytarmasını tələb etsələrdə, bir nəticə verməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq bu günədək borcu ödəməmişdir. Aradan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh onlara olan borcu ödəməkdən yayınır. İddiaçılar bu işin məhkəmədən kənar həll olunmasında bir nəticə əldə olunmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçılar X5 və İddiaçı2 Cavabdeh 1500 manat pulun İddiaçı2, 150 manat X4 və ödədiyi 36,50 manat dövlət rüsumu olmaqla ümumilikdə 1686,50 manat pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsində iddiaçıların ona qarşı qaldırdıqları iddianı qismən qəbul etdiyini – İddiaçı2 1500 manat borc götürdüyünü və yeddi ay, hər ay 63 manat ödədiyini və nəhayət ona ümumulikdə 1059 manat, digər iddiaçı X1 isə 150 manat götürdüyünü, lakin onun əlli manatını qaytardığını – hazırda ona 100 manat borcu olduğunu etiraf etmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X3 Böyük ictimai təhlükə törətməyən cinayət törətmiş İddiaçı2 cinayət məsuliyyətindən azad edilməsi barədə cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Kürdəmir rayonu Koroğlu küçəsi ev 55A\7-də yaşayan Cavabdeh tərəfindən Kürdəmir rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Kürdəmir-Ağsu yolunun kənarında tanışları Adəm və Müşfiqin onu döyməsini göstərməklə sonuncuların cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Göstərilən qərarda iş üzrə zərərçəkmiş şəxs (hazırda cavabdeh) öz izahatında göstərmişdir ki, İddiaçı2 tanıyır, onunla münasibətləri normal olmuşdur, ədavətləri olmamışdır. Birlikdə işləyən zaman ona pul lazım olduğu üçün Adəmdən 1500 manat borc almış, Adəm isə ona verdiyi pulu bankdan götürmüş, həmin banka olan krediti hər ay Nicat ödəmiş, Nicat işdən çıxarılandan sonra maddi vəziyyəti pisləşdiyindən qalan borcu banka ödəyə bilməmişdir. Adəmə pulu olan kimi kreditin qalığını ödəyəvcəyinə söz vermişdir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib həmçinin iş materiallarına əlavıə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı X5 və İddiaçı2, Cavabdeh tanıyır, onunla əvvəllər yanacaqdoldurma məntəqəsində işləmişlər və onunla münasibəti həmişə normal olmuşdur. Cavabdeh onlardan: Adəmdən 1500 manat, Müşfiqdən isə 150 manat borc götürüb, bir müddət borcu hissə-hissə qaytarsada sonradan müəyyən səbəbdən işdən çıxarılmışdır. Sonra isə maddi vəziyyəti normal olmadığından və yeni işə düzələ bilmədiyindən iddaçılar Adəm və Müşfiqə olan borcunu tam ödəyə bilməmiş və nəticədə İddiaçı2 1059 manat, digər iddiaçı X4 isə 100 manat, cəmi 1159 manat borcu qalmışdır. İddiaçılar X5 və İddiaçı2 Cavabdeh onlara: Adəmə 1500 manat, Müşfiqə 150 manat borcunun olduğunu bildirsə də o, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı2 münasibətdə sübutlar yalnız cavabdehin məhkəmə iclasında yazılı etirafı və Kürdəmir rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X3 Böyük ictimai təhlükə törətməyən cinayət törətmiş İddiaçı2 cinayət məsuliyyətindən azad edilməsi barədə cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının surətində iş üzrə zərərçəkmiş şəxsin (hazırda cavabdeh) öz izahatında göstərdiyi etirafı olmuşdur. İddiaçı X4 münasibətdə isə sübutlar yalnız məhkəmə iclasında Cavabdeh verdiyi yazılı izahat olmuşdur. Belə olan halda məhkəmə Cavabdeh hazırda iddiaçılar X5 və İddiaçı2 cəmi 1159 manat borcunun olması qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh 1159 manat əsas borc və AR MPM-nin 119-cu maddəsinə əsasən İddiaçı2 ödədiyi 36.50 manat dövlət rüsumu, bütövlükdə 1195,50 manat pul alınaraq iddiaçılar: X5 və İddiaçı2 verilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankı – X6 ödənilmiş qəbzin surətindən görünür ki, İddiaçı2 Kürdəmir rayon məhkəıməsində iddia qaldırmaq üçün 36.50 manat dövlət rüsaumu ödəmişdir. Belə olan halda, cavabdehdən tutulmalı olan dövlət rüsumu 36.50 manat İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsas borca görə 1059 manat məbləğində pul tutularaq İddiaçı2 və 100 manat əsas borc tutularaq X4 ödənilsin. Cavabdeh ödənilmiş dövlət tüsumuna görə 36.50 manat, manat pul alınaraq İddiaçı2 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar